Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3177/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçi “İmam Cümə” məscidi dini icmasının X* və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi “İmam Cümə” məscidi dini icmasının “mülkiyyət hüququ üzrə sahibliyində, istifadəsində olması və onun barəsində sərəncam vermək hüququnun olması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “İmam Cümə” məscidi dini icmasının “mülkiyyət hüququ üzrə sahibliyində, istifadəsində olması və onun barəsində sərəncam vermək hüququnun olması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə *4 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına ərizəçi “İmam Cümə” məscidi dini icmasının X2 və onun vəkili Vəkil gəlmişlər. ərizəçi “İmam Cümə” məscidi dini icmasının X2 dəftərxana vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X3 vəsatəti təmin edilməli və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *70, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsinin qaytarılması barədə vəsatət təmin edilsin. Ərizəçi “İmam Cümə” məscidi dini icmasının “mülkiyyət hüququ üzrə sahibliyində, istifadəsində olması və onun barəsində sərəncam vermək hüququnun olması” tələbi” barədə iddia ərizəsi sənədlərlə birlikdə ərizəçoyə qaytarılsın. Qərardaddan *0 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3177/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3177/2022
14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver