Məhkəmə qərarları › İş №2(010)-3323/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3323/2025

16.09.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3323/2025 16.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 6 saylı Bakı «Asan xidmət» mərkəzində Qeydiyyat Şöbəsi) “şəxsin ölmüş elan olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Ərizəçi rəsmi nikahda olduğu X3nun ölmüş elan edilməsi. Ərizəçinin tələbinin dəlliləri Ərizəçi 06 mart *98*-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuşdur. X3 *985-ci il tarixdə itkin düşmüşdür. Onunla əlaqədar Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə bir neçə dəfə müraciət etmiş, lakin *5 il axtarış aparıldıqdan sora 27.0*.2000-ci il tarixdə axtarış dayandırılmışdır. Artıq 40 il keçməsinə baxmayaraq əri X* heç bir xəbər ala bilməmişdir. Lakin 40 ildən uzun müddətdir ki, heç bir məlumat əldə edə bilmədiklərindən şəxsin ölmüş olma ehtimalı dəqiq hesab edilə bilər. Hazırda əmlakın satılmasında qeydiyyatda olan şəxslərin razılıq ərizələri, habelə digər qanunvericilik istiqamətində hərəkətlər edildikdə məndən ailə tərkibinin üzvləri barədə məlumatlar və rəsmi sənədlər tələb edilir ki, 40 ildən uzun müddətdir ki, məlumat ala bilmədiyi ərinin heç bir sənədi olmadığından o da rəsmi sənədləşmələrini həyata keçirə bilmir. Ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişəm, lakin X3nun adına ölüm haqqında şəhadətnamə verilmədi. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 6 saylı Bakı «Asan xidmət» mərkəzində Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunu nəzərə alaraq qeydiyyat şöbəsinin nümayənəsinin iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Xətai rayon Pİ-si CAŞ-nin 03.05.200*-ci il tarixdə verilmiş arayışından görünür ki, *985-ci ildə itkin düşmüş həyat yoldaşının, *960-cı ildə anadan olmuş X7 barəsində olan axtarış, *5 il müddət keçdiyi üçün, 27.0*.2000-ci il tarixdə dayandırılmışdır. 6 saylı Bakı «Asan xidmət» mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il *45 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.*.,8.2. və 8.3.-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.”Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki,’’Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə Ərizəçi tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında əriniz ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricidədir. Şaumyan rayon Polis İdarəsinin *4.0*.*986-cı il tarixli arayışından görünür ki, Ərizəçi X3 *5 yanvar *985-ci ildən hazırki vaxta qədər xəbərsiz itkin düşən kimi ümumittifaq axtarışdadır. Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 06.03.*98*-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X2 arasında nikah 06.03.*98*-ci il tarixdə bağlanmışdır. Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 22.06.*960-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 *6.05.*960-cı ildə doğulmuş, valideynləri X6 və Məcidova Pikə xanım Mir Səməd qızıdır. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 0*.09.2025-ci il tarixli məktubundan görünür ki, *6.05.*960-cı il təvəllüdlü X4 itkin düşməsi ilə bağlı Dövlət Komissiyasına hər hansı müraciət və məlumat daxil olmamışdir. H.Məmmədov Dövlət Komissiyasının qeydiyyatları üzrə keçmir. Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, Ərizəçi ilə X7 06.03.*98*-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Ərizəçi X3*985-ci ildən itkin düşmüşdür. Ərizəçi, X3nun itkin düşməsi barədə Bakı şəhər Xətai rayon Polis İdarəsinə müraciət etmiş, lakin axtarış müddətindən *5 il keçdikdən sonra 27.0*.2000-ci il tarixdə X7 oğlu barəsindəki axtarış dayandırılmışdır. Ərizəçi, rəsmi nikahda olduğu X3nun ölmüş elan edilməsini istəyir. Faktın müəyyən olunması Ərizəçi əmlakın satılmasında qeydiyyatda olan şəxslərin razılıq ərizəsini əldə etmək üçün lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4*.*-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi ərizəçi tərəfindən ölmüş elan edilməsi xahiş edilən ərizəçinin əridir və o, X4 *985-ci ildən itkin düşməsindən 40 il keçməsinə baxmayaraq onun barəsində heç bir məlumat olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, *6.05.*960-cı ildə Bakı şəhərində anadan olmuş X7 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 3*2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 3*3-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 3*5.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, *6.05.*960-cı ildə Bakı şəhərində anadan olmuş X4 xəbərsiz itkin düşməsindən 40 ildən çox vaxt keçdiyindən ərizə təmin edilməli, *6.05.*960-cı ildə Bakı şəhərində anadan olmuş X7 Bakı şəhərində ölmüş elan edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*5.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 3*2-3*6, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *6.05.*960-cı ildə Bakı şəhərində anadan olmuş X7 Bakı şəhərində ölmüş elan edilsin. *6.05.*960-cı ildə Bakı şəhərində anadan olmuş X4 ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. *6.05.*960-cı ildə Bakı şəhərində anadan olmuş X5 ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar