Məhkəmə qərarları › İş №2(010)-3226/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3226/2025

01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3226/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi. *. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin təmin edilərək, onun, yəni Ərizəçi 0*.*2.*947-ci ildə Ermənistan Respublikası Razdan rayonunda anadan olması, (miliyyətinin azərbaycanlı, ata qrafasında X6, ana qrafasında X4 göstərilməklə) doğum faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra Ərizəçi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək ərizəsinin təmin edilərək, onun, yəni Ərizəçi xx.xx.*947-ci ildə Ermənistan Respublikası Razdan rayonunda anadan olması, (milliyyətinin azərbaycanlı, ata qrafasında X6, ana qrafasında X4 göstərilməklə) doğum faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tələbin əsaslandırıldığı hallar.

3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi 0*.*2.*947-ci ildə Ermənistan Respublikası Razdan rayonunda anadan olmuşdur. X2, anası isə X*r. Valideyinlərinin başqa övladları da vardır. Onlar Ermənistan Respublikasından qaçqın düşdükləri zaman onun doğum haqqında şəhadətnaməsi digər sənədləri ilə birlikdə orada qalmışdır. Bununla bağlı hansı orqana müraciət etsə də, onun dublikatını əldə edə bilməmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni övladlarının təhsillə bağlı sənədləşmə işlərini, mənzilinin övladına bağişlamağı ilə bağlı və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona doğum haqqında şəhadətnamə lazımdır. Bu məqsədlə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin, müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “xx.xx.*947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmusunuz, doğumunuz Ermənistanda qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, barənizdə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.* -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin *62.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyinizi tövsiyə edilir”. Qeyd edir ki, ona məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*947-ci ildə anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Ərizəçi ərizəyə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.*947-ci ildə Ermənistan Respublikası Razdan rayonunda anadan olmuşdur. X2, anası isə X*r. Doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında yaşadığı zaman mövcud olmuş, məlum hadisələrlə bağlı oradan qaçqın düşmüşdür. Bundan sonra doğum haqqında şəhadətnaməsini itirdiyi ona məlum olmuşdur. Hal-hazırda doğum haqqında şəhadətnaməni bərpa etmək istəyir, bu ona bacısı- X3, vərəsəlik işi ilə bağlı lazımdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir.

5. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

6. Şahid* öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. *947-ci ildə Ermənistan Respublikası, Razdan rayonunda anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi olsa da, Ermənistan Respublikasında qalmışdır. Valideynləri- anası X4, X2dur.

7. Şahid X*0 öz ifadəsində göstərmişdir ki, Ərizəçi, onun qardaşıdır. Qardaşı *947-ci ildə anadan olmuşdur. Ailələrində səkkiz nəfər uşaq olduğunu və valideynlərinin Azərbaycan Respublikasında vəfat etdiyini bildirmişdir.

İş materialları.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, xx.xx.*947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuş, doğumu Ermənistanda qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin *62.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə edilir.

9. Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 475 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, məhəllə 4067, *08C saylı evdə qeydiyyatdadır. *0. İ-ЗЖ seriyalı 866830 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şahid2 xx.xx.*966-ci il tarixdə Ermənistan SSR, Razdan rayon, Axundov kəndində doğulmuşdur. X2, anası X*r. **. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 407745 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09.03.20*0-cu il tarixdə ölmüşdür. *2. İ-ЗЖ seriyalı 458500 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.*962-ci il tarixdə Ermənistan SSR, Razdan rayonu, Axundov kəndində doğulmuşdur. X2, anası X*r. *3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, Ərizəçi doğumu haqqında akt qeydinin kserosurətinin istənilməsi ilə bağlı müraciətə baxılmışdır. Qeyd edilir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir.

İşin faktiki halları.

*4. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx *947-ci ildə Ermənistan Respublikası Razdan rayonunda anadan olmuşdur. Məlum hadisələrlə bağlı olaraq o, Ermənistan SSR-dən yaşadıqları mənzildən məcburi olaraq çıxarılmışdır. Ona görə də doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Doğum haqqında akt qeydinin bərpası ilə bağlı Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, xx.xx.*947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuş, doğumu Ermənistanda qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin *62.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tətbiq edilən hüquq

*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.

Məhkəmənin mövqeyi.

*7. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. *8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx *947-ci ildə Ermənistan Respublikası Razdan rayonunda anadan olmuşdur. Doğum haqqında akt qeydinin bərpası ilə bağlı bağlı Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, xx.xx.*947-ci il tarixdə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuş, doğumu Ermənistanda qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin *62.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə xərcləri.

*9. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.*947-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilməlidir. 2*.xx.xx.*947-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Razdan rayonu”, doğum tarixi xx.xx.*947-ci il, adı “Cəsman”, ata adı “Kərim”, soyadı “Mahmudov” valideynləri haqqında qeyddə atası qrafasında “X6” milliyəti azərbaycanlı, anası qrafasında “X4” milliyəti azərbaycanlı kimi qeyd edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. xx.xx.*947-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.*947-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Razdan rayonu”, doğum tarixi xx.xx.*947-ci il, adı “Cəsman”, ata adı “Kərim”, soyadı “Mahmudov” valideynləri haqqında qeyddə atası qrafasında “X6” milliyəti azərbaycanlı, anası qrafasında “X4” milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar