Məhkəmə qərarları › İş №2(010)-322/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-322/2022

10.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-322/2022 10.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Həmidov İddiaçı Gülşən Almas qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan mebel dəsti (yataq, dolab, komod, 2 ədəd kiçik tumba, 1 ədəd uşaq çarpayısı), yumşaq dəsti (divan, 2 ədəd kreslo, 2 ədəd jurnalnı masa), qonaq dəsti (1 ədəd stol, 6 ədəd stul, 1 ədəd servant), 1 ədəd mikser, 1 ədəd ütü, 1 ədəd qaz peçi (duxovka), 1 ədəd kompüter, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd tozsoran, 1 ədəd elektrikli çaydan, 2 ədəd geçə lampası, 2 ədəd çilçıraq, 1 ədəd çaynik dəsti, Vitrin büllur qabları, 3 ədəd iri meyvə qabı, 5 ədəd iri güldan, 2 ədəd kiçik güldan, 1 ədəd qrafin 6 ədəd stəkan (dəst), 1 ədəd qrafın 6 ədəd fujer (dəst), 12 ədəd fujer, 9 ədəd konfet qabı, 2 ədəd göy rəngli meyvə qabı, 1 ədəd göy güldan, 1 ədəd rəngli güldan, 4 ədəd lepkalı meyvə qabları (saxsı), 1 dəst ağ çay servizi, 1 ədəd konyak dəsti, 1 ədəd suvenir saxsı samovar dəsti, 6 ədəd böyük xrustal stəkan, 6 ədəd armudu xrustal stəkan, Şüşə qablar, 6 ədəd rəngli fujer, 6 ədəd zərli fujer, 2 ədəd kiçik qara çaynik, 2 ədəd iri ləbləbi qabı, 2 ədəd kiçik ləbləbi qabı, 3 ədəd saxsı göy rəngli çərəz qabı, 1 ədəd saxsı ləpə qabı, 1 dəst ağ rəngli saxsı serviz, 1 ədəd saxsı dolça, 18 ədəd su stəkanı, 16 ədəd masqura, 6 ədəd kasa, 38 ədəd nimçə, 2 ədəd şüşə bulud, 7 ədəd saxsı bulud, 4 qutu su stəkanı (24 ədəd), 6 nəfərlik çay fincan dəsti, 12 ədəd qara rəngli nəlbəki, 50 ədəd boşqab (dəst), 3 ədəd bulud, 2 ədəd limon qabı + 4 ədəd limon qabı, 2 ədəd iri bulud, 1 ədəd qara bulud, 2 ədəd qrafın, çəngəl, bıçaq, qaşıq (fərqli sayda), 12 ədəd çini boşqablar (dəst), 1 ədəd qazan dəsti, 1 ədəd emal qazan, 1 ədəd tefal qazan, 1 ədəd aşsüzən, 4 ədəd emal qablar, 1 dəst biçaq (taxtalı), 1 ədəd nikel qazan, 2 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd yastıq, 6 ədəd ədyal, 3 dəst yataq örtüyü, 2 ədəd sintetik xalça, 1 ədəd əl xalçası, 2 ədəd ayaq altı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, 4 ədəd mürəbbə qabı, 1 ədəd tort dəsti, 6 ədəd salat qabı, 1 qrafin dəsti, 1 ədəd qara rəngli su qabı dəsti, 1ədəd desert dəsti, 6 ədəd şüşə çay dəsti, 1 ədəd şüşə çaynik, 1 ədəd qəhvə dəsti (maddona), 1 ədəd tava, 1 ədəd qazan, 1 ədəd armudu çay dəsti, 1 ədəd üçlü ədviyyat qabı, 1 ədəd çemodan ev tekstili (bağlı formada saxlanılır) adda cehiz əşyalarının ona (İddiaçı) məxsus olan ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsaslanaraq iddia ərizəsinə əlavə verərək Cavabdeh məxsus olan mebel dəsti (yataq, dolab, komod, 2 ədəd kiçik tumba, 1 ədəd uşaq çarpayısı), yumşaq dəsti (divan, 2 ədəd kreslo, 2 ədəd jurnalnı masa), qonaq dəsti (1 ədəd stol, 6 ədəd stul, 1 ədəd servant), 1 ədəd mikser, 1 ədəd ütü, 1 ədəd qaz peçi (duxovka), 1 ədəd kompüter, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd tozsoran, 1 ədəd elektrikli çaydan, 2 ədəd geçə lampası, 2 ədəd çilçıraq, 1 ədəd çaynik dəsti, Vitrin büllur qabları, 3 ədəd iri meyvə qabı, 5 ədəd iri güldan, 2 ədəd kiçik güldan, 1 ədəd qrafin 6 ədəd stəkan (dəst), 1 ədəd qrafın 6 ədəd fujer (dəst), 12 ədəd fujer, 9 ədəd konfet qabı, 2 ədəd göy rəngli meyvə qabı, 1 ədəd göy güldan, 1 ədəd rəngli güldan, 4 ədəd lepkalı meyvə qabları (saxsı), 1 dəst ağ çay servizi, 1 ədəd konyak dəsti, 1 ədəd suvenir saxsı samovar dəsti, 6 ədəd böyük xrustal stəkan, 6 ədəd armudu xrustal stəkan, Şüşə qablar, 6 ədəd rəngli fujer, 6 ədəd zərli fujer, 2 ədəd kiçik qara çaynik, 2 ədəd iri ləbləbi qabı, 2 ədəd kiçik ləbləbi qabı, 3 ədəd saxsı göy rəngli çərəz qabı, 1 ədəd saxsı ləpə qabı, 1 dəst ağ rəngli saxsı serviz, 1 ədəd saxsı dolça, 18 ədəd su stəkanı, 16 ədəd masqura, 6 ədəd kasa, 38 ədəd nimçə, 2 ədəd şüşə bulud, 7 ədəd saxsı bulud, 4 qutu su stəkanı (24 ədəd), 6 nəfərlik çay fincan dəsti, 12 ədəd qara rəngli nəlbəki, 50 ədəd boşqab (dəst), 3 ədəd bulud, 2 ədəd limon qabı + 4 ədəd limon qabı, 2 ədəd iri bulud, 1 ədəd qara bulud, 2 ədəd qrafın, çəngəl, bıçaq, qaşıq (fərqli sayda), 12 ədəd çini boşqablar (dəst), 1 ədəd qazan dəsti, 1 ədəd emal qazan, 1 ədəd tefal qazan, 1 ədəd aşsüzən, 4 ədəd emal qablar, 1 dəst biçaq (taxtalı), 1 ədəd nikel qazan, 2 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd yastıq, 6 ədəd ədyal, 3 dəst yataq örtüyü, 2 ədəd sintetik xalça, 1 ədəd əl xalçası, 2 ədəd ayaq altı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, 4 ədəd mürəbbə qabı, 1 ədəd tort dəsti, 6 ədəd salat qabı, 1 qrafin dəsti, 1 ədəd qara rəngli su qabı dəsti, 1ədəd desert dəsti, 6 ədəd şüşə çay dəsti, 1 ədəd şüşə çaynik, 1 ədəd qəhvə dəsti (maddona), 1 ədəd tava, 1 ədəd qazan, 1 ədəd armudu çay dəsti, 1 ədəd üçlü ədviyyat qabı, 1 ədəd çemodan ev tekstili (bağlı formada saxlanılır) adda cehiz əşyalarının ona (İddiaçı) məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sahə 214B saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərkən qeyd etmişdir ki, o, (iddiaçı) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sahə 214B ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda yerləşən torpaq sahəsi 23.06.1989-cu il tarixli Əzizbəyov rayon X15 sərəncamı əsasında onun mülkiyyətində və istifadəsindədir. X3 Cavabdeh ilə 2010-cu ilin iyun ayında nikaha daxil olmuşlar. Cavabdeh nikahdan sonra gəlin köçərək onun mülkiyyətində olan evə gəlmişdir. Bir müddət sonra oğlu və gəlini arasında münasibətlər pozulduğu üçün Cavabdeh faktiki nikahda olmasına baxmayaraq onun evindən çıxıb atası evinə getmiş və hal-hazırda orada yaşayır. Lakin Cavabdeh gəlin köçərəkən gətirdiyi cehiz əşyaları isə dörd ildir ki, onun evində qalmışdır. Odur ki, Cavabdeh məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək eyni məzmunlu izahat verərək bildirmişdir ki, Cavabdeh onun gəlinidir. Onun X3 ilə Cavabdeh 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və həmin nikahdan üç övladları doğulmuşdur. Cavabdeh gəlin gələn gündən onlara öyrəşməmiş və onları heç vaxt bəyənməmişdir. Hal-hazırda Cavabdeh uşaqları ilə birlikdə atası evində yaşayır. Dəfələrlə Cavabdeh uşaqlara görə barışıb evinə gəlməsini bildirsələr də, cavabdeh buna etiraz edərək barışmaq istəmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, o, İddiaçı və X7 ilə uzun müddətdir yaxın qonşudur. Cavabdeh onların gəlinləri olub və üç ildən artıq müddətdir ki, mübahisə edərək evdən getmiş və hal-hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirmişdir ki, o X7 ilə birlikdə işləmişdir. Cavabdeh X2 gəlini olub. O, 2012-ci il tarixdən məktəbdə xadimə işləmiş və heç vaxt Cavabdeh uşaqların məktəbə gətirməsini görməmişdir. Belə ki, o, kömək etmək məqsədilə ilə tez-tez X2 yaşadığı evə getmişdir, lakin Cavabdeh çox vaxt atasına məxsus evdə olduğundan onu evdə görməmişdir. Cavabdeh ailəsi ilə yola getmirdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 12.10.2021-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak etməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında 12.10.2021-ci il tarixdə təyin olunmuş iclasda iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. Belə ki, iş materiallarında olan Xəzər RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.12.2021-ci il tarixli məktubdan görünür ki, həmin fərdi yaşayış evi İ.Nəsimi küçəsində yerləşir. Hal-hazırda həmin evdə X9, İddiaçı və onun həyat yoldaşı X8 yaşayır. Onların dediyinə görə Cavabdeh 2010-cu ildə gəlin gəlmiş və 2018-ci ilə qədər onlarla yaşamışdır. Lakin 2018-ci ilin oktyabr ayından o, həmin evdən getmiş və bir daha evə qayıtmamışdır. X1, X5 və X19 da Cavabdeh 2018-ci ilin oktyabr ayından həmin ünvanda yaşamadığını bildirdilər. Belə ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi DƏDRX-nin ********** nömrəli, 24.11.2021-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsinin yerləşdiyi ünvan Suraxanı rayonu, Hövsan qəsəbəsi, sahə 214B kimi gedir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X6 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı X3 Cavabdeh ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, sahə 214B ünvanında fərdi yaşayış evində yaşamışlar. Cavabdehə məxsus cehiz və şəxsi əşyaları həmin evə yerləşdirilmişdir. Ailə qurduqdan sonra münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pisləşmiş və 2018-ci ilin oktyabr ayından cavabdeh həmin evdə yaşamır, lakin ona məxsus cehiz əşyaları həmin evdə qalmışdır. Odur ki, İddiaçı ünvan 2 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olduğundan və mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi təmin olunmalı və cavabdeh Cavabdeh məxsus olan mebel dəsti (yataq, dolab, komod, 2 ədəd kiçik tumba, 1 ədəd uşaq çarpayısı), yumşaq dəsti (divan, 2 ədəd kreslo, 2 ədəd jurnalnı masa), qonaq dəsti (1 ədəd stol, 6 ədəd stul, 1 ədəd servant), 1 ədəd mikser, 1 ədəd ütü, 1 ədəd qaz peçi (duxovka), 1 ədəd kompüter, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd tozsoran, 1 ədəd elektrikli çaydan, 2 ədəd geçə lampası, 2 ədəd çilçıraq, 1 ədəd çaynik dəsti, Vitrin büllur qabları, 3 ədəd iri meyvə qabı, 5 ədəd iri güldan, 2 ədəd kiçik güldan, 1 ədəd qrafin 6 ədəd stəkan (dəst), 1 ədəd qrafın 6 ədəd fujer (dəst), 12 ədəd fujer, 9 ədəd konfet qabı, 2 ədəd göy rəngli meyvə qabı, 1 ədəd göy güldan, 1 ədəd rəngli güldan, 4 ədəd lepkalı meyvə qabları (saxsı), 1 dəst ağ çay servizi, 1 ədəd konyak dəsti, 1 ədəd suvenir saxsı samovar dəsti, 6 ədəd böyük xrustal stəkan, 6 ədəd armudu xrustal stəkan, Şüşə qablar, 6 ədəd rəngli fujer, 6 ədəd zərli fujer, 2 ədəd kiçik qara çaynik, 2 ədəd iri ləbləbi qabı, 2 ədəd kiçik ləbləbi qabı, 3 ədəd saxsı göy rəngli çərəz qabı, 1 ədəd saxsı ləpə qabı, 1 dəst ağ rəngli saxsı serviz, 1 ədəd saxsı dolça, 18 ədəd su stəkanı, 16 ədəd masqura, 6 ədəd kasa, 38 ədəd nimçə, 2 ədəd şüşə bulud, 7 ədəd saxsı bulud, 4 qutu su stəkanı (24 ədəd), 6 nəfərlik çay fincan dəsti, 12 ədəd qara rəngli nəlbəki, 50 ədəd boşqab (dəst), 3 ədəd bulud, 2 ədəd limon qabı + 4 ədəd limon qabı, 2 ədəd iri bulud, 1 ədəd qara bulud, 2 ədəd qrafın, çəngəl, bıçaq, qaşıq (fərqli sayda), 12 ədəd çini boşqablar (dəst), 1 ədəd qazan dəsti, 1 ədəd emal qazan, 1 ədəd tefal qazan, 1 ədəd aşsüzən, 4 ədəd emal qablar, 1 dəst biçaq (taxtalı), 1 ədəd nikel qazan, 2 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd yastıq, 6 ədəd ədyal, 3 dəst yataq örtüyü, 2 ədəd sintetik xalça, 1 ədəd əl xalçası, 2 ədəd ayaq altı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, 4 ədəd mürəbbə qabı, 1 ədəd tort dəsti, 6 ədəd salat qabı, 1 qrafin dəsti, 1 ədəd qara rəngli su qabı dəsti, 1ədəd desert dəsti, 6 ədəd şüşə çay dəsti, 1 ədəd şüşə çaynik, 1 ədəd qəhvə dəsti (maddona), 1 ədəd tava, 1 ədəd qazan, 1 ədəd armudu çay dəsti, 1 ədəd üçlü ədviyyat qabı, 1 ədəd çemodan ev tekstili (bağlı formada saxlanılır) adda cehiz əşyaları ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan mebel dəsti (yataq, dolab, komod, 2 ədəd kiçik tumba, 1 ədəd uşaq çarpayısı), yumşaq dəsti (divan, 2 ədəd kreslo, 2 ədəd jurnalnı masa), qonaq dəsti (1 ədəd stol, 6 ədəd stul, 1 ədəd servant), 1 ədəd mikser, 1 ədəd ütü, 1 ədəd qaz peçi (duxovka), 1 ədəd kompüter, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd tozsoran, 1 ədəd elektrikli çaydan, 2 ədəd geçə lampası, 2 ədəd çilçıraq, 1 ədəd çaynik dəsti, Vitrin büllur qabları, 3 ədəd iri meyvə qabı, 5 ədəd iri güldan, 2 ədəd kiçik güldan, 1 ədəd qrafin 6 ədəd stəkan (dəst), 1 ədəd qrafın 6 ədəd fujer (dəst), 12 ədəd fujer, 9 ədəd konfet qabı, 2 ədəd göy rəngli meyvə qabı, 1 ədəd göy güldan, 1 ədəd rəngli güldan, 4 ədəd lepkalı meyvə qabları (saxsı), 1 dəst ağ çay servizi, 1 ədəd konyak dəsti, 1 ədəd suvenir saxsı samovar dəsti, 6 ədəd böyük xrustal stəkan, 6 ədəd armudu xrustal stəkan, Şüşə qablar, 6 ədəd rəngli fujer, 6 ədəd zərli fujer, 2 ədəd kiçik qara çaynik, 2 ədəd iri ləbləbi qabı, 2 ədəd kiçik ləbləbi qabı, 3 ədəd saxsı göy rəngli çərəz qabı, 1 ədəd saxsı ləpə qabı, 1 dəst ağ rəngli saxsı serviz, 1 ədəd saxsı dolça, 18 ədəd su stəkanı, 16 ədəd masqura, 6 ədəd kasa, 38 ədəd nimçə, 2 ədəd şüşə bulud, 7 ədəd saxsı bulud, 4 qutu su stəkanı (24 ədəd), 6 nəfərlik çay fincan dəsti, 12 ədəd qara rəngli nəlbəki, 50 ədəd boşqab (dəst), 3 ədəd bulud, 2 ədəd limon qabı + 4 ədəd limon qabı, 2 ədəd iri bulud, 1 ədəd qara bulud, 2 ədəd qrafın, çəngəl, bıçaq, qaşıq (fərqli sayda), 12 ədəd çini boşqablar (dəst), 1 ədəd qazan dəsti, 1 ədəd emal qazan, 1 ədəd tefal qazan, 1 ədəd aşsüzən, 4 ədəd emal qablar, 1 dəst biçaq (taxtalı), 1 ədəd nikel qazan, 2 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd yastıq, 6 ədəd ədyal, 3 dəst yataq örtüyü, 2 ədəd sintetik xalça, 1 ədəd əl xalçası, 2 ədəd ayaq altı, 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, 4 ədəd mürəbbə qabı, 1 ədəd tort dəsti, 6 ədəd salat qabı, 1 qrafin dəsti, 1 ədəd qara rəngli su qabı dəsti, 1ədəd desert dəsti, 6 ədəd şüşə çay dəsti, 1 ədəd şüşə çaynik, 1 ədəd qəhvə dəsti (maddona), 1 ədəd tava, 1 ədəd qazan, 1 ədəd armudu çay dəsti, 1 ədəd üçlü ədviyyat qabı, 1 ədəd çemodan ev tekstili (bağlı formada saxlanılır) adda cehiz əşyaları İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar