Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-329/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, evdə yaşamasına, sahiblik və istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud yaşayış massivindəki nömrəsiz evə köçürülməsi, o cümlədən həmin evdə yaşamasına, evdən sahiblik və istifadə etməsinə yaradılan manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı) Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ Şöbəsində nikah bağlamışlar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 adlı iki övladları vardır. Birgə nikahları dövründə ümumi vəsaitləri hesabına Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivində torpaq sahəsində yaşayış üçün nömrəsiz fərdi yaşayış evini tikdirmişlər. Birgə nikahları dövründə onlar həmin evdə yaşamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5432/2021 saylı qətnaməsi ilə onların nikahları pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 onun (X3) yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, nikahın pozulmasından sonra azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Həmin ev onun və övladlarının yeganə yaşayış yeri olmuşdur. Bir müddət keçdikdən sonra Cavabdeh tərəfindən onların həmin evdə yaşamasına imkan verilməmiş, cavabdeh onları evdən zorla çıxarmış və orada yaşamalarına, evdən sahiblik və istifadə etmələrinə maneələr yaratmışdır. Bununla bağlı Polisə müraciət etsə də, lakin Suraxanı RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 noyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. O, hazırda məcburiyyət qarşısında azyaşlı uşaqları ilə birgə gah valideynlərinin evində, gah da kirayədə qalmalı olmuşdur. Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivindəki nömrəsiz fərdi yaşayış evi (tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşasa da, onların yaşamasına imkan vermir. Cavabdeh orada yaşadığından, onun da bərabərlik prinsipinə uyğun olaraq azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları. 3.İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, (İddiaçı) Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ Şöbəsində nikah bağlamışlar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 adlı iki övladları vardır. Birgə nikahları dövründə ümumi vəsaitləri hesabına Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivində torpaq sahəsində yaşayış üçün nömrəsiz fərdi yaşayış evini tikdirmişlər. Birgə nikahları dövründə onlar həmin evdə yaşamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5432/2021 saylı qətnaməsi ilə onların nikahları pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 onun (X3) yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, nikahın pozulmasından sonra azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. Həmin ev onun və övladlarının yeganə yaşayış yeri olmuşdur. Bir müddət keçdikdən sonra Cavabdeh tərəfindən onların həmin evdə yaşamasına imkan verilməmiş, cavabdeh onları evdən zorla çıxarmış və orada yaşamalarına, evdən sahiblik və istifadə etmələrinə maneələr yaratmışdır. Həmin ev onlar birgə nikaha daxil olduqdan sonra onun və cavabdehin ailə üzvlərinin yardımı ilə inşa olunmuş və 2007-ci ildən köçərək həmin evdə yaşamışlar. O, hazırda məcburiyyət qarşısında azyaşlı uşaqları ilə birgə gah valideynlərinin evində, gah da kirayədə qalmalı olmuşdur. Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivindəki nömrəsiz fərdi yaşayış evi (tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşasa da, onların yaşamasına imkan vermir. Cavabdeh orada yaşadığından, onun da bərabərlik prinsipinə uyğun olaraq azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı onun keçmiş həyat yoldaşı olmuşdur. Onlar 2005-ci ildə faktiki nikaha daxil olmuşlar və nikahlarını 2006-cı ildə rəsmiləşdirmişlər. Mübahisəli evi isə anasının mülkiyyətində olmuş torpaq sahəsində 2006-cı ildə inşa etmişlər. O özü ustadır və həmin evi atasının, qardaşının və qohumlarının köməkliyi ilə tikərək inşa etmişdir. O, iddiaçı ilə birlikdə yaşamaq üçün 2007-ci ildən həmin mübahisəli evə köçmüş və 2007-ci ildən 2021-ci ilədək həmin mübahisəli evdə iddiaçı və azyaşlı övladları ilə birlikdə yaşamışdır. 2021-ci ildə müəyyən səbəblərə görə onlar arasında bağlanmış nikah pozulmuş və iddiaçı boşandıqdan sonra evdən cıxıb getmişdir. İddiaçı 2022-ci ildən 2023-cü ilədək başqa bir evdə kirayədə yaşamışdır. Lakin iddiaçı bir neçə ay öncə həmin mübahisəli evə qayıtmış və orada yaşayır. Hazırda onun (cavabdehin) başqa yaşayış yeri yoxdur, lakin onların birlikdə yaşamaları da mümkün deyildir. O iddiaçının həmin evə köçməsinə qəti etiraz edir. Belə ki, çıxış yolunu yalnız həmin evi satmaqda görür və bu səbəblə qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları. 5.Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir.
6. xx.xx.2022-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında xx.xx.2022-ci il tarixdə 10:15 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 7.xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X3 şikayət müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X1 zərər vurmayan dərəcələri təyin edilməyən xəsarət yetirən vətəndaş Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin əlamətləri olduğundan İnzibati qaydada tədbir görülməsi uçun qərarın surəti ərazidə xidməl aparan sahə inspektoruna göndərilmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5432/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması, uşaqların iddiaçının yanında qalması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon WADQ Şöbəsində xx.xx.2006-cı il tarixdə 1572 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 anaları X3 yanında qalması və Cavabdeh xx.xx.2021-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il tarixdə doğulmuş X9 və xx.xx.2007-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir.
9. Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X19 küçəsi ünvanında qeydiyyatdadır.
10. xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X11 Bakı şəhəri 10 saylı DNK-nın 4ə-202 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 12 saylı sahədə yerləşən, torpaq sahəsini Cavabdeh bağışlamışdır. Lakin sözügedən müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir. X8 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 12 saylı sahədə yerləşən torpaq sahəsi X6 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
12. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 364939 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
13. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İ 948391 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
İşin faktiki halları.
14. İddiaçı ilə Cavabdeh 2005-ci ildə faktiki nikaha daxil olmuşlar və nikahlarını 2006-cı ildə rəsmiləşdirmişlər. Mübahisəli evin tikildiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 12 saylı sahədə yerləşən torpaq sahəsi cavabdehin anası X6 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. X11 Bakı şəhəri 10 saylı DNK-nın 4ə-202 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 12 saylı sahədə yerləşən torpaq sahəsini Cavabdeh bağışlamışdır. Lakin sözügedən müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli ev tərəflərin verdiyi izahata görə 2006-cı ildə inşa edilmişdir. Cavabdeh özünün usta olmasını və həmin evin atasının, qardaşının və yaxın qohumlarının köməkliyi ilə tikərək inşa etdiyini qeyd etmişdir. İddiaçı cavabdehlə birlikdə 2007-ci ildən həmin mübahisəli evə köçmüşlər. 2007-ci il tarixdən 2021-ci il tarixədək həmin mübahisəli evdə hər iki tərəf azyaşlı övladları ilə birlikdə yaşamışlar. 2021-ci il tarixdə müəyyən səbəblərə görə onların nikahları pozulmuş və iddiaçı boşandıqdan sonra evdən cıxıb getmişdir. İddiaçı 2022-ci ildən 2023-cü ilədək başqa bir evdə kirayədə yaşamışdır.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X2” Azərbaycan Respublikası Qanununun 1ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı. Ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
21. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan iki övladları xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 doğulmuşdur.
22. Hazırkı mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehin anası X6 adına xx.xx.2016-cı il tarixdə dövlət reyestrindən qeydiyyata alınmışdır.
23. X11 Bakı şəhəri 10 saylı DNK-nın 4ə-202 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 12 saylı sahədə yerləşən torpaq sahəsini Cavabdeh bağışlamışdır. Lakin sözügedən müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
24. Mübahisəli ev tərəflər nikaha daxil olduqdan sonra birgə nikah dövründə tikilmiş və bu halı nə iddiaçı, nə də cavabdeh mübahisələndirməmişdir. Tərəflər 2007-ci ildə həmin fərdi yaşayış evinə köçmüşlər və 2021-ci ilə kimi birgə təsərrüfat apararaq mübahisəli mənzildə yaşamışlar.
25. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5432/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli nikah pozulmuşdur.
26. Cavabdeh həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir.
27. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
28. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehin anasının mülkiyyətində olmuş və hal-hazırda cavabdehə bağışlanmışdır. Həmin fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmasa da, tərəflərin verdiyi izahata görə birgə nikah dövründə inşa edilmiş, tərəflər həmin evin tikilməsində birgə vəsait xərcləmişlər və birgə iştirak etmişlər. Məhkəmə xərcləri.
29. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 12 saylı sahədə (Dədə-Qorqud yaşayış massivində) yerləşən nömrəsiz fərdi yaşayış evinə köçürülməli və Cavabdeh tərəfindən iddiaçıya həmin mənzildə yaşamasına yönələn maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2007-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 12 saylı sahədə (Dədə-Qorqud yaşayış massivində) yerləşən nömrəsiz fərdi yaşayış evinə köçürülsün. Cavabdeh tərəfindən İddiaçı həmin fərdi yaşayış evində yaşamasına yönələn maneə aradan qaldırılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova