Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3291/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və bağ sahəsinin boşaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və bağ sahəsinin boşaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh öz əşyaları ilə birlikdə ona məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Jilstroy” b/y-nın 43/521 saylı bağ sahəsi ünvanında yerləşən baş evindən çıxarılması və bağ evinin boşaldılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Jilstroy” b/y-nın 43/521 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bağ sahəsinə və bağ evinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı qeydiyyat nömrəsi olan elektron çıxarış verilmişdir. Cavabdeh onun qardaşıdır və 2020-ci ilin mart ayında evi onun tərəfindən zəbt edilmişdir. Hal-hazırda o, yeganə yaşayış yerindən məhrum olmuşdur. Baxmayaraq ki, cavabdehin daimi yaşaması üçün daşınmaz əmlakı mövcuddur. Lakin buna baxmayaraq, cavabdeh özünə məxsus olan fərdi yaşayış evini kirayə vermiş və kirayədən pul əldə edir. O, isə məcburi olaraq qayınatasının evində müvəqqəti məskunlaşmışdır. İş o yerə gəlib çatıb ki, öz mənzilindən rahat və sərbəst istifadə edə bilmir. Bunların səbəbkarı isə narkotik vasitə aludəçisi olan cavabdehdir. Cavabdehin ona məxsus bağ sahəsində olması onun mülkiyyət hüququnun, həmin mülkiyyətdən sərbəst şəkildə istifadə etmək imkanlarını məhdudlaşdırır. Cavabdeh isə ona məxsus olan bağ sahəsindən çıxmır və əsassız yerə iş yerinə gələrək onu ölümlə hədələyib onu ölümlə hədələyib özünü bağ sahəsinin sahibi kimi aparır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun kobud pozuntusudur və bu səbəbdən də cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdeh özünə məxsus olan əşyaları ilə birlikdə ona məxsus olan bağ sahəsindən çıxarılmalı, bağ sahəsi boşaldılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 521 (köhnə 43), “Jilstroy” b/y-nın ünvanında yerləşən bağ evindən çıxarılması və bağ evinin cavabdeh tərəfindən boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilmiş, buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komiitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 521, “Jilstroy” b/y-nın ünvanında yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-in MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 4 mənzil 7 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 521, “Jilstroy” b/y-nın ünvanında yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh isə başqa ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmış olmasına baxmayaraq, iddiaçıya məxsus bağ evində yaşayır. Beləlikə, İddiaçı isə Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bağ evdən çıxarılmasını tələb edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli bağ evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, Cavabdeh yaşayış yeri üzrə başqa ünvanda qeydiyyatda olmasına baxmayaraq iddiaçının mülkiyyətində olan bağ evində iddiaçının razılığı olmadan yaşadığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 521 (köhnə 43), “Jilstroy” b/y-nın ünvanında yerləşən bağ evindən çıxarılsın və bağ evi cavabdeh tərəfindən boşaldılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3291/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3291/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver