Məhkəmə qərarları › İş №2(010)-3184/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3184/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3184/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 06.05.2020-ci il tarixli 10BK/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 21.05.2020-ci il tarixli 10BK/20-1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 29.882,94 AZN, faiz borcu üzrə 265,49 AZN, cəmi 30.148,43 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 180 ünvanında yerləşən 60 nömrəli mənzilin tutmaya yönəldilməsi, bu əmlakın hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 21.05.2020ci il tarixli 10BK/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 30.148,43 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 180 ünvanında yerləşən 60 nömrəli mənzilin ilkin satış qiymətinin 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 180 ünvanında yerləşən 60 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, digər Cavabdeh3 isə məhkəmə iclasında iştirak etmiş, lakin işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləlikdə, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasına gəlmədiyindən və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar