Məhkəmə qərarları › İş №2(010)-3134/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3134/2024

20.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3134/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Rəhı̇ mov Elşən Cavanşı̇ r oğlu və Rəhı̇ mova Xatı̇ mə Allabağış qızının cavabdeh Suraxanı Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qarşı "mənzilə sahiblik və onda istifadə faktının müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı Rəhı̇ mov Elşən Cavanşı̇ r oğlu və Rəhı̇ mova Xatı̇ mə Allabağış qızının cavabdeh Suraxanı Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qarşı "mənzilə sahiblik və onda istifadə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları 2.İş üzrə məhkəmə hazırlıq iclası 20 sentyabr 2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. 3.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə elektron kabinet vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. 4.İddiaçılar xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

6. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Rəhı̇ mov Elşən Cavanşı̇ r oğlu və Rəhı̇ mova Xatı̇ mə Allabağış qızının cavabdeh Suraxanı Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qarşı "mənzilə sahiblik və onda istifadə faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılmalıdır.

7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Rəhı̇ mov Elşən Cavanşı̇ r oğlu və Rəhı̇ mova Xatı̇ mə Allabağış qızının cavabdeh Suraxanı Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qarşı "mənzilə sahiblik və onda istifadə faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar