Məhkəmə qərarları › İş №2(010)-3295/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3295/2024

10.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3295/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh MMC-yə (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) qarşı “elektron əmək müqaviləsi bildiriinə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı X1 "GLOBİA TECHNOLOGİES” MMC ilə elektron əmək müqaviləsi bildirişlərinə xitam verilməsi. İddia tələbinin dəlilləri İddiaçı X1 tanışı Pakistan Respublikasının vətəndaşı açdığı yeni şirkətdə ona işləməyi, praktika toplamağı təkilf etdi, bir müddət əmək haqqı almadan, sonra isə müəyyən əmək haqqı verəcəyini vəd etdi. İddiaçı da işsiz olduğu üçün bu təklifi qəbul etmişdir. İddiaçı təxminən 10 gün həmin şirkətdə işə getmiş, lakin sonradan iddiaçıya yazaraq Pakistana getdiyini bildirmişdir və bununla da işləri dayanmışdır. İddiaçı da düşünmüşdür ki, müqavilə qüvvədən düşəcək. Lakin iddiaçı yeni iş axtaran zaman müəyyən etmişdir ki, müqavilə qüvvədədir. Bu barədə məlumat aldıqdan sonra iddiaçı məcbur qalıb Əmək Müfəttişliyinə müraciət etmiş, lakin oradan da iddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətinə müxtəlif əsaslar səbəb gətirilməklə imtina məktubu gəlmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddia ərizəsinə əlavə edir. Göstərilən məsələ ilə bağlı iddiaçının hər hansı bir günahının olmamasını nəzərə alaraq, həmin məsələnin məhkəmə qaydasında həlli mümkün olmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı X4 iddianı müdafiə edərək, izahatında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, bildirdi ki, həmin şirkətdə direktor müavini kimi fəaliyyət göstərmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxs mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli X3 ünvanladığı məktubundan görünür ki, onun "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətində qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi, izahatın alınması və S.İsmaılovaya olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunması ilə bağlı ünvanına 3-17-5/2-İ-25270/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və S.İsmaılova izahatını xx.xx.2024-cü il tarixində araşdırmaya təqdim etmişdir. Müraciətlə əlaqədar S.İsmaşlovaya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəflərindən "xxxx" MMC-nin (ünvan 3 ünvanına 3-17-5/2-25478/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin məktub poçt şöbəsi tərəfindən “ünvanda yoxdur” qeydi edilərək geri qaytarılmışdır. Bu səbəbdən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfləriindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MMC tərəfindən S.İsmaşlovaya aid əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2020-ci il tarixində qeydiyyata alındığı və həmin bildirişin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında’ 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi X6 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən audentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsi bildirişininin qüvvədən salınması ilə bağlı əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmalı və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X6 Xidmətinə həvalə edilməlidir. Bakı 1 saylı Mediasiya Təşkilatınan xx.xx.2024-cü il tarixli MŞB/1/2024-00128 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İsmaılova Sevil-in təsvir etdiyi kimi xx.xx.2024-cü il tarixli saat 16:00-17:00-dək keçirilən iclasda Cavabdeh MMC-də iştirak etməmişdir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçı X5 ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmış, iddiaçı sözügedən şirkətə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı həmin şirkətdə 10 gün çalışmışdır. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı X5 barəsində əmək müqaviləsi bildirişi Cavabdeh MMC tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı X5 ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlansa da, o, həmin şirkətdə 10 gün çalışmışdır. Buna baxmayaraq, onunla cavabdeh cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmiş və bu barədə müvafiq bildiriş Cavabdeh MMC adından elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir. Beləliklə də, elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müqavilə aktiv olaraq qalmışdır. Məhkəmə müəyyən edir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Pakistan vətəndaşı X9. Məsələ ilə bağlı cavabdehin ünvanına həm məhkəmə, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən müvafiq məktublar göndərilmiş, lakin həmin məktublar “ünvanda yoxdur” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə müəyyən edir ki, cavabdehin fəaliyyət göstərdiyi yeri aşkarlamaq mümkün olmamışdır. Bundan başqa, məhkəmə Cavabdeh MMC-nin qanuni təmsilçisi Pakistan vətəndaşı X10 Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün qeydiyyata alındığı ünvana da müraciət etmiş, lakin bu da nəticə verməmişdir. Məhkəmə hazırki ərizə ilə bağlı qeyd edir ki, iddiaçı barəsində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi işəgötürən Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi yeri aşkarlamaq mümkün olmaması, qanuni təmsilçisi Pakistan vətəndaşı X10 Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün qeydiyyata alındığı ünvan üzrə axtarışı nəticə verməməsi səbəbindən mümkün olmadığından, ərizəçi həmin müqaviləyə xitam verilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırda xitam verilməyən qüvvədə olan əmək müqaviləsi mövcuddur. Məsələ ilə bağlı səlahiyyətli orqan olan X6 Xidməti hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X6 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin, həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi daxil etmək işəgöbtürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarını təsdiq etmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənin və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması elə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejiminə əlavə etmə\klə bağlı Qaydaiar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autedifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya Elektron hökümət portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyata keçirilməsi» xidməti vasit\əsi ilə işəgötürənin səlaziyyət verən şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə, və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X6 xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən müqavilə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədər əmək bildirişişin «Əmək və məşğulluq» altsisteminə daxil edilməsi hüququ X6 xidmətinə həvalə edilməlidir. Ərizəçinin müraciəti ilə bağlı əməkdaşları tərəfindən onunla telefon əlaqəsi saxlanılmış və ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə müvafiq bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırkı halda isə işəgötürən Cavabdeh faktiki olaraq fəaliyyət göstərmədiyindən və xarici ölkə vətəndaşı olan qanuni təmsilçisi qeydiyyata alındığı yaşayış yeri üzrə tapılmadığından, iddiaçı həmin müəssisə ilə əmək münasibətlərinə xitam verilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı X2 Cavabdeh direktor müavini qismində qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktı müəyyən edilməlidir. İddiaçı X2 Cavabdeh direktor müavini qismində qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktını müəyyən edən məhkəmə qətnaməsi müvafiq orqan tərəfindən ərizəçinin Cavabdeh direktor müavini qismində qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X2 Cavabdeh direktor müavini qismində qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktı müəyyən edilsin. İddiaçı X2 Cavabdeh direktoru qismində qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi faktını müəyyən edən məhkəmə qətnaməsi müvafiq orqan tərəfindən ərizəçinin Cavabdeh direktor müavini qismində qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar