Məhkəmə qərarları › İş №2(010)-3213/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3213/2024

26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3213/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi və 4 saylı Bakı “ASAN xidmət” X*2rşı “ölüm akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi və 4 saylı Bakı “ASAN xidmət” X*2rşı “ölüm akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X4 ölüm akt qeydinin bərpa olunması və həmin akt qeydinin ad qrafasında babasının adı “X*8”, ölüm tarixi “24.**.*982-ci il”, ölüm yeri “Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndi”, ölüm səbəbi “bəd xassəli şiş” qeyd edilməklə ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, “Bildirirəm ki, mən Ərizəçi xx.xx.*973cü il tarixində Bakı şəhərində anadan olmuşam. Mənim babamın (anamın atası) adı X*8, nənəmin (anasın anası) adı isə X26 olmuşdur. Bildirirəm ki, babam (anamın atası) X*8 *92*-ci ildə Ermənistan Respublikası Qafan rayonu, Xələc kəndində anadan olmuşdur, nənəm (anamın anası) X26 *928-ci ildə Ermənistan Respublikası Qafan rayonu, Xələc kəndində anadan olmuşdur. X2 və nənəm X26 *947-ci ildə ailə qurmuşlar. Onların birgə nikahdan ** uşaqları doğulmuşdur. **.*9.*948-ci il təvəllüdlü X*9, 23.*4.*95-ci il təvəllüdlü (Bəhramova) X*, *6.**.*95*-ci il təvəllüdlü (Bəhramova) X*3, **.*2.*953-cü il təvəllüdlü X2*, *4.*2.*956-cı il təvəllüdlü X*4, **.**.*957-ci il təvəllüdlü (Bəhramova) X23, **.*3.*96*-cı il təvəllüdlü X*5, **.**.*962-ci il təvəllüdlü X8, 23.*5.*963-cü il təvəllüdlü X5, 2*.**.*965-ci il təvəllüdlü X*6. (Bəhramova) X* mənim anamdır. Anam 23.*4.*95*-ci il tarixində Ermənistan Respublikası Qafan rayonuu, Xələc kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin ad qrafasında adı “X9”, doğum tarixi “23.*4.*95*-ci il”, doğum yeri “Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndi”, ata adı qrafasında atasının adı “X*8”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anamın adı “X26”, milliyyəti “azərbaycanlı” yazılmışdır. Qeyd etmək istəyirəm ki, anamın atası (babam) X*8 xərçəng xəstəliyindən əziyyət çəkirdi. Anamın atası (babam) X*8 24.**.*982-ci il tarixində Ermənistan Respublikası Qafan rayonu, Xələc kəndində həmin xəstəlik səbəbindən vəfat etmişdir və həmin kənddə də, yəni Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində dəfn olunmuşdur. Onun ölüm haqqında şəhadətnaməsi Ermənistan Respublikası Qafan rayonu, Xələc kənd Sovetliyindən verilmişdir. Lakin, anam (Bəhramova) X* həmin ölüm haqqında şəhadətnaməni itirmişdir. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında olan müharibə və gediş-gəlişin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin təkrarını Ermənistan Respublikası Qafan Rayonu Xələc kənd Sovetliyindən götürmək mümkün olmamışdır. Bildirirəm ki, anam (Bəhramova) X* *6.*5.2*24-cü il tarixində vəfat etmişdir. Anamın adına olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağ evi *34 g ünvanında yerləşən əmlak miras olaraq qalmışdır. Həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat Ofisinə müraciət etdim. Oradan mənə bildirdilər ki, mərhum X2nun ölüm şəhadətnaməsi lazımdır. Həmin ölüm haqqında şəhadətnamənin alınması üçün 4 saylı Bakı Asan Xidmət X** müraciət etdim. Oradan mənə bildirdilər ki, “X4 ölüm akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ölüm akt qeydinin verilməsi mümkün olmamışdır.” Hal-hazırda babamın ölüm şəhadətnaməsini Notariat Ofisinə təqdim edə bilməməyim səbəbindən anamın adına olan miras əmlaka vərəsəlik şəhadətnaməsi ala bilmirəm. Bu səbəbdən də X2nun ölüm akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşam”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, babası hələ Ermənistanda olarkən rəhmətə getmiş, lakin onun ölümünü təsdiq edən sənədi itirmişlər. Hazırda miras əmlakın qəbul edilməsi ilə bağlı sənədin əsli ona lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxslərin nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

Şahid ifadələri.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2* bildirmişdir ki, Ərizəçi onun bacısı oğludur. *97*-ci ildən etibarən etibarən Bakı şəhərində yaşayırlar. İbrahim Bəhrəmov onun atasıdır. Atası Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində doğulub orada yaşayıb, orada da işləyib. 24.**.*982-ci il tarixdə rəhmətə gedib. Bütün övladlar kimi o da valideyninin ölüm gününü dəqiq xatırlayır. Atası 6* yaşından sonra “bəd xassəli şiş” xəstəliyindən əziyyət çəkirdi. Bakıya müalicə almaq üçün gəlmiş, müalicədən sonra yenidən Ermənistana qayıtmışdır. Atasının xəstəliyi ağırlaşan zaman o, Bakıda olmuş, bacısı Qimeyrə ona atasının vəziyyətinin ağırlaşdığını xəbər etmiş və onlar kəndə atasını görməyə getmişlər. Kəndə gələrkən atasının can verməsinin, bir müddət sonra vəfat etməsinin, onu kənd qəbirstanlığında dəfn etməklərinin şahidi olmuşdur. Atasının ölümü ilə bağlı şəhadətnamə alsalar da, həmin sənəd qeyri-müəyyən şəraitdə itmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*7 və X23 şahid X2* ilə eyni məzmunda ifadə vermişlər.

İş materialları.

7. 4 saylı Bakı “ASAN xidmət” X22 tərəfindən verilmiş *9.*5.2*24-cü il tarixli, 3-*6-5/8- *5-498/2*24 saylı məktubdan görünür ki, X6 ölüm haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün olmamışdır.

8. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən *2.**.2*22-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 777967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** (atası X2*, anası X27) 23.*4.*95*-ci ildə Ermənistan Respublikası, Xələc kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *2.**.2*22-ci il tarixdə 36-*3 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən *2.*5.2*24-cü il tarixdə verilmiş AZ-İİ 4255** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X* *6.*5.2*24-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında **.*5.2*24cü il tarixdə 9** nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

**. Ərizəçi babası X2* 24.**.*982-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində ölmüş, elə həmin kənddə də dəfn edilmişdir. Həmin vaxt onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamə alınsa da, həmin sənədin əsli mərhumun ailəsi Ermənistandan Azərbaycana köçən vaxt itmişdir. Ərizəçinin babası olan X4 ölüm haqqında şəhadətnaməsinin əslini əldə etməyin başqa yolu olmadığından ərizəçi mərhum babasının ölüm akt qeydinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat verən şahidlər də bu qeyd edilənləri təsdiq etmişdir. Tətbiq edilən hüquq.

**. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

*2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 3*7. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 3*7.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 3*7.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 3*8. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*9. Ərizənin verilməsi. 3*9.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin **.*3.2***-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”.

İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası. *3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. *4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. *6. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 2**9-cu il tarixli, *3 saylı Qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmənin mövqeyi.

*5. İşin hallarından görünür ki, Ərizəçi babası X6 24.**.*982-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində ölməsinə dair ölüm akt qeydinin bərpa edilməsini xahiş etmişdir. *6. Məhkəmə hesab edir ki, mərhum X*8 24.**.*982-ci il tarixdə öldüyü vaxt onun ölümü haqqında qeydiyyat aparılsa da həmin sənəd itdiyindən onun ölüm haqqında akt qeydinin başqa qaydada bərpa edilməsi mümkün olmamışdır. Bu səbəbdən hazırda Ərizəçi babası X4 24.**.*982-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində ölüm akt qeydinin bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş edilən faktın doğruluğu iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilir. Belə olan halda ərizə təmin edilməlidir. *7. Həmçinin nəzərə alınmalıdır ki, bu faktın təsdiq edilməsi müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə.

*8. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi babası X4 24.**.*982-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində qeydiyyata alınmış ölüm akt qeydi bərpa edilməlidir. *9. Şərh olunanlara əsasən və MPM-in 2*6-22*, 227, 3*7, 36* və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X4 24.**.*982-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində ölümünün qeydə alınması faktı müəyyən edilsin (ölüm akt qeydi bərpa olunsun). Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar