Məhkəmə qərarları › İş №2(010)-3176/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3176/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3176/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qarşı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şaumyan (Xətai) XDS-i tərəfindən verilmiş mənzilə dair orderdəki “Sadaqat”-ın və 9 saylı protokoldakı “Sadaqa”-nın Ərizəçi olması faktına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1963cü ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda atasından ona qalmış əmlakın özəlləşdirilməsi ilə bağlı problemi yaranmışdır. Belə ki, mərhum atası X13 adına Şaumyan (Xətai) XDS tərəfindən verilmiş 21.10.1977-ci il tarixli mənzilə dair orderdə onun adı qrafasında adı “Sədaqət” olsa da, yanlış olaraq” Sadaqat” yazılmışdır. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialından verilmiş Şaumyan(Xətai) XDS-nin 9 saylı Protokolunun surətində də yenə də “Sədaqət “ əvəzinə yanlış olaraq “Sadaqa” kimi qeyd edilmişdir. Həmin orderdəki yanlışlığın aradan qaldırılması ilə bağlı müraciət etsə də, bu yanlışlığın maraqlı şəxs tərəfindən aradan qaldırılmasının mümkün olmadığını və ərizəçinin bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə əlunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bununla əlaqədar əizəçi Ərizəçi Şaumyan (Xətai) XDS-i tərəfindən verilmiş mənzilə dair orderdəki “Sadaqat”-ın və 9 saylı protokoldakı “Sadaqa”-mn Ərizəçi olması faktına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə təqdim olunmuş və iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsinə əsasən, Ərizəçi bacısı, orderdə göstərilən X21 atası, Quliyeva Məleykə anası, Quliyev Ələkbər qardaşı, Verdiyeva Südabə bacısı olduğunu bildirmişdir. Bacısının orta təhsilli olduğunu, X12 yazıldığını bildirmişdir. Mülki işin materiallarından olan: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 02 aprel 2021-ci il tarixli A-56-091 saylı məktubuna əsasən ərizəçiyə Azərbaycan respublikası Mülki-Prosessal Məcəlləsinin 307-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edlməsi barədə işlərə rayon məhkəmə orqanları tərəfindən baxıldığından və 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinqin order əsasında verilməsi, bu orderlərdə hər hansı bir düzəlişin edilməsi nəzərdə tutulmadığından müraciətində qaldırdığı məsələnin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. 2 saylı Bakı Asan Xidməti tərəfindən verilmiş 06.12.2013-cü il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi Bakı şəhərində xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Şaumyan rayonu VVAQ şöbəsi tərəfindən İİ-JQ seriyalı 416927 nömrəli, 21.02.1974-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 29.01.1974-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 fevral 1974-cü il tarixdə 526 sayla qeyd edilmişdir. Ata qrafasında X22, ana qrafasında X14 qeyd edilmişdir. İsmayılov rayon Muzdurlar kənd Soveti tərəfindən verilmiş 11 dekabr 1985-ci il tarixli, İİİ-ЖГ seriyalı 386239 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 oğlu və X4 11 mart 2010-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 dekabr 1985-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Ərə Ələkbərov soyadı, arvada Ələkbərova soyadı verilmişdir. İT-İ seriyalı, ******* nömrəli əmək kitabçası xx xxxx 1963-cü il təvəllüdlü X2 adına verilmiş, 21.10.1981-ci il tarixdən 01.07.1992 ilə qədə əmək fəaliyyətini əhatə edir. Suraxanı rayonu Serebrovski qəsəbə soveti tərəfindən verilmiş İV-JQ seriyalı 304284 sayıl ölüm haqqında şəhadətnaməyə əsasən X23 13 oktyabr 1991-ci il tarixə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 noabr 1991-ci il tarixdə 146 nömrə ilə qeyd edilmişdir. Şaumyan rayon Xalq deputatları şurasının icra komitəsinin 21.10.1977-ci il tarixli 9 saylı protokolundan görünür ki, vətəndaş X22 01.10.1968 tarixindən «Dəmirbeton» trestinin JBİ-4 zavodunda formalayıcı vəzifəsində işləyir. Kirayəşin qismində Kənçi küç., ev 12, sahəsi 11,9 kv.m olan mənzildə 6 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Mənzil kirayəşini uçotunda 20.10.1972 tarixindən dayanır. “Dəmirbeton» trestinin JBİ-4 zavodunun rəhbərliyi, həmkarlar təşkilatı, 12 №li, 03.06.1977 tarixli qərarı ilə vət. M.A.Quliyevin, kirayəşin uçotundan çıxarılmaqla, 6 nəfər ailə üzvü ilə birlikdə Serebrovski qəs., ev 4, blok 7, mərtəbə 1, mənzil 66 ünvanında yerləşən, sahəsi 59.85 kv.m. olan 4 otaqlı mənzili təqdim edib. Dəmirbeton trestinin JBİ-4 zavodunun rəhbərliyinin M.A.Quliyevin, kirayəşin uçotundan çıxarılmaqla. 6 nəfər ailə üzvü ilə birlikdə Serebrovski qəs., ev 4, blok 7, mərtəbə 1. mənzil 66 ünvanında yerləşən, sahəsi 59,85 kv.m. olan 4 otaqlı mənzili təqdim edilməsi qərarı təsdiqlənmiş, X22 – özü, X14 – arvadı, X9 – qızı, X10, X11, X8 mənzil uçotundan çıxarılması qərara alınmışdır. Azərbaycan SSR Bakı şəhəri X1 icra komitəsi Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 21.10.1977-ci il tarixli 150798 saylı orderin sürətinə əsasən, X15 ondan ötrü ki, o 5 nəfər ailə üzvü X22, X14, X9, X6, X8 və X11 ilə birgə Serebrovski qəsəbəsi, ev 4, mənzil 66, blok 7, mərtəbə 1, 59.85 kv.ın. sahəsi olan 4 otaqlı mənzili tutmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı Azərbaycan SSR Bakı şəhəri X1 icra komitəsi Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 21.10.1977 tarixli 150798 saylı orderində göstərilən “Sadaqat”-ın və Şaumyan rayon Xalq deputatları şurasının icra komitəsinin 21.10.1977-ci il tarixli 9 saylı protokolunda göstərilən “Sadaqa”-nın ilə AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”nın eyni şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edlisin. Azərbaycan SSR Bakı şəhəri X1 icra komitəsi Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi İdarəsi tərəfindən verilmiş 21.10.1977 tarixli 150798 saylı orderində göstərilən “Sadaqat”-ın və Şaumyan rayon Xalq deputatları şurasının icra komitəsinin 21.10.1977-ci il tarixli 9 saylı protokolunda göstərilən “Sadaqa”-nın ilə AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”nın eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar