Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3371/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1B, mənzil 26, Yeni qaydalarla : AZ 1142 Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, giriş 27, m10, 1 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin Çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, məhəllə 2316, ev 1B, mənzil 26, Yeni qaydalarla : AZ 1142 Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, giriş 27, m10, 1 nömrəli mənzil İddiaçı ASC-nin mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin müstəsna aidiyyatla bağlı tələbindən göründüyü kimi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia ərizəsindən də aydın olduğu kimi iddiaçı məhz mülkiyyətində olan həmin mənzildən cavabdehin çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməklə mülki prosessual qanunvericiliyin müvafiq normasında nəzərdə tutulmuş - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmasını tələb etmiş olur. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə müstəsna aidiyyatla bağlı mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələbində qeyd olunan daşınmaz əmlakın yerləşdiyi yer üzrə rayon məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək olar. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3371/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3371/2024
14.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver