Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-33/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərərək, iddia tələbinin təmin edilməsi, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və islahat komissiyasının 01.12.197-ci il tarixli, 03 saylı protokoluna əsasən Abşeron rayon Hövsan südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrlə X5 ayrılmış 0.12 hektar torpaq sahəsinin A.İskəndərov tərəfindən X8, X11 tərəfindən isə ona satılmış 0.04 hektar hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.01 hektar hissəsindən cavabdehin çıxarılması; həmin torpaq sahəsinin ona təhvil verilməsi; həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və islahat komissiyasının 01.12.197-ci il tarixli, 03 saylı protokoluna əsasən, Abşeron rayon X10 üzrə xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrlə X5 0.12 hektar torpaq sahəsi ayrılmışdır. Sonradan A.İskəndərov həmin torpaq sahəsinin 0.04 hektar hissəsini X1. xx.xx.2014-cü il tarixdə X11 ilə aralarında həmin 0.04 hektar torpaq sahəsinin 10000 manat məbləğində pul vəsatinə ona satılması ilə bağlı razılaşmış və iddiaçı həmin məbləği A.Əliyevə nağd şəkildə ödədikdən sonra Ayaz Əliyev torpaq sahəsini ona təhvil verdi və həmçinin həmin torpaq sahəsi ilə bağlı işlər görülməsi üçün notarial qaydada təsdiq edilmiş etibarnamə də verdi. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi onun sahiblik və istifadəmdə olmuşdur. Bir müddət əvvəl cavabdeh iddiaçıya aid olan torpaq sahəsinin 0.01 hektar hissəsini zəbt etmiş, ətrafına daş hasar çəkmiş, onun həmin torpaq sahəsinə daxil olmağına və oradan istifadə etməyinə imkan vermir. Qeyd edilir ki, mübahisə predmeti olan torpaq sahəsi onun sahiblik və istifadəsində olmasına baxmayaraq, cavabdeh tərəfindən zəbt edilmiş və onun sahiblik və istifadəsindən çıxarılmışdır. Belə ki, cavabdeh iddiaçının Ayaz Əliyevdən aldığı 0.04 hektar torpaq sahəsinin 0.01 hektarını zəbt etmiş və oradan qanunsuz olaraq istifadə edir. Cavabdehin özbaşınalığı nəticəsində iddiaçı həmin torpaq sahəsinin 0.01 hektarından istifadə edə bilmir. Belə ki, cavabdeh ona aldığı torpaq sahəsindən istifadə etməyə və torpağa daxil olmağına imkan vermir. Halbuki, o, həmin torpaq sahəsini qanunvericiliyə uyğun olaraq əldə etmiş və hazırda faktiki olaraq onun sahiblik və istifadəsindədir. Cavabdeh mübahisə olunan torpaq sahəsinin özünə məxsus olmasını iddia edərək torpaq sahəsindən çıxmır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun həmin torpaqla bağlı hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və islahat komissiyasının 01.12.197-ci il tarixli, 03 saylı protokoluna əsasən Abşeron rayon hövsan südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrlə X5 ayrılmış 0.12 hektar torpaq sahəsinin A.İskəndərov tərəfindən X8, X11 tərəfindən isə ona satılmış 0.04 hektar hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.01 hektar hissəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi və torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşdiyindən və hazırki iddia mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olduğundan hazırki iddia ərizəsi müstəsna aidiyyət qaydalarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilir. Cavabdehin etirazı. Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək, mübahisəli 0.01 ha torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş, əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, iddianı müdafiə edir, o torpağı almışdır. Qeyd edir ki, onun sənədi yoxdursa, cavabdehin də sənədi yoxdur. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. İş materiallarında olan Abşeron rayon Dövlət arxivi fondu tərəfindən X5 ünvanlanmış cavab məktubundan görünür ki, xx.xx.1998-ci il tarixli Hövsan südçülük sovxozunun 28 nömrəli əmrindən Çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 №-li məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 №-li protokoluna əsasən Sovxozda yaşayan, işləyən mənzil sahəsinə ehtiyacı olan işçilərindən ərizə ilə müraciət edən X5 0,12 hektar fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli Hövsan südçülük sovxozunun 28 nömrəli əmrindən Çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 №-li məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 №-li protokoluna əsasən Sovxozda yaşayan, işləyən mənzil sahəsinə ehtiyacı olan işçilərindən ərizə ilə müraciət edən X5 0,12 hektar fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X7 tərəfindən X8 verilmiş səlahiyyətlərə əsasən, sonuncu İddiaçı xx.xx.2039-cü il tarixinədək xx.xx.1998-ci il tarixdə Abşeron rayon X6 28 nömrəli Əmrdən Çıxarışa və xx.xx.2009-cu il tarixdə Abşeron rayon Dövlət Arxivi tərəfindən verilimiş A\B 210 X9 əsasən X10 ərazisində ona ayrılmış 0.12 ha həyət yanı torpaq sahəsindən yalnız 0.04 ha torpaq sahəsinə dair zəruri sənədlər toplamağı, tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və s. ilə bağlı səlahiyyətlərin həyata keçirilməsinə dair etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, X7 tərəfindən X8 xx.xx.1998-ci il tarixdə Abşeron rayon X6 28 nömrəli Əmrdən Çıxarışa və xx.xx.2009-cu il tarixdə Abşeron rayon Dövlət Arxivi tərəfindən verilimiş A\B 210 X9 əsasən X10 ərazisində ona ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə dair zəruri sənədlər toplamağı, tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və s. ilə bağlı səlahiyyətlərin həyata keçirilməsinə dair etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, X7 tərəfindən X8 və Cavabdeh xx.xx.1998-ci il tarixdə Abşeron rayon X6 28 nömrəli Əmrdən Çıxarışa və xx.xx.2009-cu il tarixdə Abşeron rayon Dövlət Arxivi tərəfindən verilimiş A\B 210 X9 əsasən X10 ərazisində ona ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsindən 200 kv.metrinə dair zəruri sənədlər toplamağı, tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və s. ilə bağlı səlahiyyətlərin həyata keçirilməsinə dair etibarnamə verilmişdir. Etibarnamə 04 aprel 2039-cu il ilədək qüvvədədir. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən Cavabdeh göndərlmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci ii tarixli 40 №-li məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 №-li protokoluna əsasən Sovxozda yaşayan, işləyən mənzil sahəsinə ehtiyacı olan işçilərindən ərizə ilə müraciət edən X5 0,12 hektar fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, ödəyici Cavabdeh 67.2 manat əmlak vergisi və 2.1 manat torpaq vergisi hesablanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, koordinatları verilmiş mübahisəli torpaq sahəsi Hövsan Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində yerləşir. Həmin torpaq sahəsinin kimin istifadəsində olması və adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə elektron kadastr bazasında məlumat aşkar edilmədi. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, naməlum torpaq sahəsində hörülmüş daş hasarın şəkilləri çəkilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli yerində müayinə protokolundan görünür ki, sözügedən evə baxış zamanı müəyyən edilir ki, iddiaçının həyətindən 12 daş hündürlüyündə hasar çəkilmişdir, həmin hasarın yeni olduğu görünür. İddiaçı bildirir ki, həmin torpaq sahəsini mübahisəli sahə ilə birgə almışdır, və ümumillikdə ona çatası torpaq 0,04 ha sahə təşkil edir. Cavabdeh bildirir ki, o, etibarnamə üzrə 0,02 torpaq sahəsi, sonra 0,01 torpaq sahəsini yazılı şəkildə əlavə almışdır. Ümumi sahəsi 0,03 ha təşkil etdiyini bildirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda göstərilən suallara cavab olaraq bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 320.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur (sahə İddiaçı istifadəsindədir). Mübahisəli sahə isə qonşu tərəfindən hasarlanmış 78.0 kv.m olan sahədir (sahə üzərində tikili yoxdur). Sözügedən torpaq sahənin ayrılmasına dair hüquqmüəyyənedici və yerləşmə mövqeyini təyin edən sənəd təqdim edilmədiyindən sahənin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmadı. Qeyd olunan sahələrlə bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008- ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış hissəsində yerləşməklə bütövlüklə yüksək təzyiqli qaz kəmərinin mühafizəsində yerləşir. Sahənin bir hissəsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin müraciəti ilə üst-üstə düşür. Göstərilən sahənin qeydiyyatı barədə məlumat yoxdur. Həmin mütəxəssis rəyinə əlavə edilmiş qeyd olunan sahələrlə bağlı koordinatları əks etdirən izahlı sxemdən görünür ki, ərizəçinin istifadəsində olan sahə 320.0 m², mübahisəli sahə isə 78.0 m² təşkil edir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/829 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 320.0. kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur (sahə İddiaçı istifadəsindədir). Mübahisəli sahə isə qonşu tərəfindən hasarlanmış 78.0.kv.m olan sahədir (sahə üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin ayrılmasına dairhüquqmüəyyənedici və yerləşmə mövqeyi təyin edən sənəd təqdim edilmədiyindən sahənin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmadı. Qeyd olunan sahələrlə bağlı koordinatları əks etdirən izahlı sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Hövsan tərəvəzçilik-Südçülük sovzxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməklə bütövlüklə yüksək təzyiqli qaz kəmərinin mühafizəsində yerləşir. Sahənin bir hissəsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin müraciəti ilə üst-üstə düşür. Göstərilən sahənin qeydiyyatı barədə məlumat yoxdur. Yuxarıda qeyd olunduğu kim göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 320.0.kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur (sahə İddiaçı istifadəsidəndədir). Mübahisəli sahə isə qonşu tərəfindən hasarlanmış 78.0 kv.m olan sahədir (sahə üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici və yerləşmə mövqeyini təyin edən sənəd təqdim edilmədiyindən sahənin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmadı. Sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici və yerləşmə mövqeyini təyin edən sənəd təqdim edilmədiyindən sahənin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir... Maddə 240. Torpaq sahəsində tikinti 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.... 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.... Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ
4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 58. Torpaq sahəsində tikintinin həyata keçirilməsi
1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ... 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək yuxarıda qeyd olunanlara müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, xx.xx.1998-ci il tarixli Hövsan südçülük sovxozunun 28 nömrəli əmrindən Çıxarışa əsasən, X5 0,12 hektar fərdi ev tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. X7 tərəfindən X11 vasitəsilə Cavabdeh həmin 0.12 ha həyətyanı torpaq sahəsinin 200 kv.metrinə dair zəruri sənədləri toplama, tikinti işləri aparma, tikinti və torpaq sahəsini özəlləşdirmə, üzərində sərəncam vermə, satma, bağışlama və s. ilə bağlı səlahiyyətlərin həyata keçirilməsinə dair xx.xx.2013-cü il tarixli etibarnamə və X11 vasitəsilə İddiaçı 0.12 ha həyət yanı torpaq sahəsinin 0.04 ha torpaq sahəsinə dair həmin səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli etibarnamə verilmişdir. İddiaçı və Cavabdeh həmin torpaq sahələrindən faktiki istifadə edirlər. İddiaçı ona verilmiş torpaq sahəsinin 0.01 hektar hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirərək, cavabdehin həmin sahədən çıxarılmasını tələb etmiş, cavabdeh isə iddiaçının tələbinə etiraz edərək, mübahisəli 0.01 ha torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Belə ki, hazırki mübahisə 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın sökülməsi ilə bağlı olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən torpaq sahəsi iş materiallarında qeyd edilən sənədlərə əsasən fərdi ev tikmək üçün X5 ayrılmışdır. Hazırki mübahisənin predmeti olmadığından, həmin torpaq sahəsinin X5 hansı hüquqların həyata keçirilməsi ilə bağlı ayrılması, məhkəmə tərəfindən araşdırılmır və bu məsələyə hüquqi qiymət verilmir. Lakin, nəzərə alınmalıdır ki, X7 tərəfindən 0.12 ha həyətyanı torpaq sahəsinin 200 kv.metrinə dair X11 vasitəsilə Cavabdeh və həmin torpaq sahəsindən 0.04 ha torpaq sahəsinə dair qeyd edilən səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı İddiaçı etibarnamələr verilmişdir, halbuki etibarnamələrdə göstərilən səlahiyyətlər torpaq sahəsinin istifadəyə (icarəyə) və ya digər əşya hüququnun verilməsi hesab edilə bilməz və onların icrası yalnız təmsil olunan şəxs – X4 xeyrinə olduqda mümkün ola bilərdi. Həmçinin, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən, iddiaçının istifadəsində 320.0 m² sahənin olduğu, mübahisəli sahənin isə 78.0 m² təşkil etdiyi məlum olmuşdur. Rəylərdə torpaq sahəsinin keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Bakı Şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış hissəsində yerləşməklə bütövlüklə yüksək təzyiqli qaz kəmərinin mühafizəsində yerləşdiyi, bir hissəsinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsi ilə üst-üstə düşdüyü və sahənin qeydiyyatı barədə məlumatın olmadığı da qeyd edilmişdir. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəmənin Plenum Qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdıran məhkəmə qeyd edir ki, iddiaçının, eyni zamanda cavabdehin sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı tələblərini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, yekun olaraq, sözügedən torpaq sahəsi dövlət reyestrində olmadıqdan və nə iddiaçının, nə də cavabdehin adına qeydiyyata alındığından, mübahisəli torpaq sahəsinin kimə və hansı hissədə məxsus olduğunu, torpaq sahəsinin kimin istifadəsində olduğunu, həmçinin hörülmüş daş hasarın düzgün qaydada tikilib-tikilməməsini müəyyənləşdirmək mümkün deyildir. Belə olan halda, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və islahat komissiyasının 01.12.197-ci il tarixli, 03 saylı protokoluna əsasən Abşeron rayon Hövsan südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrlə X5 ayrılmış 0.12 hektar torpaq sahəsinin A.İskəndərov tərəfindən X8, X11 tərəfindən isə ona satılmış 0.04 hektar hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.01 hektar hissəsindən cavabdehin çıxarılması; həmin torpaq sahəsinin ona təhvil verilməsi; həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Belə ki, 100 manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçı “Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 saylı məktubu və islahat komissiyasının 01.12.197-ci il tarixli, 03 saylı protokoluna əsasən Abşeron rayon Hövsan südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrlə X5 ayrılmış 0.12 hektar torpaq sahəsinin A.İskəndərov tərəfindən X8, X11 tərəfindən isə ona satılmış 0.04 hektar hissəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.01 hektar hissəsindən cavabdehin çıxarılması; həmin torpaq sahəsinin ona təhvil verilməsi; həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi”-nə dair iddia tələbi təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 manat İddiaçıdan alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ41NABZ013601**********3944 (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X2, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva