Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3299/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 535/05-70 №-li arayışdan görünür ki, X4 barəsində Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında ilkin akt qeydləri *98*-*987 -ci illər üzrə yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydləri *985- 2003-cü illər üzrə yoxlanılmışdır.
2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-39-23/2-652/2024 №-li məktubla bildirilmişdir ki, X* bağlı məlumat qeydə alınmamışdır.
3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-38-2/33-2690/2024 №-li məktubla bildirilmişdir ki, X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məhkəmə sorğusuna cavab olaraq *6.07.2024-cü il tarixli, 3-20-*5/2-4-4042*/2024 №-li məktubla bildirilmişdir ki, sözügedən məktubda D.Roman, həmçinin D.Mixayilin identifikasiya edilməsi məqsədilə şəxsiyyəti təsdiq edən sənəd və ya digər zəruri məlumatlar (Azərbaycan Respublikası və ya digər əcnəbi ölkə vətəndaşlığının olması, doğum tarixi, yaşayış ünvanı), eləcə də aidiyyəti üzrə göndərilməsi üçün vətəndaşın itkin düşdüyü ölkə barədə ətraflı məlumat öz əksini tapmaması səbəbindən müvafiq sorğunun xarici ölkələrdə yerləşən diplomatik nümayəndəlik və konsulluqlara göndərilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar qeyd olunmuş sənədlər və məlumatlar Xarici İşlər Nazirliyinə daxil olduğu təqdirdə sorğu zəruri tədbirlərin görülməsi məqsədi ilə müvafiq diplomatik nümayəndəlik və ya konsulluğa göndəriləcəkdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 54/2-*8*37/24 №-li məktubla bildirilmişdir ki, adı qeyd olunmuş şəxs haqqında Suraxanı RPİ-nin QMB-də heçbir məlumat aşkar olunmadı.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq *2.08.2024-cü il tarixli, 3-*3-4/2-8099/2024 №-li məktubla bildirilmişdir ki, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq uçotları üzrə yoxlanılmış və axtarışda olması barədə məlumat aşkar edilməmişdir.
7. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə sorğusuna cavab olaraq *8.07.2024-cü il tarixli, 2-2-030/2-079346/2024 №-li məktubla bildirilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində X* bağlı hər hansı bir cinayət işinin istintaqı aparılmamış və material araşdırılmamışdır.
8. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 2-2-0550/2-094976 №-li məktubla bildirilmişdir ki, respublikanın bütün rayon (şəhər) prokurorluqları və Baş Prokurorluğun müvafiq qurumları üzrə məlumatlar əldə edilmiş, X2 itkin düşməsi ilə əlaqədar hər hansı bir cinayət işinin istintaqının aparılması, material üzrə araşdırılma aparılması və əməliyyat-qeydiyyat işinin olması müəyyən edilməmişdir.
İşin faktiki halları
9. X4 barəsində Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydinin aşkar olunmaması işin mübahisəsiz hallarıdır.
Ərizəçinin tələbi
*0. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası X2 ölmüş elan edilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
**. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. *2. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki (tərcüməçisi X3 tərcüməsinə əsasən), bəzi vərəsəlik işləri olduğuna və babasının ölüm kağızı olmadığına görə həmin işləri sona çatdıra bilmir. Qohumlarının sözlərinə görə babası *984-cü ildə ölüb. Qeydiyyat şöbəsinə sorğu verdikdə isə heç bir məlumat tapılmadığı üçün məhkəməyə müraciət etməyi məsləhət gördülər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq.
*3. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 4*. Fiziki şəxsin ölmüş elan edilməsi 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.*.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 3*2. Ərizənin verilməsi Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 3*5. Məhkəmənin ərizə üzrə qətnaməsi 3*5.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi
*5. İş materiallarını araşdırıb və ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *6. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, X4 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, müvafiq hüquqmühafizə orqanlarına göndərilmiş sorğulara cavablardan da görünür ki, X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamış, onun haqqında Suraxanı RPİ-nin QMB-də heçbir məlumat aşkar olunmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq uçotları üzrə yoxlanılmış və axtarışda olması barədə məlumat aşkar edilməmiş, Baş Prokurorluğun İstintaq idarəsində onunla bağlı hər hansı bir cinayət işinin istintaqı aparılmamış və material araşdırılmamış, eləcə də respublikanın bütün rayon (şəhər) prokurorluqları və Baş Prokurorluğun müvafiq qurumları üzrə məlumatlar əldə edilmiş, onun itkin düşməsi ilə əlaqədar hər hansı bir cinayət işinin istintaqının aparılması, material üzrə araşdırılma aparılması və əməliyyat-qeydiyyat işinin olması müəyyən edilməmişdir. *7. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, X2 ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də o məhkəmə qaydasında ölmüş elan edilməlidir.
Məhkəmə xərcləri
*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *9. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 ölmüş elan edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü hesab edilməli, qətnamənin icrası Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3*2-3*6-cı maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. X4 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü hesab edilsin. Qətnamənin icrası Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.