Məhkəmə qərarları › İş №2(010)-3364/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3364/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3364/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1953-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olması barədə hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi, milliyəti Azərbaycanlı, ata qrafasında X7, ana qrafasında X5 qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, X7 ilə X2 birgə nikahından xx.xx.1953-cü il tarixdə doğulmuşdur. Ermənistan Respublikasının Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olduğuna görə doğum haqqında şəhadətnamə həmin rayonda verilmiş, lakin məlum hadisələrlə bağlı Ermənistan Respublikasının Basarkeçər rayonunun, Böyük Məzrə kəndindən köçdüyü zaman itirmişdir. Doğum şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin doğum haqqında şəhadətnamənin Ermənistan Respublikası Basarkeçər rayonunun qeydiyyat söbəsi tərərfındən verildiyi üçün ona bildirmişdilər ki, məhkəməyə müraciət etmək lazımdır. Odur ki o, Ərizəçi xx.xx.1953-cti ildə Ermənistan Respublikası Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olması barədə hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi, milliyəti Azərbaycanlı, ata qrafasında X7, ana qrafasmda X5 qeyd edilməklə doğum akt qeydinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi həqiqətən də xx xxxxxxxx 1953-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olmuşdur. Ərizəçi atası X7, anası X3r və onların milliyyəti azərbaycanlıdır. İş materiallarına əlavə edilmiş İ-ЗЖ seriyalı 843082 №-li Doğum haqqında şəhadətnamədən görünür ki, X1 Əliməmməd Ağalar oğlunun qardaşıdır. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs 18 may 2021-ci il tarixli 500-05/75 №-li məktubundan görünür ki, Ərizəçi doğumunun doğum haqqında akt qeydinin bərpasına daur kifayət qədər sübut olmadığından qeydiyyat orqanı tərəfindən həyata keçirilməsi doğum haqqında akt qeydinin bərpasından imtina edilmiş və hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə də, məhkəmə araşıdrması müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxxxx 1953-ci ildə istan Respublikası Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olmuş və onun atası X7, anası X3r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"-ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin və onun xx xxxxxxxx 1953-cü ildə Ermənistan Respublikası,Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olması, miliyyəti azərbaycanlı , atasının X7 və anasının X5 olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, onun ərizəsi əsaslıdır və onun Xocavənd rayonunda tərtib edilmiş doğum haqqında akt qeydi bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin və onun xx xxxxxxxx 1953-cü ildə Ermənistan Respublikası,Basarkeçər rayonunun, Böyük Məzrə kəndində anadan olması, miliyyəti azərbaycanlı, atasının X7 və anasının X5 olması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Ərizəçi oğlunun doğum haqqında akt qeydinin bərpa edilməsi və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar