Məhkəmə qərarları › İş №2(010)-3140/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3140/2022

13.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3140/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh qarşı “maneələrin aradan qaldırımlası” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər X6 və Cavabdeh tərəfindən onların ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamaqlarına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1993-cü il tarixdə X8 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan xx xxx 1994-cü il təvəllüdlü İddiaçı2 və 25 avqust 1998-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. O,ünvan 3 ünvanına gəlin gəlmişdir. Sözügedən ev mərhum qaynanası X1 adına olmuşdur. Hal-hazırda cavabdehlər sözügedən fərdi yaşayış evində yaşamalarına imkan vermirlər, maneələr yaradıllar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X3 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, iddiaçılarıın sözügedən mənzildə yaşamalarına cavabdehlər tərəfindən maeələr yaradaılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Belə ki, İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı1 ilə X8 arasında nikah 27 avqust 1993-cü il tarixdə bağlanmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 13 oktyabr 1994-cü il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, tərəflərin birgə nikahdan xx xxx 1994-cü il təvəllüdlü İddiaçı2 və 25 avqust 1998-ci il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarından görünür ki, İddiaçı1 nikah bağlandığı vaxtdan, daşınmaz əmlak hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmayan ünvan 3 ünvanında yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə də ki, iş materiallarından görünür ki, iddiaçı mübahisəli ünvanda cavabdehlə birlikdə yaşamış və həmin yaşayış sahəsinə faktiki sahiblik etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Deməli, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçılar həmin evdə yaşamışdır. Cavabdehlərin isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Bu səbəblə də, iddiaçının həmin yaşayış yerində yaşamasına müqavimət göstərərək fiziki maneə törədən şəxslərin bununla bağlı çox ciddi hüquqi əsasları olmalıdır. Əks halda iddiaçının mübahisəli mənzilə köçməsinə fiziki maneə törətmək aşkar şəkildə qadağan edilmiş özbaşınalıq hesab olunur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia edilməli və iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamaqları üzrə sahibliyinə yaradılmış maneələrin aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X6 və Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamaqlarına yaradılmış maneələrin aradan qaldırılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar