Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3335/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X* iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.*977-ci il tarixində Ermənistan Respublikası Masis rayonunda doğulmasına dair akt qeydinin bərpa edilməsi, onun doğum akt qeydində ata adı qrafasında X3, milliyyəti azərbaycanlı, ana adı qrafasında X4 milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. O, xx.xx.*977-ci il tarixində ermənitan SSR Masis rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamə də orada verilmişdir. Naməlum şəraitə doğum haqqında şəhadətnamə itirilmişdir, hazırda məlum səbəblərdən sənədin dublikatını almaq mümkün deyildir. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi ona görə lazımdır ki vərəsəlik işinin aparılması və gələcəkdə vərəsəlik şəhadətnaməsi alınmasında istifadə ediləcəkdir. Əlavə olaraq qeyd edir ki, o, Azərbaycan Respublikasında yaşayır, valideynləri burada yaşamaqla bərabər Azərbaycan Respublikası vətəndaşlarıdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, ev * ünvanında qeydiyyatdadırlar. Şahid qismində məhkəmədə ifadələr verəcəkdirlər. Miras qalmış əmlakın sənədləşdirilməsi üçün doğum haqqında şəhadətnamənin alınması zərurəti vardır. Şəhadətnamənin verilməsindən qeydiyyat şöbəsi imtina etmişdir.
Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxs AR Ədliyyə Nazirliyi Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İş materialları
5. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*977-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur.
6. AZ-İ seriyalı, *45*26 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 09 fevral 2005-ci il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Hüseynova soyadı verilmişdir.
7. AR Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanan 0*.05.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa, və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ın *4-cü bəndinin tələbinə uyğun olaraq, VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda isə məhkəmə qətnaməsi əsasında bərpa edildiyi izah edilmişdir. Doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, ərizəçinin atasıdır. Ərizəçi doğum haqqında şəhadətnamə alınmışdır. Lakin daha sonra həmin şəhadətnamə itmişdir. O, *977-ci ildə anadan olmuşdur.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçinin anasıdır. Qızı doğum haqqında şəhadətnaməni itirmişdir. O, xx xxxxxx *977-ci il tarixdə anadan olmuşdur.
İşin faktiki halları
*0. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi onun doğum haqqında şəhadətnaməsinin olduğunu, lakin daha sonra həmin şəhadətnamənin itirildiyini bildirir. Hazırda doğum akt qeydinin bərpa edilməsini tələb edir və tələbinin əsası kimi işdə olan sənədlərə və şahid ifadələrinə əsaslanır.
Tətbiq edilən hüquq
**. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. Həmin Qərarda məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi
*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.*977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur və bu barədə doğum haqqında şəhadətnamə alınmışdır. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyini bildirir. Lakin məlum səbəblərə görə Ərizəçi öz ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüşdür və məlum səbəblərə görə arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir.
Məhkəmə xərcləri *6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə
*7. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmasına dair akt qeydi bərpa edilməli və Ərizəçi doğum akt qeydində ata adı qrafasında X3, milliyəti azərbaycanlı, ana adı qrafasında X4, milliyəti azərbaycanlı kimi qeyd edilməlidir. *8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmasına dair akt qeydi bərpa edilsin. Ərizəçi doğum akt qeydində ata adı qrafasında X3, milliyəti azərbaycanlı, ana adı qrafasında X4, milliyəti azərbaycanlı kimi qeyd edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.