Məhkəmə qərarları › İş №2(010)-313/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-313/2024

08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-313/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusu X*3 və Maraqlı şəxs2 olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi maraqlı şəxslər Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusu X*3 və Maraqlı şəxs2 olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-9748H saylı Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ ilə X2na məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,02 hektar torpaq sahəsinin X2nın vərəsəsi kimi miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi 05.*2.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-9748H saylı Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ ilə X2na məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,02 hektar torpaq sahəsinin və Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə 4 nömrəli evin yaxınlığında yerləşən tikinti sahəsi *5.66 kv.m olan qarajın X2nın vərəsəsi kimi miras qismində onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizəçi ərizə təqdim edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-9748H saylı Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ ilə X2na məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,02 hektar torpaq sahəsinin X2nın vərəsəsi kimi miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin dəlilləri

4. Miras qoyan X*0 onun anasıdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,02 hektar torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-9748H saylı Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ ilə X2na məxsus olmuşdur. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi olmuş, o, həmin evdə yaşamışdır. Həmin evə dair Dövlət reyestrindən çıxarış alınmış, çıxarış alınan zaman torpaq sahəsi yeni qaydalarla dövlət reyestrində qeydə alınmamışdır. Yəni qeyd edilən torpaq sahəsi köhnə qaydalara əsasən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, həmin torpağın üzərində yerləşən fərdi yaşayış evi Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi ev 24 ünvanı ilə yeni qaydalara əsasən daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən anasına məxsus olmuşdur. Anası ölməzdən əvvəl qeyd edilən fərdi yaşayış evini ona bağışlamış, həmin ev onun adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış, lakin evin yerləşdiyi torpaq sahəsi isə JN-9748H saylı Şəhadətnaməyə əsasən anasının adına qalmışdır. X2 *3 sentyabr 2020-ci ildə ölmüş, anası öldükdən sonra onun mülkiyyətində olan həmin torpaq sahəsini miras qismində o, faktiki olaraq qəbul etmişdir. Belə ki, anasının vərəsələri o və bacısı Maraqlı şəxs2dır. X7 06 iyun 20*0-cu ildə, yəni anasından əvvəl ölüb. Yəni miras qoyan X5 2 vərəsəsi var, lakin onlardan yalnız o, mirası faktiki qəbul etmiş, bacısı Maraqlı şəxs2 notariusa yazılı ərizə verərək miras payı faktiki qəbul etməməsini və qəbul etmək istəməməsini bildirmiş, o mirası faktiki qəbul etməmişdir. O, həmin miras əmlakı faktiki qəbul etməyinə baxmayaraq, mirasın onun adına keçməsi üçün notariusa müraciət etdiyi zaman Bakı şəhəri *0 saylı notariat ofisinin notariusu onun müraciətindən imtina edərək, əsas kimi miras əmlakı qəbul etməyi üçün müddəti ötürməyini göstərmişdir.

Tərəflərin izahatları

5. Maraqlı şəxs Bakı şəhəri *0 saylı notariat ofisinin xüsusi notariusu X*3 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmənin 22 dekabr 2023-cü il tarixli iclasında işitrak edən Maraqlı şəxs2 hazırki ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəçi ilə eyniməzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.

İş materialları

9. AZ-T seriyalı, **8320 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*978-ci il tarixdə anadan olmuşdur. X7, anası X9r. *0. Vİİ-ЖГ seriyalı, 285745 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.*980-ci il tarixdə anadan olmuşdur. X7, anası X9r. **. İ-ЖГ seriyalı, 37*854 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 ilə X*2 25.06.*977-ci il tarixdə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. *2. AZ-İ seriyalı, 384359 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 06 iyun 20*0-cu il tarixdə vəfat etmişdir. *3. AZ-İİ seriyalı, **8289 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** *3 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. *4. AR Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 598 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş X** 2004-cü il tarixdə tikilmiş, 200.00 kv.m olan torpaq sahəsində yerləşmiş, sahəsi *32.00 kv.m olan 6 yaşayış otaqlarından, sahəsi 64.60 kv.m olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikililərindən ibarət olan Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 24 saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. *5. Torpağın mülkiyyətə verilməsinə dair JN-9748H saylı Şəhadətnamənin surətindən görünür ki, 0.02 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6 mülkiyyətinə verilmişdir. *6. 25.**.20*9-cu il qeydiyyat tarixli və ***9**4070 qeydiyyat nömrəli AR ƏMDK yanında DƏDRX-nin Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evi Ərizəçi adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. *7. Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, *3.09.2020-ci il tarixdə ölmüş mərhum anası - X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən sahəsi 0.02 ha torpaq sahəsindən ona çatası miras payı qəbul etmədiyini və qəbul etmək istəmədiyini bildirmişdir. *8. Ərizəçi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, *3.09.2020-ci il tarixdə ölmüş mərhum anası - X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən sahəsi 0.02 ha torpaq sahəsini qəbul etdiyini bildirmişdir. *9. AR ƏN Bakı şəhəri *0 saylı notariat ofisinin 03.*0.2023-cü il tarixli, 364 nömrəli “Notariat əməliyyatının aparılmasından imtina barədə Qərar”ından görünür ki, miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddətə riayət edilmədiyi üçün notariat əməliyyatı aparılmasından imtina edilmişdir.

İşin faktiki halları

20. ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X6 mülkiyyətinə verilməsi və X6 *3.09.2020-ci il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. Mərhumun iki birinci növbəli vərəsəsi var, onlardan biri, iş üzrə üçüncü şəxs Maraqlı şəxs2 anasından qalan miras əmlakdan imtina etmişdir. Digər vərəsə, hazırkı iş üzrə Ərizəçi isə həmin torpaq sahəsində yerləşən və onun mülkiyyətində olan yaşayış evində yaşamaqla torpaq sahəsinə faktiki sahiblənmişdir.

Tətbiq edilən hüquq

2*. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **5*. Miras əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə **59. Qanun üzrə vərəsələr **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə **60. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Mirasın qəbul edildiyi müddət (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li Qərarı

*0. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. *0.*. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. *0.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.*. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları *06.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.*. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

25. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

26. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi

27. Məhkəmə işin faktiki hallarını, ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.

28. Belə ki, məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən sahəsi 0.02 ha torpaq sahəsinin mülkiyyətçisi X*0 olmuş və onun ailəsi - əri X*4, övladları Ərizəçi və Maraqlı şəxs2 ibarət olmuşdur. X*4 06.06.20*0-cu ildə, X*0 isə *3 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. X* miras qalmış əmlaka - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən sahəsi 0.02 ha torpaq sahəsinə dair övladı Maraqlı şəxs2 notarial qaydada ərizə təqdim edərək miras əmlakdan ona çatan payı qəbul etmədiyini və qəbul etmək istəmədiyini bildirmişdir. Vərəsə ola biləcək şəxslərdən digəri – həyat yoldaşı X*4 isə ondan əvvəl 06 iyun 20*0-cu il tarixdə vəfat etmişdir. Mərhum mülkiyyətçinin övladı Ərizəçi isə anasından miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən sahəsi 0.02 ha torpaq sahəsinin onun tərəfindən faktiki qəbul olunması üçün notariat orqanına ərizə vermiş, lakin ərizəçi qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir.

29. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. Belə ki, hazırki iş üzrə vərəsəlik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi ərizəçi anasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariat orqanına ərizə versə də, qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün notariat orqanı tərəfindən ərizəyə baxılmamış və qanunla notariuslara həmin müddət keçdikdən sonra ərizələrə baxılması ilə bağlı səlahiyyət verilmədiyi üçün ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir.

30. Mülki qanunvericiliyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 3*. Qeyd olunan normadan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir və təsdiqləyir.

32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li Qərarında da qeyd edilmişdir ki, mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.

33. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından, həmçinin ərizəçi və maraqlı şəxsin izahatından görünür ki, X8 məxsus olmuş torpaq sahəsi üzərində ərizəçi fərdi yaşayış evi tikmiş və anası *3 sentyabr 2020-ci il tarixdə vəfat etdikdən sonra ərizəçi heç bir sənədləşmə işi aparmamışdır. Anası öldükdən sonra vərəsə kimi yalnız o və bacısı qalmışdır. Atası vəfat etmiş, bacısının isə həmin miras əmlakla bağlı iddiası olmamışdır. Belə ki, məhkəmə iclasında maraqlı şəxs - ərizəçinin bacısı Maraqlı şəxs2 Səttər qızı bildirdi ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır.

Məhkəmə xərcləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

36. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN 9748H saylı şəhadətnaməyə əsasən X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,02 hektar torpaq sahəsinin ərizəçi Səfərov Rasim Səttar oğlu tərəfindən X5 vərəsəsi kimi miras qismində qəbul etməsi faktı müəyyən edilsin.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 9748H saylı şəhadətnaməyə əsasən X8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,02 hektar torpaq sahəsinin ərizəçi Səfərov Rasim Səttar oğlu tərəfindən X5 vərəsəsi kimi miras qismində qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar