Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3320/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Suriyada doğulmuş *5.06.20*6-cı il təvəllüdlü X2 doğumunun qeyd edilməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 *5.06.20*6-cı il tarixində Suriyada doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, Ərizəçi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli *-*/*32 saylı sərəncamı ilə bacısı qızı Suriyada doğulmuş *5.06.20*6-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. Bu uşaq vətənə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi əsasında gətirilmişdir. Lakin bu uşaq Suriyada Əlxol düşərgəsində doğulduğundan ona bu günə qədər doğum haqqında şəhadətnamə alınmamışdır. Suraxanı rayon Qeydiyyat şöbəsinə bu barədə müraciət etsə də, ona doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilməməsini əsas göstərilərək doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bu barədə imtina məktubunda müvafiq məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilən: Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 2*.06.2022-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun qəyyumu təyin olunduğu *5.06.20*6cı il təvəllüdlü X4 doğum haqqında şəhadətnamə almaq barədə 2*.06.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. ərizəçi həmin sənədləri təqdim etmədiyindən ərizəsinin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunması mümkün deyildir. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli olan faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. AA02*8466 saylı Azərbaycan Respublikası Qayıdış şəhadətnaməsindən müəyyən olunur ki, Seyfulina Sumeya *5.06.20*6-cı il tarixdə Suriyada anadan olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının *-*/*32 saylı xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Ərizəçi bacısı uşaqları-09.03.20*3-cü il təvəllüdlü X8 və *5.06.20*6-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilməsi barədə Qəyyumluq və himayəçilik üzrə komissiyanın qərarı təsdiq edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə komissiyasının xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasının *6 saylı protokolunun çıxarışından görünür ki, Ərizəçi bacısı X* Nail Viktoroviçlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan onların 2004-cü il təvəllüdlü Seyfulin Əli- Sahib Nail oğlu, 2008-ci il təvəllüdlü X**, 20*3-cü il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. 20*4-cü ildə X*2 işləmək adı ilə Türkiyə Respublikasına getmişdir. Həmin ilin oktyabr ayında X9 3 övladını da götürüb, Türkiyəyə, ərinin yanına getmişdir. Təxminən 20*6-cı ildə X9 anası ilə telefon əlaqəsi saxlamış və Suriya Ərəb Respublikasında olduqlarını bildirmişdir. Həmin ildə Suriyada onların Sumeya adlı övladları anadan olmuşdur. Ərizəçi sözlərinə görə, 20*9-cu ilin aprel ayında sosial şəbəkələrdən X3, əri X6 və onların övladları Seyfulin Əli-Sahib Nail oğlunun vəfat etdikləri, qızları- Əzizə, Zeynəb və X*6 Respublikasının “Əl-Hol” qaçqın düşərgəsində əsirlikdə olduqları məlum olmuşdur. *3 yanvar 202*-ci il tarixində Əzizə orada vəfat etmişdir. 28 may 2022-ci il tarixində dövlət tərəfindən Zeynəb və Sumeya Azərbaycana gətirilmişlər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin *2.05.2022-ci il tarixli arayışından müəyyən olunur ki, *5.06.20*8-cı il təvəllüdlü Seyfulina Sumeyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *8.03.20*5-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.*.5-ci yarımbəndinə əsasan Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarda həmçinin izah olunmuşdur ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Hazırkı işdə tərəflərin izahatlarından və işin hallarından məlum olur ki, X2 barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə hüquqi nəticəyə gələrkən Mülki-Prosessual Məcəllənin 307.2.3cü maddəsinə yox, 307.2.**-ci maddəsinə istinad edir. MPM-nin 307.2.**-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.*-2.3-cü maddələrinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməli, X2 *5.06.20*6-cı ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in **9, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 *5.06.20*6-cı ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3320/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3320/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver