Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3331/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun bağları adlanan ərazidə yerləşən evin tikilməsi ilə bağlı çəkilmiş xərcin 40000 (qırx min) manat pulun yarısının - 20000 (iyirmi min) manatının cavabdehdən alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə Bakı şəhər, Hövsan qəsəbəsi, Zeytun bağları adlanan ərazidə qanunsuz hesab edilən yaşayış evi inşa etdirmişlər. Onlar həmin evin tikilməsinə 40000 manat xərc çəkmiş, lakin həmin qanunsuz tikilmiş evdə yaşamamışlar. Nikah pozulduqdan sonra cavabdeh həmin evin tikintisini tamamlayıb orada yaşamağına imkan verməmişdir. O cavabdehə evə çəkilmiş xərcin yarısını ona qaytarmasını təklif etmiş, o, bununla razılaşmamışdır. Hal-hazırda o, məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun bağları adlanan ərazidə yerləşən evin tikilməsi ilə bağlı çəkilmiş xərc olan 40000 manat pulun yarısının – 20000 manat məbləğində pulun cavabdehdən alınıb onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının xərc çəkdiyini iddia etdiyi evin tikintisində onun heç bir maddi dəstəyi olmamışdır. Belə ki, nikahda olduqları dövrdə iddiaçı heç vaxt işləməmiş, heç bir gəliri olmamışdır. Nəinki, hansısa ev tikmək, ümumiyyətlə evinə ərzaq belə almamışdır. Onun (cavabdehin) anası evin ərzaq ehtiyacını qarşılamışdır. Evin yerləşdiyi torpağı mərhum atası almışdır. Evi isə özü məzuniyyət pulu, xəstəliyinə görə yığdığı pulla tikdirmişdir. O, özü ibtidai sinif müəllimidir və aylıq 500 manat maaş alır. İddiaçının isə heç vaxt nə işi, nə də pulu olmamışdır. Onun əgər pulu olsa idi indi heç olmazsa övladına görə aliment ödəyərdi. Lakin o, bunu da etmir və hazırda alimentə görə axtarışdadır. Elə bu səbəbdən məhkəmə iclaslarında iştirak etmir. Lakin o, iddianın baxılmamış saxlanılmasını istəmir, çünki cavabdeh gələcəkdə yenə bu cür iddia qaldıra bilər. Beləliklə, iddia tam əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(010)-223/2021 saylı qətnaməsindən görünür ki, qətnaməyə əsasən iddia təmin edilmiş, Cavabdeh və İddiaçı arasında 17.06.2014-cü il tarixdə Lerik rayon Molacan kənd ərazi icra nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 17.11.2015-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, İddiaçı 17.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10.02.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, məhkəmə xərcləri olan 10 manat dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Üç ədəd fotoşəkildən görünür ki, yarımçıq bir tikili və yanına tökülmüş tikinti daşları təsvir edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında 17.06.2014-cü il tarixdə nikah bağlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(010)-223/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Bundan sonra, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahları dövründə, birgə xərcləri ilə tikildiyini iddia etdiyi evə çəkdiyi iyirmi min manat məbləğində xərci Cavabdeh tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməmiş, iddiaçının heç vaxt işləmədiyini, nəinki ev tikmək, heç evinə ərzaq belə almağa pulu olmadığını, hazırda da uşağına aliment ödəmədiyini, aliment borcuna görə axtarışda olduğunu, onun evə hər hansı xərc çəkmədiyini bildirmişdir. Göründüyü kimi, iddianın hüquqi əsasını birgə nikah dövründə əldə edilmiş əmlaka (tikilmiş evə) görə çəkilmiş xərclərin bölünməsi təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İddiaçı cavabdehlə birgə nikah dövründə ev tikdiklərini, bu evin qırx min manata başa gəldiyini, pulun yarısını – iyirmi min manatını isə özünün verdiyini iddia etmiş, lakin qeyd etdiklərini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsinə bir neçə fotoşəkil əlavə etmişdir ki, bu şəkillər əsasında iddiaçının hansısa evə iyirmi min manat xərc çəkdiyini müəyyən etmək mümkün deyil. Beləliklə, iddiaçı iddia tələbinin əsaslılığını sübut edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiаçı İddiaçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin iddiaçı evin tikintisinə hansısa məbləğdə pul xərclədiyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin, qeyd olunan tələb tərəflərin izahatları ilə də sübut olunmamış, beləliklə, hazırda cavabdehin hər hansı bir öhdəliyinin olması müəyyən edilməmişdir. Odur ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair iddia təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3331/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3331/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver