Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3310/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Məmmədova Samı̇ lə İsmayıl qızı və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Qulı̇ yeva Mənsurə Əlabbas qızının cavabdeh Məmmədova Samı̇ lə İsmayıl qızına qarşı maneələrin aradan qaldırılması və cavabdehə qanunsuz hərəkətlərin edilməsinin qadağa olunması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdeh maneələrin aradan qaldırılması və cavabdehə qanunsuz hərəkətlərin edilməsinin qadağa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozu adlanan yerdə aldığı torpaq sahəsində və ona məxsus əmlaklardan istifadə zamanı cavabdeh tərəfindən yaranmış maneələr aradan qaldırılması və Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozu adlanan yerdə aldığı torpaq sahəsində ona qarşı qanunsuz hərəkətlərin edilməsinin Cavabdeh və qeyrilərinə qadağan edilməsi və cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə qadağan edilmiş hərəkətlərin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərar çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozu adlanan yerdə aldığı torpaq sahəsində tikinti işləri apararkən Cavabdeh və onun yaxınlarının zorakılığına məruz qalmışdır. Bununla bağlı şikayət ərizəsilə polisə müraciət etmiş və şikayəti üzrə Cavabdeh barəsində ********* saylı cinayət işi başlanılmış və məsuliyyət cəlb edilmişdir. Aparılan istintaqla müəyyən edilmişdir ki, ona məxsus olan torpaq sahəsini tanımadığı şəxslər guya cavabdehə satmış və cavabdehdə həmin torpaq sahəsinin qanunsuz yolla ona satıldığını və verdiyi pulu geri ala bilməyəcəyini düşünərək ona qarşı özbaşına hərəkətlər ediblər. O, Cavabdeh etdiyi hərəkətdən peşman olduğunu düşünərək onu bağışladığı üçün Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işinə xitam verilmişdir. Həmçinin bildirir ki, həmin torpaq sahəsini hasara almış və ona məxsus olan tikinti materialları da həmin torpaq sahəsindədir. Amma çox təssüflər olsun ki, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozu adlanan yerdə aldığı torpaq sahəsində apardığı tikinti işlərin başa çatmasına cavabdeh tərəfindən yenə maneələr yaradılır və ona qarşı hədə-qorxu gəlinir. Hesab edir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozu adlanan yerdə aldığı torpaq sahəsində tikinti işlərinin aparılması zamanı cavabdeh tərəfindən yaranmış maneələr aradan qaldırılmalı və ona qarşı qanunsuz hərəkətlərin edilməsi qadağan edilməlidir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, iddia tələbi əsaslıdır, həmin torpaq sahəsində cavabdeh tərəfindən iddiaçıya maneələr yaradılır və bu maneələr qadağan edilməlidir. Əlavə olaraq bildirdi ki, qeyd olunan torpaq sahəsinin iddiaçıya ayrılması barədə sənəd yoxdur.
5. Məhkəmə iclasında cavabdeh Məmmədova Samı̇ lə İsmayıl qızı iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 bildirdi ki, iddiaçının tələbi əsassızdır. Cavabdeh artıq 4 ildir ki orada ev tikmişdir. Şahid ifadələri də qeyd olunan halı təsdiq edir. İddiaçının mübahisə obyektinə subyektiv hüququnun olması müəyyən edilmir. Hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
İş materialları.
7. AR Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda vətəndaş İddiaçı adı aşkar edilməmişdir.
8. Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı qərarından Çıxarışının kserosurətinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli, 521 nömrəli qərarı və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 nömrəli qərarın tələbinə uyğun olaraq İddiaçı ev tikmək üçün 0.07 ha həyətyanı torpq sahəsi ayrılmışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, 2019-2020-cı illərdə cavabdeh ev tikmək üçün ona müraciət etmiş və o da evi tikməyə başlamışdır. 2020-ci ilin ortasında tikinti bitirmişdir. Ev 2 otaq və 1 dəhlizdən ibarət idi. O vaxt torpaq sahəsi hasara alınmamışdı.
10. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, cavabdehin evinin tikintisində 2019-2020-ci ildə usta işləmişdir. Həmin ərazidə başqa tikinti mövcud deyildi.
İşin faktiki halları.
11. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iş üzrə iddiaçı ona məxsus olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradıldığını bildirir. İddiaçı tələbinin əsası kimibşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990cı il tarixli, 135 saylı qərarına istinad edir, lakin eyni zamanda iddiaçı tərəfin izahatından o damüəyyən olunur ki, əslində istinad edilən sənəd mötəbər deyildir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir və bildirir ki, həmin torpaq sahəsində 4 il əvvəl o, ev tikmişdir və iddiaçının hazırkı iddia tələbi əsassızdır. Beləliklə, müəyyən edilir ki, mübahisə obyekti olan torpaq sahəsi tərfələrdən heç birinin mülkiyyətində və ya qanuni istifadəsində deyildir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 4. Torpaq sahəsi 4-cü maddənin 1-ci bəndinə görə torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin maddənin 2-ci bəndinə görə torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Maddənin 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
15. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
16. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
19. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır.
20. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət və ya istifadə hüquqlarının əldə edilməsi qaydaları qanunvericilik tərəfindən imperativ olaraq müəyyən edilmişdir. Yalnız müəyyən edilmiş formada daşınmaz əmlaka əldə edilən hüquqlar dövlət tərəfindən qorunur və ona hər hansı kənar müdaxilə qanunla qadağan edilmiş özbaşınalıq sayılır. Məsələn, Mülki Məcəllənin 158.7 və 158.4-cü maddələri məhz daşınmaz əmlaka münasibətdə mülkiyyətçi olmayan şəxslərin əşya hüquqlarının və onların müdafiəsinin həcmini müəyyən edir. Əgər 158.7-ci maddə məhdud əşya hüququna sahib olan şəxslərin əşya hüquqlarının müdafiəsini mülkiyyətçi hüquqlarının müdafiəsi həcmində müəyyən edirsə, 158.4-cü maddə həmin hüquqların istənilən şəxsdən, hətta mülkiyyətçidən də müdafiə olunduğunu müəyyən edir. Lakin, artıq qeyd edildiyi kimi, bu müdafiə mexanizmi yalnız həmin əmlak hüquqları dövlət qeydiyyatına alındığı və dövlət tərəfindən tanındığı halda mümkündür.
21. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun və ya istifadə və sahiblik hüquqlarının olması müəyyən edilmir. Eyni zamanda iddiaçı tərəf özü də məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsinin iddiaçıya ayrılması barədə sənəd mötəbər deyildir. Belə olan halda, İddiaçı hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüquqa malik olması məhkəmə tərəfindən müəyyən edilmir. Ona görə də, həmin torpaq sahəsinə yaradılan maneənin aradan qaldırılması tələbi ilə də iddiaçı çıxış edə bilməz. Ona görə ki, iddiaçının barəsində mübahisə etdiyi torpaq sahəsinə hər hansı hüququ müəyyən edilmir. Bunun davamı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə obyekti olan torpaq sahəsinə cavabdehin hüquqlarının olub-olmaması məsələsinə də məhkəmə hazırkı icraat çərçivəsində qiymət vermir. İş üzrə alınmış şahid ifadələri də məhz iddia tələbinə münasibətdə sübut əhəmiyyətinə malik deyildir. Çünki, iddia tələbi yuxarıda qeyd edilən səbəbə görə artıq özü-özlüyündə əsassızdır. Məhkəmə bunun davamı olaraq onu da qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilmədiyindən cavabdeh barəsində xüsusi qərar çıxarılması hissəsində də əsassızdır.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Qulı̇ yeva Mənsurə Əlabbas qızının cavabdeh Məmmədova Samı̇ lə İsmayıl qızına qarşı maneələrin aradan qaldırılması və cavabdehə qanunsuz hərəkətlərin edilməsinin qadağa olunması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı Qulı̇ yeva Mənsurə Əlabbas qızının cavabdeh Məmmədova Samı̇ lə İsmayıl qızına qarşı maneələrin aradan qaldırılması və cavabdehə qanunsuz hərəkətlərin edilməsinin qadağa olunması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.