Məhkəmə qərarları › İş №2(010)-342/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-342/2023

19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-342/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin ona ayrılmasına dair və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilərək ərizənin məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət MPM-nin 269-cu maddəsində nəzərdə tutulan əsasların, yəni şikayətin əsaslı olub-olmadığı yoxlanılmadan apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 nömrəli,xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və mülki iş məhkəmə baxışına təyin olunmuşdur. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar inkişafı və ictimai birliyi tərəfindən xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsi ona ayrılmışdır. Artıq uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir. 2016-cı ilin may ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə ona çıxarışın və planölçünün verilməsini xahiş etmiş, lakin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi ona rədd cavabı verərkən, bildirmişlər ki, idarənin arxivində bağ sahəsinin ayrılmasına dair məlumat aşkar olunmamışdır. O, həmin DƏDRX-nin rədd cavabını mübahisələndirərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, sənədin arxiv məlumatı yoxdur, hətta sənədin əsli itirilmişdir. Məhkəmə iclasında DƏDRX-nin nümayəndəsi iddiaya qarşı şifahi etiraz verərək bildirmişdir ki, bağ sənədinin arxiv məlumatı olmadığı halda o, burada ümumi məhkəməyə bağ sənədinin bərpa edilməsi üçün bağ sahəsinin ayrılması və bağ sahəsindən istifadə edilməsi faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə də bununla razılaşmış və o da DƏDRX-nə qarşı iddia ərizəsini geri götürmüşdür. Sonradan Suraxanı rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri İHB Apparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləyə əsasən, Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin ona ayrılmasına və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 iyun 2017-ci il tarixli qərtnaməsinə əsasən, Bakı şəhəri İHB Apparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli 8114 saylı müqaviləsinə əsasən, Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin ona ayrılmasına və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt təsdiq edilmişdir. Uzun mübahisələrdən sonra Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin mühüm qərarına istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə sənədin arxiv məlumatının tapılması barədə iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə iddianı mümkünsüz saymışdır. Daha sonra sənədin bərpası barədə müraciət etsə də, arxiv məlumatı olmadığı təqdirdə, ərizəsi təmin edilməmişdir. Bu səbəbdən yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5318/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərizəsində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli 8114 saylı müqavilə əsasında Ərizəçi ayrılması və onun həmin bağ sahəsindən istifadə etməsi faktı təsdiq edilmişdir. İş materiallarında əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3803/2021 saylı xx.xx.2021-ci il tarixli qərardaddan müəyyən olunur ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5318/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4284/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Ərizəçi ona bağ sahəsinin ayrılıb-ayrılmamasını müvafiq inzibati orqana müraciət edərək müəyyən edə bilər. Həmin orqanın qərarından razı olmadığı halda inzibati məhkəmədə orqanın qərarını mübahisələndirmək hüququ vardır. Bağ sahəsindən istifadə etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi isə yalnız MPM-nin 307.2.6-cı maddəsinə görə yalnız bağ sahəsinə mülkiyyət hüququ üzrə mümkündür. Azərbaycan Respublikası MPM-nin 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı ərizə verildiyindən və həmin tələbə məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, ərizəçiyə bağ sahəsinin ayrılması və həmin bağ sahəsindən istifadə edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4284/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ayrılması və torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar