Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3271/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs X30 iştirakları ilə, İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh3 MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh5nə, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti“ MMC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X58” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə, maraqlı şəxslər Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Maraqlı şəxs2, X36 qarşı «Suraxanı rayon İcra şöbəsinin icra məmuru P. Əliyevanın icraatında olmuş *594/20*3 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların və Cavabdeh5 icra məmuru İlyas Cəfərovun icraatında olmuş *725/20*3 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və mənzilin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə, Cavabdeh3 Məhdud Məsulıyyətli Cəmıyyətınə, "Əmlak İxtısaslaşdırılmış Hərrac Mərkəzı" Məhdud Məsulıyyətli Cəmıyyətınə, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi və Maraqlı şəxs2) qarşı "qərarın və ondan irəli gələn digər hüquqverici sənədlərin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin İcra məmuru P.Əliyevanın icraatında olmuş *954/20*3 saylı icra işi üzrə, "Qiymətləndirilmənin keçirilməsinə dair" çıxardığı 29 mart 20*3-cü il tarixli Qərarının, "Əmlakın hərraca çıxarılması barədə" 27 may 20*3-cü il tarixli Qərarının, bu Qərarlardan irəli gələn hüquqverici sənədlərin, o cümlədən Cavabdeh3 MMC tərəfindən Əmlakın Qiymətləndirməsinə dair 24.05.20*3-cü il tarixli Hesabat AKT-nın, "xxxx" MMC tərəfindən tərtib edilmiş 08.06.20*3-cü il tarixli *69 nömrəli Protokolun və ona əlavə edilmiş müqavilənin, Cavabdeh2tərəfindən Maraqlı şəxs2 adına verilmiş sonuncu çıxarış da daxil olmaqla, bütün əvvəlki çıxarışların etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə *0.000(on min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən Xüsusi Qərardad çıxarıb prokurora xəbər verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh5nə, Azərbaycan Respublikası "Daşınar və Daşınmaz Əmlakların Satışı X58” MM-yə, Azərbaycan Respublikası "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə (maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi və X46) qarşı "Cavabdeh5 *725/20*3 saylı icra işi üzrə çıxarılmış qərarın və ondan irəli gələn digər hüquq verici sənədlərin etibarsız hesab edilməsi və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər Cavabdeh5 icra məmurunun icraatında olmuş *725/20*3 saylı icra işi üzrə qiymətləndirmənin keçirilməsinə dair çıxardığı *7/72-*725/*0A saylı, 29.04.20*3-cü il tarixli qərarının, əmlakın hərraca çıxarılması barədə *7/72-*725/*0A saylı, **.06.20*3-cü il tarixli qərarının, "xxxx" MMC tərəfindən tərtib edilmiş, əmlakın qiymətləndirilməsi barədə *0.06.20*3-cü il tarixli hesabat aktının, "Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC tərəfindən tərtib edilmiş *5.07.20*3-cü il tarixli 55/0* və 56/0* nömrəli Protokolların və ona əlavə edilmiş müqavilənin, cavabdeh DƏDRX * saylı Bakı Ərazi İdarəsi tərəfindən X30 adına verilmiş sonuncu çıxarış da daxil olmaqla, bütün əvvəlki çıxarışların etibarsız hesab edilməsi və ünvan 7-də yerləşən 4* saylı mənzilin dərhal boşaldılması barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarıb prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkum olunmağına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 may 20*2-ci il tarixli, *(088)-*9/20*2 saylı hökmü, *8 fevral 20*3-cü il tarixdə qüvvəyə minmişdir. Hakim hökmün dərhal icrası barədə Suraxanı rayon İcra şöbəsinə və eyni vaxtda Cavabdeh5nə *2 mart 20*3-cü il tarixdə göstəriş vermişdir. İş üzrə mülki iddia və maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə onun adına olduğunu güman etdiyi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Qəsəbəsi, X28 Cəmiyyətində 600 kv. m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinə yönəldilməsi hissəsində icra edilməsi üçün hökmün surətini və icra vərəqəsini (*8 vərəq qoşma ilə birlikdə) Suraxanı İcra şöbəsinə göndərmişdir. Suraxanı İcra şöbəsinin icra məmuru X** Ağır Cinayətlər Məhkəməsinin * (088)-*9/20*2 saylı, 07.05.20*2-ci il tarixli icra vərəqəsinə əsasən 28 mart 20*3-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra məmuru icra vərəqəsində göstərilən məlumata əsasən hesab etmişdir ki, iş üzrə maddi ziyan və mülki iddianın təmin edilməsi məqsədilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin *2 aprel 20*2-ci il tarixli qərarı ləğv edilməsini və qeyd edilən mülki iddia və maddi ziyanın ödənilməsi İddiaçı həyat yoldaşı X*2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə və İddiaçı adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X28 Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinə yönəldilməlidir. İcra məmuru 28 mart 20*3-cü il tarixli qərarla icraata başladığı günü, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş *(088)-*9/20*2 saylı, 07.05.20*2-ci il tarixli icra sənədi üzrə icraat materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, mülki iddia üzrə maddi ziyanın ödənilməsi icra vərəqəsində göstərilən hissədə və onun adına olması güman edilən, Bakı şəhəri, Hövsan qəsəbəsi, X28 Cəmiyyətində 600 kv. m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət 4 nömrəli bağ evinə yönəldilməlidir və * (bir) gün sonra 29 mart 20*3-cü il tarixli qərar çıxarmışdır ki, guya müəyyən etdiyi əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC-dən mütəxəssis dəvət edilsin. Mütəxəssis 24 may 20*3-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatında yuxarıda adı qeyd edilən əmlakı guya 25.000 manata qiymətləndirmişdir. İcra məmuru Pürzə Əliyeva qiymətləndirmədən üç gün sonra, 27 may 20*3-cü il tarixdə "xxxx" MMC-nin direktoruna, İddiaçı məxsus olduğunu zənn etdiyi, Bakı şəhəri Suraxanı rayon X28 Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evinin və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinin, 25.000 manata hərraca çıxarılması haqqında sifarış vermişdir. "xxxx" MMC-nin 08 iyun 20*3-cü il tarixli *69 nömrəli protokolundan və əlavə edilmiş müqavilədən görünür ki, guya İddiaçı məxsus - Bakı şəh., Suraxanı ray., Hövsan qəs., X28 Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət 4 nömrəli fərdi yaşayış evi 25000 manata X3. İcra məmuru X57 Ağır Cinayətlər Məhkəməsinin hakimi Zabil Qasımova ünvanladığı *0 iyun 20*3-cü il tarixli məktubunda Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(088)-*9/*2 saylı 07.05.20*2-ci il tarixli icra sənədini icra olunmuş halda geriyə qaytarıldığını bildirir. İcra məmurunun qanunsuz hərəkətlərindən şikayət vermək və pozulmuş hüquqlarının bərpa edilməsi üçün icra sənədlərinin surətlərinin ona təqdim edilməsini dəfələrlə tələb etmişdir. Onun keçmişdə və hal-hazırda əmlakı olmamışdır. Bu fakt Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən, AR Ali Məhkəməsinə təqdim etmək üçün, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarılmış, *2.08.20*4-cü il tarixli, *43020928068 saylı arayışla tam təsdiq olunur və bu gün də təsdiqini tapmaqdadır. Sözügedən arayışda qeyd edilmişdir ki, Bakı şəhəri inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada İddiaçı adına əmlak (məlumat) yoxdur və olmamışdır. Onun adına əmlakın olmaması faktı səlahiyyətli Dövlət Qurumları - ƏMDK və DTXK tərəfindən təsdiq edilmişdir və bu gündə təsdiqini tapmaqdadır. Belə olan halda icra məmurunun, qiymətləndirmə aparan Cavabdeh3 MMC-nin, hərrac keçirən "xxxx" MMC-nin və olmayan əmlaka çıxarış verən DƏDRX * saylı Bakı Ərazi İdarəsinin, onun adına Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi, X28 Cəmiyyətində 600 kv.m. torpaq sahəsini əhatə edən yaşayış evinin və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evini müəyyən etməsi, qiymətləndirmə keçirməsi, hərraca çıxarması və hərracda satılması və sonuncuların heç bir əsası olmayan sənədləri əsasında verilmiş çıxarışlar əsassızdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin icra tapşırığında ona aid hissədə olan əmlak məlumatları, icra məmurunun *954/20*3-saylı icra işi üzrə müəyyənləşdirdiyini hesab etdiyi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m sahəni əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət 4 nömrəli bağ evi, AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən sorğuya verilmiş cavabında və məktubuna əlavə etdiyi təsdiqlənmiş (qoşma) hüquqverici sənədlərdən açıq - aşkar görünür ki, sözügedən əmlak X3* məxsusdur və həmin əmlak hal-hazırda da onun şəxsi mülkiyyətindədir. Bundan başqa, Cavabdeh3 MMC tərəfindən Əmlakın Qiymətləndirilməsinin Nəticələrinə dair hesabat məlumatlarından da görünür ki, MMC icra vərəqəsində göstərilən əmlakı deyil, başqa əmlakı qiymətləndirmişdir. Cünki, icra vərəqəsində göstərilən 600 kv.metr torpaq sahəsində olan əmlak faktiki, *6 m. enində, *7 m. uzunluğunda 5 mərtəbəli, ümumi sahəsi *360 kv. metr olduğu halda, Cavabdeh3 MMCnin qiymətləndirmənin nəticələrinə dair hesabatında göstərilən 2 mərtəbəli bağ evinin ümumi məlumatlari bir-birilə tamamilə ziddiyyət təşkil edir. Belə ki, hesabatda Cavabdeh3 MMC-nin isə 25.000 manata qiymətləndirdiyi 2 mərtəbəli bağ evindən söhbət gedir. Qiymətləndirmə hesabatında göstərilən məlumatlar bir daha təsdiq edir ki, bu qiymətləndirmənin icra vərəqəsində göstərilən 5 mərtəbəli, *360 kv.metr sahəsi olan bağ evi ilə (əmlakla) heç bir bağlılığı yoxdur və olmamışdır. Bundan başqa, 600 kv.m torpaq sahəsində tikilən 5 mərtəbəli, ümumi sahəsi *360 kv.metr olan tikilinin 25.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Bundan başqa, Bakı şəh., Suraxanı ray., Hövsan qəs., "İnturist" Başçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m. torpaq sahəsini əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət 4 nömrəli fərdi yaşayış evinin İddiaçı məxsus olmasını təsdiq edən heç bir təsdiqedici və hüquqverici sənəd olmadan, yalnız və yalnız icra məmurunun təqdim etdiyi icra vərəqəsində göstərilən əmlak məlumatları əsasında, Cavabdeh3 MMC tərəfindən tərtib edimiş Fik hesabat əsasında - "xxxx" MMC tərəfindən keçrilmiş hərrac və hərracın keçrilməsinə dair tərtib edilmiş *69 nömrəli protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı üzrə tərtib edilmiş müqavilə etibarsız hesab edilməlidir. Hərrac zamanı əldə edilən 25.000 min manatın "xxxx" MMC-nin xəzinəsinə mədaxil edilməsini və 25.000 manatın MMC-nin xəzinəsindən məxaric edilməsini təsdiq edən heç bir ciddi hesabat forması mədaxil və məxaric orderləri tərtib edilməmişdir. Bu isə bir daha onu təsdiq edir ki, ümumiyyətlə hərracın aparılması üçün əsas olmamışdır və ona görə də hərrac keçirilməmişdir. Əldə olunan sənədlərdən görünür ki, hərrac formal xarakter daşımışdır. "xxxx" MMC tərəfindən onun adına olmayan əmlak barəsində hərrac tərəfindən tərtib edilmiş *69 nömrəli protokol və ona əlavə edilmiş müqavilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi onun adına heç bir dövrdə əmlak olmadığını rəsmi təsdiqlədiyi halda, *69 nömrəli hərrac protokolunu və ona əlavə edilən müqaviləni qəbul etmişdir. * saylı Bakı Ərazi İdarəsi *69 nömrəli protokolda və alqı-satqı müqaviləsində göstərilən əmlaka deyil, Hövsan qəsəbəsi ərazisində olan 0.06 hektar torpağa dair X*8 adına ******* nömrəli, RX seriyalı çıxarış vermişdir. DƏDRX * saylı Ərazi İdarəsi bu kimi qanunsuz hərəkətləri ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 may 20*2-ci il tarixli, *(088)-*9/20*2 saylı, *8 fevral 20*3-cü tarixdə qüvvəyə minmiş hökmünün tələblərini pozmuşdur. DƏDRX * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş, sənədlərdən görünür ki, Amanova Kəmalə Azərbaycan Mehmanxanasının “İnturist” Bağçılıq Cəmiyyətinin *994-cü ildən üzvü olmuşdur. İcra məmurunun *954/20*3 saylı icra işi üzrə müəyyənləşdirilən hesab etdiyi Bakı şəhəri Suraxanı rayonu, Hövsan Qəsəbəsi, “İnturist” Bağçılıq - Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət 4 nömrəli bağ evi özəlləşdirilmişdir və 3/*294 saylı bağ evinin X26 adına olmasını təsdiqləyən seriya BM, C 0277* nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan başqa, Cavabdeh5 icra məmuru, iş üzrə mülki iddia və maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə borcun ödənilməsini, onun arvadı X*2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53, mənzil 4* ünvanda yerləşən evə yönəldilməsi hissəsində icraata başlamışdır. Cavabdeh5 icra məmuru İlyas Cəfərov 03.04.20*3-cü il tarixdə, *725/20*3 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Cavabdeh5 icra məmuru Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 07.05.20*2-ci il tarixli icra vərəqəsinə baxaraq, 03 mart 20*3-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edərək müəyyən etmişdir ki, iş üzrə borclu İddiaçı 208.750 manat pul alınıb zərərçəkmiş “İlqar-7 T" MMC-yə, *800 manat "xxxx" ASC-yə və 2835 manat alınıb dövlət büdcəsinə ödənilməlidir. Ona görə də, arvadı X*2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 4* ünvanda yerləşən mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMCyə 29.04.20*3-cü il tarixdə, sifariş məktubu göndərmişdir. Mövcud yaşayış sahəsi 237 kvadrat metr olan mənzil MMC tərəfindən 298 saylı, *0.06.20*3-cü il tarixli ekspert rəyi ilə 200.000 manat dəyərində qiymətləndirilmişdir. Bu o deməkdir ki, sözügedən mənzilin * kvadrat metrəsi 843 manata qiymətləndirilmişdir. Belə ki, sözügedən Nizami küçəsi 53 ünvanda yerləşən mənzil Bakınin ən məhşur Tarqovu adlanan ərazisində yerləşir. Bu kimi ərazidə nə keçmişdə, nə də 20*3-cü illərdə * kv.m 843 manata əmlak olmamışdır. Həmin ərazidə 20*3-cü illərdə mənzilin * kv.m bazar qiyməti 5.000 manatdan *0.000 manat arasında olmuşdur. Əmlakın bu cür qiymətləndirilməsi reallığı əks etdirmir. Belə bir qiymətləndirmənin aparılması absurddur. Bu kimi qiymətləndirmə əmlakın dolayısı ilə özgəninkiləşdirilməsindən və ələ keçirilməsindən bəhs edir. Bundan sonra, Cavabdeh5 icra məmurunun *7/72-*725/*0A saylı, **.06.20*3-cü il tarixli sifariş məktubu əsasında X*2 xüsusi mülkiyyətində olan, sənəd üzrə yaşayış sahəsi *97,5 kv.m, faktiki movcüd sahəsi isə 237,5 kv.m olan mənzil 200.000 manata "Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC tərəfindən satışa çıxarılmışdır. Mənzil "Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC tərəfindən satışa çıxarılmasına baxmayaraq, ixtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlakların Satışı X58 "MMC tərəfindən 205.000 manata satılmışdır. Hərrac Protokolundan görünür ki, mənzil 200.000 (bir kvadrat metrəsi 843) manata qiymətləndirilməsinə baxmayaraq, hərracda 205.000 (bir kvadrat metrəsi 864.) manata satılmışdır. Belə ki, onu həbs etdirməklə həyat yoldaşının xüsusi mülkiyyətində olan əmlakı bu yolla ələ keçirmişlər və mənimsəmişlər. Sözügedən mənzilin satışında ixtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC-nin istər Bank hesabına, istərsə də xəzinədarlığına-kassasına 205.000 manat pul vəsaitinin ödənilməsinə dair heç bir hüquqverici və təsdiqedici, kassa mədaxil və kassa məxaric qəbzləri yoxdur və olmamışdır. Bu kimi fakt bir daha təsdiq edir ki, hərrac keçirilməmiş, hərrac protokolları formal qaydada tərtib edilmiş, mənzilin 205.000 manata satılması formal xarakter daşımışdır. Belə çıxır ki, 205.000 manat pul MMC-nin bank hesabına və kassasına mədaxil edilməmiş və mənimsənilmişdir. Eyni zamanda "Hərrac Haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, ixtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC-nin protokolundan görünür ki, ancaq, məhkəmə qərarına əsasən vergidən yayınma nəticəsində dövlət büdcəsinə 2835 manat pul vəsaitinin tutulub dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, istər Gəncə Ağır Cinayətlər Məhkəməsinin icra tapşırığında, istər icra məmurunun icraata başlamaq haqqında qərarında və istərsə də "Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC tərəfindən mənzilin hərraca çıxarılması barədə icra məmurunun verdiyi sifariş məktubunda dövlət büdcəsinə ödənilməli olan 2835 manatla bərabər, 208.750 manat "xxxx" MMC-yə və *800 manat "xxxx" ASC-yə ödənilməsi qeyd edildiyi və nəzərdə tutulduğu halda, MMC-nin 55/0* nömrəli hərrac protokolununda 208.750 manat "xxxx" MMC-yə və *800 manat "xxxx" ASCyə ödənilməsi qeyd edilməmişdir. Kassa mədaxil orderinin qəbzindən görsənir ki, X32 tərəfindən "xxxx" MMC-nin kassasına *87.3*5 manat pul ödənilmişdir. Kiminsə tərəfindən *800 manat pulun və istərsə də, 2835 manat pulun "xxxx" ASC-yə ödənilməsi barədə hec bir hüquqverici və təsdiqedici sənəd yoxdur və belə bir əməliyyat aparılmamışdır. Hərracda borclunun (nümayəndəsinin) və tələbkarların iştirakının təmin edilməməsi, əmlakın satışından ələ edilən 205.000 manat vəsaitin hərrac MMC-nin bank hesabına və yaxud da kassasına ödənilməsinə dair təsdiqedici və hüquqverici sənədlərin olmaması, X*7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması hərracın nəticələrinin etibarsız hesab edilməsi, hakim üçün əsasdır və qaçılmazdır. Hal-hazırda, Cavabdeh5 icra məmurunun 03.04.20*3-cü il tarixdə, *725/20*3 saylı icra işi üzrə hərəkətlərinin əsassız və qanunsuz olmasını, Azərbaycan Respublikasının Qanunverciliyinin tələblərini kobudcasına pozduğunu, hərraca çıxarılan əmlakın bazar iqtisadiyyatına üyğun qiymətləndirilməməsinin, tələbkarlara olan borc pul vəsaitlərinin ödənilməsinə dair təsdiqedici və hüquqverici sənədlərin olmaması, X*7 qanunun və normativ hüquqi və normativ xarakterli aktların tələblərinin kobudcasına pozulduğu, hərracın qeyri-leqal keçirilməsi, mənzil satışından əldə edilən pulların mənimsənilməsi və göstərəcəyi bütün faktlar və təqdim etdiyi bütün sübutlar obyektiv, qərəzsiz, ədalətli hakim üçün əsas verir ki, Yasamal rayon icra məmurunun *725/20*3 saylı icra işi üzrə çıxardığı qərarları və onun əsasında ondan törəyən "xxxx" MMC tərəfindən tərtib edilmiş aktları, ixtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC tərəfindən tərtib edilmiş Protokolları və ona əlavə edilmiş müqavilələri, sonuncuların əsasında DƏDRX * saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışları və bütün sənədləri etibarsız hesab etsin. Belə ki, icra məmuru birinci növbədə “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərini kobudcasına pozmuşdur. Çünki, icra sənədlərinin vaxtında və düzgün icrasına nəzarət icra qurumunun rəhbəri tərəfindən səlahiyyətləri daxilində həyata keçirilməmişdir. İcra məmuru, icra sənədi üzrə tərəflərin, o cümlədən borclunun icraatda iştirak etməyə və icraatda iştirak etməyi iştirakçılardan birinə həvalə etməyə hüququ olduğu halda qarşısını almışdır. Tələbin borclunun ümumi mülkiyyətində olan əmlakına yönəldilməsi məlum olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun aparılmalı olduğu halda, icra məmuru qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Belə ki, mülkiyyət sahibinin və himayəsində olan üç azyaşlı uşağın mülkiyyətdən paylarına düşən əmlak paylarını müəyyənləşdirməmişdir. Ümumi mülkiyyət hesab etdikləri mənzili hərraca çıxararaq dəyər-dəyməzinə guya satmışlar və mülkiyyətçinin və himayəsində olan üç azyaşlı uşağın Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını kobudcasına pozaraq, mülkiyyət, mənzil və yaşayış hüququndan məhrum etmişlər. Bundan başqa, icra məmuru "Qiymətləndirmə fəaliyyəti Haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərini kobudcasına pozulduğuna bilərəkdən göz yummuş, icra məmuru tərəfindən əmlak tələbkara təklif edilmədən birbaşa hərraca çıxarılmışdır. Çünki, əmlakın tələbkara təklif edilməsi barədə heç bir icra məmuru tərəfindən heç bir hərəkət olunmamışdır və bu barədə heç bir təsdiqedici sənəd yoxdur, icra məmurunun bu kimi hərəkətləri, birbaşa qanunpozuntusudur. Bundan başqa, icra məmuru tərəfindən "X*7" Azərbaycan Respublikasının Qanununu müvafiq maddələrinin tələbləri kobudcasına pozulmuşdur. İcra məmuru hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində birinci hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış, 2-cı hərracın keçirilməsinə *5 təqvim günü qalmış elan dərc etdirməli, elanda hərracın vaxtı yeri, forması, onun predmeti, keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, hərracda iştirak hüququ əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatı verməli olduğu halda bunların heç birini etməmişdir. Bundan başqa, Qanunvericiliyin tələbinə görə hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak etdiyi behi çıxmaqla alış qiymətini hərracı həyata keçirən hüquqi şəxsin xəzinəsinə ödəməli olduğu halda, ödəməmişdir, icra məmuru tərəfindən icra tapşırığının yerinə yetirilməsi barədə toplanmış sənədlərin içərisində olan "xxxx" MMC-yə məxsus *5 iyul 20*3-cü il tarixli kassa mədaxil orderinin-qəbzinin surətindən göründüyü kimi, guya hərracı udmuş şəxs X32 tərəfindən *87.3*5 manat "xxxx" MMC-nin kassasına mədaxil edilmişdir. Bu fakt bir daha onu sübut edir ki, əmlak hərraca çıxarılmamış və çıxarılmışdırsa belə hərracda satışdan əldə edilmiş pullar mənimsənilmişdir. X32 tərəfindən ödənilmiş adı ilə icra sənədlərinin içərisinə qoyulmuş qəbz saxtadır və heç bir bir aidiyyəti qurumlarda kökü yoxdur. Bundan başqa, kassa mədaxil orderinin qəbzinin qanunsuz və əsassız olması onunla sübut edilir ki, X32 əgər elə pul ödəyən idisə, nəyə görə qanunvericiliyin tələblərinə əməl etməklə, pulu əmlakı aldığı Hərrac MMC-nin xəzinəsinə mədaxil etməmişdir?. Bundan başqa, Sevinc Məmmədova hardan bilirdi ki, hərrac mərkəzində hərraca çıxarılan əmlakdan əldə ediləcək pullar hansı tələbkarlar arasında necə və hansı civarda bölünməlidir?. Pulların "xxxx" MMC-yə ödənilməsini və nə qədər ödəniləcəyini hardan bilirdi?. Hərracı udmuş şəxs Sevinc Məmmədova əgər hərracda satılan əmlakın, hərracda ödəyəcəyi pulların qabaqcadan kimlərə-hansı tələbkarlara ödəniləcəyini bilirdisə, onda nəyə görə 2835 manat dövlət büdcəsinə və *800 manat "xxxx" ASC-yə olan borcları da ödəməmişdir?. Bu kimi faktlar onu deməyə əsas verir ki, Sevinc Məmmədova ümumiyyətlə hərracda iştirak etməmiş, onun tərəfindən "xxxx" MMC-yə *87.3*5 manat pul ödənilməmişdir. "İxtisaslaşdırılmış Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC-nin *5.07.20*3-cü il tarixli, 55/0* saylı Protokolundan və ona əlavə edilmiş müqavilədən göründüyü kimi, guya hərracda iştirak edən X*9 205.000 manat pul təklif edərək hərracda satılan əmlaka sahib olmuşdur. "xxxx" MMC-nin kassasına ödənilən, *87.3*3 manat, həqiqətən də X32 tərəfindən ödənilmişdir, onda belə çıxır ki, (205.000 man-*87.3*5 man) *7.685 manat pul bu günə kimi nə "xxxx" MMC-yə, nədə ki, digər tələbkarlara ödənilməmiş, bu günə kimi də Sevinc Məmmədova tərəfindən *7.685 manatın ödənilməsini təsdiq edən formal da olsa belə, tərtib edilmiş heç bir sənəd yoxdur. Bu kimi fakt bəs edir ki, hərrac keçirilməmiş, hərrac keçirilsə də, belə pullar tələbkarlara ödənilməmiş və mənimsənilmişdir. Belə ki, cəzaçəkmə müəssisəsinin rəisi bildirmişdir ki, 30.03.202*-ci il tarixə kimi İddiaçı barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərərəfindən çıxarılmış 07.05.20*2-ci il tarixli hökm üzrə ekspertiza xərcinin və mülki iddia ilə bağlı 30.03.202*-ci ilə kimi heç bir ödəniş tutulma aparılmamışdır. Bu barədə Ədliyyə Nazirliyi, *7 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Cavabdeh5nə və Gəncə Ağır Cinayətlər Məhkəməsinə *7/32-*227 nömrəli, 30 mart 202*ci il tarixli müraciət məktubu göndərilmişdir. Belə ki, "İxtisaslaşdırılmış Daşınar və Daşınmaz Əmlakların Satışı X58" MMC-nin və "xxxx" MMC-nin eyni bir mərkəzdən idarə olunur, sənədlərdən də görünür ki, eyni bir hüquqi ünvanda yerləşir və eyni şəhər telefonundan istifadə ediblər. Beləliklə də, Qüvvədə olan Azərbaycan Respublikasının Qanunvericiliyin, normativ aktların tələblərini, qanunla müəyyən edilmiş qaydaların tələblərini kobudcasına pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 4*6-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhər * saylı Ərazi idarəsi tərəfindən verilmiş arayışa əsasən onun adına heç bir əmlak mövcud olmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.20*2-ci il tarixli, *(088)- *9/20*2 saylı icra vərəqəsində qeyd olunan İddiaçı adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evi halhazırda da mövcuddur və həmin bağ sahəsi (Abdullayeva) X26 mülkiyyətindədir. Lakin Cavabdeh3 MMC tərəfindən qiymətləndirilmiş 4 nömrəli bağ evinin texniki göstəriciləri ilə, mövcud bağ evinin texniki göstəriciləri uzlaşmır. Qiymətləndirilən bağ sahəsi isə 2 mərtəbəlidir və 25000 manat dəyərində qiymətləndirilmişdir. 5 mərtəbədən ibarət ümumi sahəsi *360 kv.m olan bağ evi ilə 2 mərtəbədən ibarət olan bağ evinin heç bir bağlılığı yoxdur. Bundan başqa cavabdehlər və icra məmuru əlbir olaraq hökmü təhrif etmişlər. Belə ki, hərrac protokolunda göstərilən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsində yerləşən əlavə tikilidən ibarət 4 nömrəli bağ evinə deyil, Hövsan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə çıxarış verilmişdir. Bundan başqa, mülki iddianın təmin edilməsi məqsədilə borca yönəldilmiş X*2 xüsusi mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən mənzil satışa çıxarılmamışdan öncə X*2 və onun üç azyaşlı övladının payı müəyyənləşməmiş və satışa çıxarılan əmlak onun mülkiyyətçisinə təklif edilməmişdir. Bundan əlavə həmin əmlak X20 tərəfindən 2004-cü ildə üç yüz beş milyon manata alınmışdır. Sonradan isə həmin mənzil *0 dəfə ucuz qiymətə satılmışdır. Təqdim olunmuş bütün sənədlər onu təsdiq edir ki, mənzil hərrac adı ilə satılmış və cinayətin izlərinin itirilməsi məqsədilə sonradan müxtəlif şəxslərin adına özgəninkiləşdirilmişdir. O, bununla bağlı "xxxx" MMC-yə müraciət etmiş, lakin MMC sənədlərin surətlərini verməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, tərtib olunmuş sənədlərin verilməsi mümkün deyildir. Belə ki, həmin sənədlərin tərtib olunmasından artıq uzun müddət keçmişdir. Halbuki sənədlər Dövlət Arxivinə təhvil verilməli olduğu halda verilməmişdir. Bundan əlavə *7 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.20*2-ci il tarixli, *(088)-*9/20*2 saylı icra vərəqəsində qeyd olunan ekspertiza xərci və mülki iddia ilə bağlı ondan heç bir tutulma aparılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru P.Əliyevanın icraatında olmuş *954/20*3 saylı icra işi üzrə, "Qiymətləndirilmənin keçirilməsinə dair" çıxardığı 29 mart 20*3-cü il tarixli Qərarının, "Əmlakın hərraca çıxarılması barədə" 27 may 20*3-cü il tarixli qərarının, bu qərarlardan irəli gələn hüquqverici sənədlərin, o cümlədən Cavabdeh3 MMC tərəfindən Əmlakın Qiymətləndirməsinə dair 24.05.20*3-cü il tarixli Hesabat AKTnın, "xxxx" MMC tərəfindən tərtib edilmiş 08.06.20*3-cü il tarixli *69 nömrəli Protokolun və ona əlavə edilmiş Müqavilənin, Cavabdeh2tərəfindən Maraqlı şəxs2 adına verilmiş sonuncu çıxarış da daxil olmaqla, bütün əvvəlki çıxarışların etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə *0.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması və "Cavabdeh5 *725//20*3 saylı icra işi üzrə çıxarılmış qərarın və ondan irəli gələn digər hüquqverici sənədlərin etibarsız hesab edilməsi və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər Cavabdeh5 icra məmurunun icraatında olmuş *725/20*3 saylı icra işi üzrə qiymətləndirmənin keçirilməsinə dair çıxardığı *7/72-*725/*0A saylı, 29.04.20*3-cü il tarixli qərarının, Əmlakın Hərraca çıxarılması barədə *7/72-*725/*0A saylı, **.06.20*3-cü il tarixli qərarının, "xxxx" MMC tərəfindən tərtib edilmiş, Əmlakın Qiymətləndirilməsi barədə *0.06.20*3-cü il tarixli Hesabat Aktının, "Daşınar və Daşınmaz Əmlaklarin Satışı X58" MMC tərəfindən tərtib edilmiş *5.07.20*3-cü il tarixli 55/0* və 56/0* nömrəli Protokolların və ona əlavə edilmiş müqavilənin, cavabdeh DƏDRX * saylı Bakı Ərazi İdarəsi tərəfindən X30 adına verilmiş sonuncu çıxarış da daxil olmaqla, bütün əvvəlki çıxarışların etibarsız hesab edilməsi və ünvan 7-də yerləşən 4* saylı mənzilin dərhal boşaldılması barədə qətnamə çıxarılmasını və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarıb prokurora xəbər verilməsini xahiş etmişdir. Cavabdeh Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nümayəndə məhkəmə iclasında iddianı iddianı qəbul etməyərək bildirmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.20*2-ci il tarixli, *(088)-*9/20*2 saylı icra vərəqəsinə əsasən iş üzrə maddi ziyanın və mülki iddianın təmin edilməsi məqsədilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin *2.04.20*2-ci il tarixli qərarı ləğv edilməsin və qeyd edilən mülki iddia və maddi ziyanın ödənilməsi İddiaçı arvadı X*2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 ünvanında yerləşən evə və İddiaçı adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinə yönəldilməsi qeyd olunmuşdur. Həmin icra vərəqəsi İcra şöbəsinin icraatına daxil olmuş və bundan sonra əmlak müəyyənləşdirilərək açıq hərraca çıxarılmışdır. Bununla bağlı olaraq sənədlərin bir nüsxəsi hazırda iddiaçı olan İddiaçı cəza çəkdiyi müddət ərzində rəsmi olaraq təqdim olunmuşdur. Bununla bağlı olaraq onun heç bir etirazı daxil olmamışdır. Əmlak hərraca çıxarıldıqdan sonra satılmış və 25000 manat pul "xxxx" MMCnin nümayəndəsinə təqdim olunmuşdur. Həmin icra vərəqəsinin icrası ilə bağlı heç bir qanunsuzluğa yol verilməmişdir. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs X46 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Nizami küçəsi, ev 53, mənzil 4* ünvanında yerləşən evi 20*6-cı il tarixdə alqı-satqı vasitəsilə almışdır. Bundan sonra ona həmin mənzilə dair DƏDRX * saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddələarına əsasən o vicdanlı alıcıdır. İddiaçı tərəfindən verilmiş iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə və maraqlı şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndənin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *85.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş Gəncə şəhər Məhkəməsinin 07.05.20*2-ci il tarixli *(088)-*9/20*2 nömrəli hökmü üzrə verilmiş *2.03.20*3-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iş üzrə maddi ziyanın və mülki iddianın təmin edilməsi məqsədilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin *2.04.20*2ci il tarixli qərarı ləğv edilməsin və qeyd edilən mülki iddia və maddi ziyanın ödənilməsi İddiaçı arvadı X*2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 ünvanında yerləşən evə və X9 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinə yönəldilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "Daşınar və Daşınmaz Əmlaklarin Satışı X58'’ MMC-nin *5.07.20*3-cü il tarixli 55/0* saylı Protokolunun surətindən müəyyən olunur ki, İddiaçı arvadı X*2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 binanın mənzili (AR ƏMDK Seriya MA №0049200 saylı çıxarışına əsasən ümumi sahə *97,5 kv.m, yaşayış sahəsi *06,8 kv.m, yardımçı sahə 90,7 kv.m, yaşayış otaqlarının sayı 4) 205000 manata 02 saylı qalib alıcı X5 hesab edilməsi və lazımi sənədlər tərtib edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X24 yekunları barədə *5.07.20*3-cü il tarixdə hərracın keçirilməsi barədə 56/0* saylı protokolun surətindən müəyyən olur ki, İddiaçı arvadı X*4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 53 binanın mənzili (AR ƏMDK Seriya MA №0049200 saylı çıxarışına əsasən ümumi sahə *97,5 kv.m, yaşayış sahəsi *06,8 kv.m, yardımçı sahə 90,7 kv.m, yaşayış otaqlarının sayı 4) olan əmlakın tam dəyəri 205000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə *5.07.20*3-cü il tarixli müqaviləsindən müəyyən olunur ki, (hərrac təşkilatçısı) "Daşınar və Daşınmaz Əmlaklarin Satışı X58'’ MMC-nin direktoru R.M.Abbasov və (qalib alıcı) X32 arasında Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 53 binanın mənzili barədə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş *0.06.20*3-cü il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, 29.04.20*3-cü il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "Daşınar və Daşınmaz Əmlaklarin Qiymətləndirilməsi Mərkəzi'’ MMC tərəfindən X*4 məxsus ünvan 10 evin 4* saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qitməti 200 000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh5 "xxxx" ASC-yə ünvanladığı *6.07.20*3-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 53 evin hərrac vasitəsi ilə satışının təşkil olunması məqsədi ilə "Daşınar və Daşınmaz Əmlaklarin Qiymətləndirilməsi Mərkəzi'’ MMC-yə müraciət olunmuş və qeyd olunan daşınmaz əmlak 200 000 manat dəyərində qiymətləndirilərək 205000 manata qalib alıcı X2 qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh5 X*4 ünvanladığı **.06.20*3-cü il tarixli məktubundan müəyyən olunur ki, mülki və maddi ziyanın ödənilməsi borclu İddiaçı arvadı X*2 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən evə və İddiaçı adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m olan 4 nömrəli bağ evinə yönəldilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 10 evi X*2 adına 06.03.20*0-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 08.07.20*3-cü il tarixli müqaviləsinin surətindən müəyyən olunur ki, (satıcı) '’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin direktoru İ.Bayramov və (alıcı) X38 arasında İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət 4 nömrəli fərdi yaşayış evi barədə 25000 manat olmaqla alqı-satqı müqaviləsi bağlamışdır. İş materiallarına əlavə olunmuş hərracın nəticələri haqqında *69 saylı protokolun surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət 4 nömrəli fərdi yaşayış evi qalib (alıcı) X25 25000 manat satılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh3 MMC tərəfindən əmlakın qiymətləndirilməsi haqqında 24.05.20*3-cü il tarixli hesabatın surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evi və əlavə tikintidən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin qiyməti 25000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş *2.08.20*4-cü il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı adına Bakı şəhər inzibatə ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim olunmuş elektron bazada məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 4 otaqlı, 49,8 yaşayış sahəsindən ibarət olan, 3/*294 saylı bağ evi *9.*0.2005-ci ildən X3* məxsusdur. İş materiallarına əlavə edilmiş arayışın surətindən müəyyən olunur ki, X3* Hövsan qəsəbəsi ərazisində 03 nömrəli bağda “İnturist” Bağçılıq Yoldaşlığın üzvü kimi qeydiyyata alınmış və üzvlük haqqını ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0.06 ha., torpaq sahəsi X*8 adına 3*.08.20*3-cü il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 0*74694 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, *294 saylı bağ sahəsi 0.06 ha., torpaq sahəsi X2* adına 24.*2.20*3-cü il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 029395* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, *294 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha., torpaq sahəsi X33 adına *5.**.20*4-cü il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(088)-*9/20*2 saylı, 07.05.20*2-cı il tarixli hökmünün surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.2, *77.2.4, *78.3.2, 2*3.* və 322.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin *77.2.2 və *77.2.4-cü maddələri ilə 05 (beş) il müddətə, CM-nin *78.3.2-ci maddəsi ilə *0 (on) il müddətə, CM-nin 2*3.*-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə, CM-nin 322.2-ci maddəsi ilə 0* (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzalan qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə *2 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə İddiaçı təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 iyul 20**-ci il tarixdən hesablansın. İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin və İddiaçı 208750 (iki yüz səkkiz min yeddi yüz əlli) manat pul alınıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ödənilsin. İddiaçı *800 (min səkkiz yüz) manat alınaraq "xxxx" ASC-yə ödənilsin. Vergidən yayınma nəticəsində dövlət büdcəsinə ödənilməmiş 2835 (iki min səkkiz yüz otuz beş) manat İddiaçı alınıb dövlət büdcəsinin hesabına keçirilsin. İş üzrə maddi ziyanın və mülki iddianın təmin edilməsi məqsədilə Gəncə Ağır Cinayətlər məhkəməsinin *2 aprel 20*2-ci il tarixli qərarı ilə ləğv edilməsin və qeyd edilən mülki iddia və maddi ziyanın ödənilməsi İddiaçı arvadı X*2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə və X9 adma olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinə yönəldilməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş 24.*0.20*3-cu il tarixli, AN-İ 03565*8 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X38 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən 0.06 hektar torpaq sahəsini *5000 manata alıcı X6. İş materiallarına əlavə edilmiş 07.**.20*4-cu il tarixli, AN-İ 046394* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X39 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,*294 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini *8000 manata alıcı X7. İş materiallarına əlavə edilmiş 04.*0.20*7-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X47 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, *294 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini *0360 manata alıcı X4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **5*954 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, *294 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha., torpaq sahəsi X*5 adına 07.*0.20*7-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 03.08.20*8-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X34 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, *294 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini *0000 manata alıcı X*. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş *394884 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, *294 saylı bağ sahəsi ünvanında yerləşən 0.06 ha., torpaq sahəsi X*0 adına *2.*0.20*8-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 30.*2.20*5-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X4* ünvan 7 ünvanında yerləşən mənzili **0000 manata alıcı X8. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 08*5086 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən mənzil X30 adına 23.0*.20*6ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 024*735 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən mənzil X*6 adına 29.08.20*3cü il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 29.*0.20*5-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X32 ünvan 7 ünvanında yerləşən mənzili **0000 manata alıcı Əliyev İsabalaya satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X35 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 0768*26 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən mənzil Əliyev İsabalanın adına 05.**.20*5-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.*.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu Məcəllənin 337.*.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.20*2-ci il tarixli *(088)-*9/20*2 nömrəli hökmü üzrə *2.03.20*3-cü il tarixdə icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinin surətindən görünür ki, iş üzrə maddi ziyanın və mülki iddianın təmin edilməsi məqsədilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin *2.04.20*2ci il tarixli qərarı ləğv edilməsin və qeyd edilən mülki iddia və maddi ziyanın ödənilməsi İddiaçı arvadı X*2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 ünvanında yerləşən evə və X9 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinə yönəldilməsi qeyd olunmuşdur. İcra sənədi Suraxanı İcra şöbəsinə və Yasamal İcra şöbəsinə göndərilmiş və İcra şöbələri tərəfindən icraata başlanılaraq icra hərəkətləri edilmişdir. İddiaçı tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, hökm üzrə mülki mübahisəyə baxıldığından, İddiaçı arvadı X*2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 ünvanında yerləşən evə və İddiaçı adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi “İnturist” Bağçılıq Yoldaşlıq Cəmiyyətində 600 kv.m torpaq sahəsini əhatə edən yaşayış evinə və əlavə tikintidən ibarət olan 4 nömrəli bağ evinə yönəldilmə ilə bağlı olaraq artıq qanuni qüvvəyə minmiş hökm mövcud olduğundan, iş üzrə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən iş üzrə başqa mötəbər sübutlar təqdim olunmadığından İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh3 MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh5nə, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti“ MMC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X58” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə, maraqlı şəxslər Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Maraqlı şəxs2, X36 qarşı «Suraxanı rayon İcra şöbəsinin icra məmuru P. Əliyevanın icraatında olmuş *594/20*3 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cıxarışların və Cavabdeh5 icra məmuru İlyas Cəfərovun icraatında olmuş *725/20*3 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və mənzilin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə təmin oluna bilməz. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X29 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin *097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehlərin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. MPM-nin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir, **9.*-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh3 MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh5nə, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti“ MMC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X58” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə, maraqlı şəxslər Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Maraqlı şəxs2, X36 qarşı «Suraxanı rayon İcra şöbəsinin icra məmuru P.Əliyevanın icraatında olmuş *594/20*3 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cıxarışların və Cavabdeh5 icra məmuru İlyas Cəfərovun icraatında olmuş *725/20*3 saylı icra işi üzrə çıxarılmış qərarların və ondan irəli gələn digər hüquqverici sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi və mənzilin boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3271/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3271/2022
19.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver