Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3252/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla, hüquq əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması faktının müəyyən edilməsini xahiş etmişdir. Hesab edirəm ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmə li və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.10-1. Cü maddəsinə əsasən“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxıla bilər. Göründüyü kimi, prosessual qanunvericilik hüquq əhəmiyyətli fakt kimi şəxsin vətəndaşlığının olmaması, eyni zamanda müəyyən dövr üçün Azərbaycan Respublikasının ərazisində yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxılmasını müəyyən etmişdir. Hazırkı ərizədə isə ərizəçi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınmasını xahiş edir. Prosessual qanunvericilikdə belə bir tələbə baxılması nəzərdə tutulmamışdır. Ona görə də, hazırkı ərizəyə məhkəmədə baxıla bilməz. Məhkəmə bildirir ki, ərizəçi hazırkı xahişlə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, müraciəti müsbət qarşılanmadığı və ya cavablandırılmadığı təqdirdə, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətinin tanınması faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Ərizəçiyə izah edilsin ki, hazırkı xahişlə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, müraciəti müsbət qarşılanmadığı və ya cavablandırılmadığı təqdirdə, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3252/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3252/2023
06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver