Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3349/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Sopiyev Murazın iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin naturada real bölgüsünün aparılması” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən onun payına düşən mülkün (evin) və istifadələrində olan 2 otaq y/s-25, 11 kv.m hissəsinə uyğun payının naturada ayrılması, həmin mülkün (evin) payına düşən hissəsinə uyğun paylı mülkiyyətdən naturada ayrılması şəklində, bölgü sxeminin tərtib edilməsi və ona mülkiyyət hüququna dair ayrılıqda Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və ayrıca ünvanın verilməsini ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin 2 otaq, y/s-25.11 kv.m olan hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı etibarnamə üzrə nümayəndəsi Sopiyev Muraz məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 7, 27 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarış verilmişdir. Sözügedən evin Cavabdeh məxsus 2 otaq y/s-28,9 kv.m hissəsi Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarışla Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sözügedən evin iddiaçıya məxsus 2 otaq y/s-25,11 kv.m hissəsi Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli Çıxarışla İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Belə ki, iddiaçı öz mənzilinə sərbəst sərəncam verə bilmir, buna səbəb iddiaçının adına olan çıxarışda Cavabdeh adının qeyd olunmasıdır. İddiaçıya aid olan mənzil tam olaraq cavabdehin mənzilindən ayrıdır və qarşılıqlı heç bir otaq, sanuzel və mətbəx yoxdur. İddiaçı bununla bağlı Cavabdeh ilə razılıq yolu ilə problemi həll etməyə çalışsa da, bu mümkün olmamışdır. Cavabdehin adına olan və çıxarışda qeyd olunan 2 otaqdan ibarət yaşayış sahəsində, yəni, 28.9 kv.m olan mənzildə iddiaçının tanımadığı digər şəxslər qeydiyyatdadırlar. Mülkiyyətçinin harada yaşaması barədə isə onlardan heç bir məlumat ala bilmir. Bu isə bir çox hallarda mənzilin alqı-satqısı, ipoteka və girova qoyulmasında çətinlik yaradır. Buna görə də həmin paylı müllkiyyətin naturada ayrılmasına çox böyük ehtiyac yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının X6 daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 1, xx.xx.2012-ci il tarixdən mülkiyyət hüququ üzrə Cavabdeh adına 2 otaq, y/s-28.9 kv.m; 15 mart 2019-cu il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına 2 otaq, y/s -25.11 kv.m mülkiyyət hüququları üzrə adlarına 707 nömrəli reyestr kitabının 66336 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş yaşayış yeri haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 25 mart 1964-cü il təvəllüdlü X4, 01 fevral 2013-cü il təvəllüdlü X15, 17 dekabr 1971-ci il təvəllüdlü X7, 08 oktyabr 2016-cı il təvəllüdlü X8, 29 oktyabr 2014-cü il təvəllüdlü X11, 26 may 2006-cı il təvəllüdlü X10, xx xxx 1991-ci il təvəllüdlü Cavabdeh, 24 may 1993-cü il təvəllüdlü X9, 20 may 2010-cu il təvəllüdlü X21, 25 sentyabr 2012-ci il təvəllüdlü X16, 19 avqust 2011-ci il təvəllüdlü X22, 12 may 2010-cu il təvəllüdlü X12, 19 mart 1975-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının X6 daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 1 xx.xx.2012-ci il tarixdən mülkiyyət hüququ üzrə Cavabdeh adına 2 otaq (29.01 kv.m), 30 aprel 2018-ci il tarixdən mülkiyyət hüququ üzrə X2 adına 2 otaq mülkiyyət hüququları üzrə adlarına 707 nömrəli reyestr kitabının 66336 nömrəli vərəqində qeydiyyata alınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5297 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin 2 otaq, y/s-25.11 kv.m olan hissəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti Texniki X1 tələblərinə uyğun qaydada digər 2 yaşayış otaqlarından təcrid şəkildə naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Hazırda İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin 2 otaq, y/s-25.11 kv.m olan hissəsinin naturada ayrılması şəklində real bölgü aparılmasını xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş xx.xx.2022-ci il tarixli 10/5297 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5297 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış zamanı mənzilin iki hissəyə ayrılmış vəziyyətdə olduğu, təcrid şəkildə küçəyə açılan ayrıca iki ədəd giriş-cıxış qapısının olduğu, texniki pasportun göstəricilərinin faktiki vəziyyətə uyğun olduğu, mənzilin 13.07 kv.m və 12.04.kv.m yaşayış otaqlarının İddiaçı istifadəsində olduğu, 10.84 kv.m və 18.06 kv.m yaşayış otaqlarının isə X3 istifadəsində olduğu, hər iki tərəfin istifadəsində dəhliz, sanitar qovşağı və mətbəxin(cavabdeh mətbəxi dəhlizdə düzəltmişdir) olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin naturada real bölgüsünün aparılması” tələbinə dair iddia tələbi təmin olunmalıdır. Bundan başqa, iddia tələbi təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 (əlli) manat pul İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin (2 otaq, y/s- 25.11 kv.m olan hissəsi) ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3349/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3349/2022
28.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver