Məhkəmə qərarları › İş №2(010)-3136/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3136/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3136/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, Ərizəçi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X10, Suraxanı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Komissiyasının psixoloqu X13 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikaının Bakı şəhərində Suraxanı rayonunun ərazisində bir qız uşağının doğulması faktını müəyyən edilməsini xahiş edir. Ərizəçi ərizəsini onunla əsalandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. 2013-cü ildə Qazaxıstan Respublikasının vətəndaşı X14 ilə ailə qurmuş və onların ailə münasibətlərindən Bakı şəhəri, Suraxanı rayonunun ərazisində xx.xx.2015-ci il tarixdə tibb müəssisəsindən kənarda bir qızı doğulmuşdur. Uşaq doğulduqdan sonra xx.xx.2017-ci il tarixdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyində X14 ilə nikaha daxil olmuşdur. Uşağın doğumuna əri və həmin vaxt kirayədə yaşadıqları evin qonşuluğunda yaşayan bir qadın kömək edib. Doğuşdan sonra uşağın doğulması barədə sənəd almaq üçün həkimə müraciət etməmişdir. Qızı bu vaxta qədər doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Doğum haqqında şəhadətnamə ilə təmin edilmədiyi üçün qızı Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilə bilmir. Bu səbəbdən də, o vətəndaşsızlıq vəziyyətinə düşüb və buna görə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (BMT QAK) vətəndaşlığı olmayan şəxs kimi qeydiyyata alınmışdır.Qızının Azərbaycan Respublikasının vətəndaşı kimi sənədləşdirilməsi üçün onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək, xx.xx.2015-ci il tarixdə doğulmuş qızının doğum faktının qeydə alınmasını və onun doğum haqqında şəhadətnamə ilə təmin edilməsini xahiş etsə də, ərizənin təmin olunması mümkün olmaması və Maraqlı şəxsnə hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməyi məsləhət görülmuşdur. İddiaçı Ərizəçi xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikaının Bakı şəhərində Suraxanı rayonunun ərazisinə bir qız uşağının doğulması faktını müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi Mülki Prosesual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ərizəçi xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində, Suraxanı rayonu ərazisində ev şəraitində X7 doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında iştirak edən Ərizəçi verdiyi ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, qızı Amaliya xx xxxxxx 2015-ci il tarixdə Suraxanı rayonun ərazisində, Qaraçuxur qəsəbəsində ev şəraitində doğulmuş, lakin öz səhlənkarlığına görə onun sənədləri ilə məşğul olmamış, bütün digər uşaqların doğum haqqında şəhadətnamələri olsa da, qızı Amaliyanın doğumu sənədləşdirilməmiş, lakin hamilə vaxtı həkimin nəzarətində olmuş, doğuşdan sonra da uşağı müayinəyə aparmış, xəstəxanada qeydiyyata almışdır Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X15 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Bundan əlavə göstərmişdir, ərizəçi hamilə vaxtı ultrasəs müayinəsindən keçmiş, doğuşun vaxtı xx.xx.2015-ci il tarixə təhmin edilmiş, ərizəçinin qızı doğulduqdan sonra X2 anadangəlmə hepatit C ilə əlaqədar müalicə almış, sonradan 15 nömrəli X8 qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi, psixoloq X13 iştirakı ilə Ərizəçi qızı Amaliya dindirilmiş, özünü Amaliya kimi təqdim etməklə, anası qismində Ərizəçi, atası kimi X11 göstərmiş, bacıları Sofiya, Məryəm, Həcər, Sumeya sadalamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasınadək məhkəməyə daxil olmuş yazılı ərizəsi ilə müraciət edərək, işin çoxluğu ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Ərizəçi doğumun qeyd olunması faktı tələbinə dair ərizəsi üzrə mülki nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 verdiyi izahatında Ərizəçi qardaşı olduğunu, bacısının ailəsi 2015-ci ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayanda, onun və ailəsinin də həmin vaxt Qaraçuxur qəsəbəsində yaşadığını, bacısının hamilə olduğunu, sonradan xx xxxxxx 2015-ci il tarixdə ev şəraitində uşağın doğulduğunu, ona bu barədə zənglə xəbər verildiyini, uşağın doğulduqdan sonra pnevmaniya xəstəliyiniə yoluxduğunu və bununla əlaqədar müalicə aldığını, hal-hazırda uşağın 5 yaşında Amaliya adında olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi izahatında Ərizəçi atası olduğunu, qızının ailəsi 2015-ci ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşadığını, qızının xx xxxxxx 2015-ci il tarixdə ev şəraitində uşağın doğulduğunu, ona bu barədə zənglə xəbər verildiyini, uşağın doğulduqdan sonra pnevmaniya xəstəliyiniə yoluxduğunu və bununla əlaqədar müalicə aldığını, hal-hazırda nəvəsinin 5 yaşı olduğunu və Amaliya adında olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 verdiyi izahatında Ərizəçi əri olduğunu, yoldaşı ilə birlikdə 2015-ci ildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşadığını, ərizəçi ilə birlikdə xx xxxxxx 2015-ci il tarixdə ev şəraitində uşağın doğulduğunu, doğuşda bir nəfər qadın və özü şitirak etdiyini, həmin uşağın ikinci uşaqları olduğunu, uşağın doğulduqdan sonra pnevmaniya və hepatit xəstəliyinə yoluxduğunu və bununla əlaqədar müalicə aldığını, hal-hazırda qızının 5 yaşı olduğunu və Amaliya adında olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 133-05/75 saylı məktuba əsasən, xx.xx.2015-ci il tarixində ev şəraitində doğulmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsinə dair X6 ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibbi müəssisəsində doğulmasını təsdiq edən sənəd əsasında, uşaq müəssisədən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq qeydiyyat şöbəsi tərəfindən bu sənədlər olmadıqda işə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Qeyd olunanları nəzərə alaraq doğum faktını təsdiq edən sənəd təqdim olunmadığından Maraqlı şəxsndə ərizənin təmin olunması mümkün olmadıbı izah edilməklə, Maraqlı şəxs hüquqi əhəmiyyətli olan doğum faktın müəyyən edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Qazaxıstan Respublika Səfirliyinin Azərbaycan Respublikasındakı Konsulluq şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli № ******* nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X14 və Ərizəçi xx.xx.2017-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 5 nömrə ilə qeyd edilmişdir. Ərə Vəliyev soyadı, arvada Şahbazova soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı Doğum evinin qadın məsləhətxanası tərəfindən xx.xx.2015-ci il tarixli ultrasəs müayinəsinə əsasən 1987-ci il təvəllüdlü Rühəngiz Şahbazovanın xx.xx.2015-ci il tarixdə 15 həftə 3 günə uyğun normal inkişaf edən hamiləliliyi müəyyən edilmiş, doğuş vaxtı xx.xx.2015-ci il tarixi təhmin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X1 epikrizinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Şahbazova adsız Ramin qızı xx.xx.2015-ci il tarixdə həmin müəssisənin yenidoğulanların patologiya şöbəsinə anadangəlmə hepatit C, ikitərəfli bronxopnevmoniya kəskin gediş ağır forma, perinatal hipoksik ensefalopatiya, funksional oval dəlik diaqnozu ilə daxil olmuş, xx.xx.2015-ci il tarixdə evə yazılmışdır. İş materiallarında olan 15 nömrəli X9 uşaq şöbəsi tərəfindən verilən xx.xx.2017-ci il tarilxi arayışa əsasən, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048, ev 3-23 ünvanda yaşayan 1987-ci il təvəllüdlü AZE seriyalı 09670235 nömrəli Ərizəçi xx.xx.2015-ci il tarixində bir uşağı evdə doğulmuşdur.Doğum evindən doğulmuş bir uşağı olub. xx.xx.2015-ci il tarixindən 15 nömrəli X9 uşaq şöbəsində qeydiyyatdadır. Hal-hazırda sağlamdır. İş materiallarında olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 63 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2017-ci tarixli 257 nömrəli arayışa əsasən, Ərizəçi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048 məhəllə, ev 3, mənzil 23 ünvanında kirayədə yaşayır. İş materiallarına əlavə edilmiş X5 Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, ***-*******8 individual İD olan himayə sənədinə əsasən Şahbazova Amaliya BMT QAK-ın mandatı altında olan şəxsdir, vətəndaşlığı olmayan şəxsdir (xx xxxx 2020-ci il tarixədək etibarlıdır.) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi içraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxxx 2015-ci ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisində ev şəraitində qızı X7 doğulması faktı işin materialları ilə sübuta yetirilir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı, Ərizəçi xx xxxxxx 2015-ci ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisində ev şəraitində qızı X7 doğulmasına dair doğum faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edlisin. Ərizəçi xx xxxxxx 2015-ci ildə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində ev şəraitində qızı X7 doğulmasına dair doğum faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar