Məhkəmə qərarları › İş №2(010)-328/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-328/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-328/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X8 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (4 saylı Bakı "ASAN Xidmət" mərkəzində Notariat ofisi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakının qəbul edilmə faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı *033342 №-li “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 94-cü keçə, ev 304B xüsusi mülkiyyət hüququ əsasında mərhum X* adına *0.03.20*7-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Hamarkənd kənd XDS icraiyyə komitəsi tərəfindən 02.*2.*983-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.*983-cü ildə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 02.*2.*983-cü il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. Atası: X2, anası: X6.

3. 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 626 №-li məktubdan görünür ki, 09.*2.20*9-cu il tarixdə vəfat etmiş X3 adına V-*48/2023 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağnldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR MM *248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxanda qeyd edilənlərə əsasən mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülür.

4. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən *4.*2.20*9-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 050027 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 09.*2.20*9-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *4.*2.20*9-cu il tarixdə 2455 nömrə ilə qeyd edilmişdir.

5. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24.0*.20*8-ci il tarixdə verilmiş AZ-İ seriyalı 92345* №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən ki, X6 *4.0*.20*8-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.0*.20*8-ci il tarixdə *6* nömrə ilə qeyd edilmişdir.

6. *5.*2.2023-cü il tarixli çekdən görünür ki, X* adına olan su sayğacı üçün 5*,55 manat ödəniş edilmişdir.

İşin faktiki halları

7. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 94-cü küçədə yerləşən 304B saylı fərdi yaşayış evinin mülkiyyətçisinin Fətullayev Dadaxan (Dədəxan) Qarabala oğlu olması və X* 09.*2.20*9-cu il tarixdə vəfat etməsi işin mübahisəsiz hallarıdır.

Ərizəçinin tələbi

8. Ərizəçi (4 saylı Bakı "ASAN Xidmət" mərkəzində Notariat ofisi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakının qəbul edilmə faktının müəyyən edilməsi”nə ərizə ilə məhkəməyə müraciət edərək, 09 dekabr 20*9-cu il tarixdə vəfat etmiş Fətullayev Dədəxan (Dadaxan) Qarabala oğlundan miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

9. Maraqlı şəxs 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. *0. Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası 09.*2.20*9-cu ildə vəfat edib və atası vəfat etdikdən sonra miras əmlakın onun olduğunu düşündüyü üçün heç bir sənədləşmə işi aparmamışdır. Daha sonra əmlakı öz adına keçirmək istədikdə, vərəsəlik işi açıldıqdan 6 ay müddətində mirası qəbul etməli olduğunu öyrəndi. Hazırda anası da vəfat edib və qardaşı ilə o qalmışdır. Qardaşının isə evlə bağlı heç bir iddiası yoxdur. O, əvvəllər orada qeydiyyatda olsa da, daha sonra həmin ərazi neft torpaqları olduğu üçün müvəqqəti olaraq polis binasına qeydiyyata düşmüşdür. Məsələ öz həllini tapdıqdan sonra isə yenidən öz mənzilinə qeydiyyata düşəcəkdi. Sonra onu polisin binasından da qeydiyyatdan çıxartdılar, o da məcbur qalaraq qardaşının ünvanına qeydiyyata düşmüşdür. Atasının evinə qeydiyyata düşmək istədikdə isə buna hüququ olmadığını, mirası qəbul etmədiyini bildirdilər. Həmin mənzilin kommunal ödənişlərini aparatla o edir, lakin mənzil atasının adına olduğu üçün qəbzlərdə atasının adı qeyd olunur. Atası vəfat etmədən 3-4 gün əvvəl onun vəziyyəti çox pis idi, xəstəxanada oldu və vəsiyyət etməsi mümkün olmadı. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. **. Maraqlı şəxs2 bildirdi ki, mübahisələndirilən mənzil hələ atası sağ olan vaxt alınıb və atasının adınadır. Atası son illərdə xəstə idi və onlarla birgə yaşayırdı, sonra isə vəfat etmişdir. Atası hələ sağ olan vaxt həmin evin qardaşına verilməsi barədə söhbətləri olmuşdur. Evin qardaşı tərəfindən qəbul edilməsinə heç bir etirazı yoxdur. Atasının anidən vəfat etməsi gözlənilməz oldu, yoxsa evin qardaşına verilməsi aralarında danışılmışdır.

Tətbiq edilən hüquq

*2. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **5*. Miras əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə **59. Qanun üzrə vərəsələr **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə **60. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Mirasın qəbul edildiyi müddət (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

*2. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li Qərarı

*0. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. *0.*. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. *0.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.*. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları *06.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.*. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

*6. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi

*7. Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *8. Belə ki, məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 94-cü küçədə yerləşən 304B saylı fərdi yaşayış evinin mülkiyyətçisi Fətullayev Dadaxan (Dədəxan) Qarabala oğlu olmuş və onun ailəsi - arvadı X6, övladları Ərizəçi və Maraqlı şəxs2 ibarət olmuşdur. Fətullayev Dadaxan (Dədəxan) Qarabala oğlu 09 dekabr 20*9-cu il tarixdə, arvadı X6 *4 yanvar 20*8-ci ildə ölmüşdür. Ərizəçi atasından miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 94-cü küçədə yerləşən 304B saylı fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul olunması üçün notariat orqanına ərizə vermiş, lakin ərizəçi qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. *9. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. Belə ki, hazırki iş üzrə vərəsəlik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi ərizəçi atasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariat orqanına ərizə versə də, qanunla müəyyən edilmiş müddət ötürüldüyü üçün notariat orqanı tərəfindən ərizəyə baxılmamış və qanunla notariuslara həmin müddət keçdikdən sonra ərizələrə baxılması ilə bağlı səlahiyyət verilmədiyi üçün ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir.

20. Mülki qanunvericiliyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 2*. Qeyd olunan normadan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir və təsdiqləyir.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li Qərarında da qeyd edilmişdir ki, mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Belə ki, vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutlara vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından, həmçinin ərizəçi və maraqlı şəxsin izahatından görünür ki, Fətullayev Dadaxan (Dədəxan) Qarabala oğlu vəfat etdikdən sonra ərizəçi miras əmlakın onun olduğunu düşündüyü üçün heç bir sənədləşmə işi aparmamışdır. Atası öldükdən sonra vərəsə kimi yalnız anası, o və qardaşı qalmışdır. Anası vəfat etmiş, qardaşının isə evlə bağlı heç bir iddiası yoxdur. Həmçinin, ərizəçi əvvəllər həmin ünvanda qeydiyyatda olmuş, hətta həmin mənzilin kommunal ödənişlərini də o etmişdir. Belə ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş çekdən də göründüyü kimi X* adına olan su sayğacı üçün ərizəçi tərəfindən 5*,55 manat ödəniş edilmişdir. Düzdür, həmin qəbzdən ödənişin ərizəçi tərəfindən ödənilməsi görünməsə də, qəbzin yeni tarixə aid olması (*5.*2.2023-cü il) və məhz məhkəmə tərəfindən sübutlar təqdim edilməsi təklif olunduqdan sonra verilməsindən həmin ödənişin məhz ərizəçi tərəfindən ödənilməsi qənaətinə gəlmək mümkün olur. Bundan əlavə, ərizəçinin qardaşı Maraqlı şəxs2 da həmin evin atası sağ olan vaxt qardaşına verilməsi barədə söhbətlərinin olduğunu və həmin evin qardaşı tərəfindən miras kimi qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır.

Məhkəmə xərcləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 09 dekabr 20*9-cu il tarixdə vəfat etmiş Fətullayev Dədəxan (Dadaxan) Qarabala oğlundan miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 09 dekabr 20*9-cu il tarixdə vəfat etmiş Fətullayev Dədəxan (Dadaxan) Qarabala oğlundan miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar