Məhkəmə qərarları › İş №2(010)-3244/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3244/2020

25.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3244/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızına qarşı “istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızına qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızının, azyaşlı övladı X2 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 mənzil 45 ünvanına dair istifadə hüququnun itirilmiş hesab (istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki,Cavabdeh, azyaşlı övladı X2 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 2 mənzil 45 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Belə ki, Cavabdeh oğlu X3 ilə ailə quran zaman adı çəkilən ünvana qeydiyyata düşmüşdür. Lakin onun nikahları yeddi ildən çoxdur ki, rəsmi şəkildə məhkəmə yolu ilə ləğv edilib, həmin vaxtdan cavabdeh övladı ilə birlikdə adı çəkilən ünvanda yaşamır. Cavabdehin qeydiyyatda olması ona əlavə komunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehin order əsasında ona məxsus olan ünvan 3 mənzil 45 ünvanına dair istifadə hüququna xitam verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş, xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə onun ərizəsi daxil olmuşdur. O, həmin ərizədə iddia tələbini qəbul etdiyini, yol məsafəsi və uşağı ilə məşğul olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini, 10000 manat kompensasiya aldığını və qeydiyyatdan çıxmağa razı olduğunu bildirərək onu qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxararaq Polis İdarəsinə qeydiyyata alınmasında köməklik edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 mənzil 45 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 105 saylı MKİS_nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 mənzil 45-də İddiaçı, X3, X4, Nümayəndə, Cavabdeh, X2, X5, X1 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Beloyarova Könül Tofiq qızı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, o, İddiaçı məxsus olan ünvan 1 mənzil 45 ünvanında yerləşən mənzildən ona çatası on min manatı almışdır. Gələcəkdə həmin mənzilə dair heç bir iddia tələbi olmayacaqdır. xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçı ünvan 1 mənzil 45-in mülkiyyətçisidir. Cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızı iddiaçının keçmiş gəlinidir. Cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızı həmin mənzildə faktiki olaraq yaşamır və daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüşdür. Cavabdehə həmin mənzilə bağlı 10.000 (on min) manat məbləğində kompensasiya verilmiş, bunun müqabilində o, mənzillə bağlı gələcəkdə heç bir iddiasının olmamayacağı və xx.xx.2020-ci il tarixədək həmin mənzilin qeydiyyatından çıxacağı barədə notarial qaydada ərizə vermişdir. Lakin buna baxmayaraq cavabdeh həmin mənzilin pasport qeydiyyatından çıxmamışdır. Cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızının məhkəməyə poçt vasitəsi ilə daxil olduğu ərizəsindən müəyyən olunur ki, o, mübahisəli mənzilin qeydiyyatından çıxmağa razıdır. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızı iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 45-dən yaşayış yeri kimi istifadə etmədiyindən və onun tərəfindən iddia etiraf edildiyinə görə həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia əsaslı olduğuna görə təmin edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Beloyarova (Əkbərova) Könül Tofiq qızının azyaşlı övladı X2 ilə birlikdə ünvan 1 mənzil 45-ə dair istifadə hüququ itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehin ünvan 1 mənzil 45-dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar