Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3215/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi və 4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi və 4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi (anasının anası) X*2 ölüm akt qeydinin bərpa olunması və həmin akt qeydinin ad qrafasında nənəsinin adı “X*8”, ölüm tarixi “*5.*5.*97*-ci il” ölüm yeri “Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndi”, ölüm səbəbi “bəd xassəli şiş” qeyd edilməklə ölüm haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi (anasının anası) X*2 ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi və həmin akt qeydinin ad qrafasında nənəsinin adı “X*8”, ölüm tarixi “*5.*5.*97*-ci il” ölüm yeri “Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndi”, ölüm səbəbi “bəd xassəli şiş” qeyd edilməklə ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
3. O, Ərizəçi xx.xx.*973-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Bildirir ki, babasının (ana atası) adı X*4, nənəsinin (ana anası) adı isə X*8 olmuşdur. X4 *92*-ci ildə Ermənistan Respublikası Qafan rayonu, Xələc kəndində anadan olmuşdur. X6 *928-ci ildə Ermənistan Respublikası Qafan rayonu, Xələc kəndində anadan olmuşdur. X4 və X6 *947ci ildə ailə qurmuşlar. Onların birgə nikahdan ** uşaqları doğulmuşdur. (Bəhramova) X3 onun anasıdır. Anası 23.*4.*95*-ci il tarixində Ermənistan Respublikası Qafan rayonu, Xələc kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin ad qrafasında adı “X**”, doğum tarixi “23.*4.*95*-ci il”, doğum yeri “Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndi”, ata adı qrafasında atasının adı “X*4”, milliyyəti azərbaycanlı”, ana adı qrafasında anamın adı “X*8”, milliyyəti “azərbaycanlı” yazılmışdır. Qeyd edir ki, X6 xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, *5.*5.*97*-ci il tarixində Ermənistan Respublikası Qafan rayonu, Xələc kəndində həmin xəstəlik səbəbindən vəfat etmişdir və həmin kənddə də dəfn olunmuşdur. Onun ölüm haqqında şəhadətnaməsi Ermənistan Respublikası Qafan rayonu, Xələc kənd Sovetliyindən verilmişdir. Lakin, anası (Bəhramova) X3 həmin ölüm haqqında şəhadətnaməni itirmişdir. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında olan müharibə və gediş-gəlişin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin təkrarını Ermənistan Respublikası Qafan Rayonu Xələc kənd Sovetliyindən götürmək mümkün olmamışdır. Bildirir ki, anası (Bəhramova) X3 *6.*5.2*24cü il tarixində vəfat etmişdir. Anasının adına olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağ evi *34 g ünvanında yerləşən əmlak miras olaraq qalmışdır. Həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat Ofisinə müraciət etmişdir. Oradan bildirdilər ki, mərhum anasının anası (nənəsi) X*2 ölüm şəhadətnaməsi lazımdır. Həmin ölüm haqqında şəhadətnamənin alınması üçün 4 saylı Bakı Asan Xidmət X** müraciət etmişdir. Oradan bildirdilər ki, X*2 ölüm akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ölüm akt qeydinin verilməsi mümkün olmamışdır. Halhazırda ölüm şəhadətnaməsini Notariat Ofisinə təqdim edə bilməməsi səbəbindən anasının adına olan miras əmlaka vərəsəlik şəhadətnaməsi ala bilmir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur.
Tərəflərin izahatları
4. İş üzrə maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi və 4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*973-cü il tarixdə anadan olmuşdur. X2, anası X*r.
7. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 23.*4.*95*-ci il tarixdə anadan olmuşdur. X5, anası X*5r.
8. AZ-İİ seriyalı, 4255** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *6.*5.2*24-cü il tarixdə vəfat etmişdir.
9. XİV-MT seriyalı, 5*73*8 nömrəli pasportun surətindən görünür ki, X2* **.**.*928-ci il tarixdə anadan olmuşdur. **. AR Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanan *9.*5.2*24-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il * mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa, və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ın *6-cı bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qürum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrasının mümkün olmadığı qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, həmin Məcəllənin *62.2-ci maddəsinə və həmin Qərarın *4-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq ölüm haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. **. Məhkəmə iclasında şahid qismində dindirilən X*6 bildirdi ki, ərizəçinin xalasıdır. Anası Qafan kəndində *97*-ci il may ayının 5-də rəhmətə gedib. Xərçəng xəstəsi idi, əməliyyat olunduqdan sonra rəhmətə gedib. Ölüm haqqında sənədi var idi, qardaşım onu bacıma vermişdi. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X*7 bildirdi ki, ərizəçinin xalasıdır. Anası Qafan kəndində *97*-ci il may ayının 5-də rəhmətə gedib. O zaman o 5-ci sinifdə oxuyurdu. Anası xəstəsi idi, ölüm haqqında sənədi var idi, qardaşı almışdı. *3. Məhkəmə iclasında şahid qismində dindirilən X*3 bildirdi ki, anası *97*-ci ildə rəhmətə gedib, o zaman onun 8 yaşı var idi. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.
İşin faktiki halları
*4. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi nənəsi (anasının anası) X*2 *5.*5.*97*-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində vəfat etdiyini və o vəfat edən zaman ona ölüm haqqında sənəd alındığını, lakin daha sonra anasının həmin sənədi itirdiyini bildirir. Hazırda nənəsi (anasının anası) X*2 ölüm haqqında qeydinin aparılması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini tələb edir və tələbinin əsası kimi işdə olan sənədlərə və şahid ifadələrinə əsaslanır.
Tətbiq edilən hüquq
*5. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 3*7. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 3*7.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Maddə 3*8. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*9. Ərizənin verilməsi 3*9.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*7. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 2**9-cu il tarixli, *3 saylı Qərarı. Həmin Qərarda məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi
*8. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. *9. Məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, **.**.*928-ci il tarixdə anadan olmuş X*8 *5.*5.*97*-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində vəfat etmişdir. Lakin məlum səbəblərə görə ərizəçi öz ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüşdür və hüquqmüəyyənedici sənədlər Ermənistan Respublikasında qalmışdır. Hazırda, məlum səbəblərə görə arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir. Hazırkı ərizənin dəlillərinə tənqidi yanaşılması üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. 2*. Məhkəmə qeyd edir ki,ərizəçi həmin tələbdə X6nın “ölüm səbəbinin bəd xassəli şiş qeyd edilməklə müəyyən edilməsini xahiş etsə də, lakin məhkəmə şəxsin ölümünün səbəbini deyil, onun ölümünün qeyd edilməsi faktını müəyyən edir. Bu səbəbdən ərizə qeyd olunan hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri
2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, **.**.*928-ci il tarixdə anadan olmuş X*2 *5.*5.*97*-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-22*-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə qismən təmin edilsin. **.**.*928-ci il tarixdə anadan olmuş X*2 *5.*5.*97*-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Xələc kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş *** manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.