Məhkəmə qərarları › İş №2(010)-333/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-333/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-333/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili X9 iştirakları ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) "doğumun faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *0.03.20*5-ci il təvəllüdlü X7 Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olması, X8 anasının X3 olması, X8 atasının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, X*7 02.07.20*4-cü ildə X3 ilə rəsmi nikah mübasibətlərinə daxil olmuş və bu nikahdan dörd övladı dünyaya gəlmişdir. Birinci övladı xx.xx.2009-cu il təvəllüdlü X20, ikinci övladı 05.08.20*0-cu il təvəllüdlü X*8, üçüncü övladı *0.03.20*5-ci il təvəllüdlü X*2 və sonuncu övladı 03.**.20*6-cı il təvəllüdlü X*3r. Övladlarının üçü doğum evində anadan olmuş və müvafiq qaydada onların adına doğum haqqında şəhadətnamələr alınmışdır. Lakin övladı X*4 *0.03.20*5-ci il tarixdə ev şəraitində anadan olmuş, buna görə də hazıradək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. X* doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, orta məktəbə getməsinə, müvafiq peşə və ali təhsil almasına, əmək manasibətlərinə daxil olmasına maneçilik törədəcək. Odur ki, qızı X8 doğum faktının tanınması zərurəti yaranmış və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. O, Suraxanı rayon qeydiyyat şöbəsinə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmiş və bu barədə imtina məktubunu təqdim etmirlər. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi və vəkili X*9 izahatında ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2* ifadəsində göstərdi ki, Ərizəçi onun Hövsan qəsəbəsində kirayə yaşadığı evində qonşuluqda yaşayırdı, onu oradan tanıyır. Hazırda özü Hövsandan köçmüş, orada yaşamır. Həmin vaxt ərizəçi evli idi və iki uşağı vardı. Sonra üçüncü uşağı ev şəraitində doğuldu. Ərizəçinin qızı doğulan zaman o, orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, o, ərizəçinin baldızıdır. Ərizəçi onun bacısı Nərminə ilə ailə qurmuşdur. Onların Jalə, Musa, İlahə və Nəzrin adlı dörd uşaqları vardı. Qızı Nəzrin ev şəraitində 2005-ci ilin martın *0-da doğulub. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun bacısı Nərminənin əridir. Onların Jalə, Musa, İlahə və Nəzrin adlı dörd uşaqları vardı. Qızı Nəzrin 20*5-ci ilin mart ayında ev şəraitində doğulub. Hansı gündə doğulduğunu xatırlamır. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilən: Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 25.**.2022-ci il tarixli X2 ünvanlanmış məktubundan görünür ki, *0.03.20*5-ci il tarixində ev şəraitində doğulmuş qızının doğum faktını təsdiq edən sənəd təqdim olunmadığından Suraxanı rayon qeydiyyat şöbəsində ərizəsinin təmin olunması mümkün deyildir. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli olan doğum faktın müəyyən edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən 02.07.20*4-cü il taixdə verilmiş nikah haqqında şəhadətnaməsindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah 02.07.20*4-cü ildə bağlanmışdır. *6 №-li Uşaq Poliklinikasının 25.**.2022-ci il tarixli arayışından görünür ki, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev *3 mənzil 3 ünvanında yaşayan *0.03.20*5-ci il təvəllüdlü X*4 poliklinikada tibbi qeydiyyatdadır. Hal-hazırda uşaq sağ və salamatdır. *6 nömrəli Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Hövsan qəsəbəsi, Məktəb küçəsində yaşayan *0.03.20*5-ci il təvəllüdlü X*4 poliklinikanın tibbi qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarda həmçinin izah olunmuşdur ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Hazırkı işdə tərəflərin izahatlarından və işin hallarından məlum olur ki, X*4 barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə hüquqi nəticəyə gələrkən Mülki-Prosessual Məcəllənin 307.2.3cü maddəsinə yox, 307.2.**-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.*-2.3-cü maddələrinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməli, X8 atası Ərizəçi, anası X3 olmaqla *0.03.20*5-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in **9, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 atası Ərizəçi, anası X3 olmaqla *0.03.20*5-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar