Məhkəmə qərarları › İş №2(010)-3425/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3425/2023

19.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3425/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hаkimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Suraxanı Ərazi İdarəsinə qarşı “mənzilə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə bаxаrаq, M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Suraxanı Ərazi İdarəsinə qarşı “mənzilə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən mənzilə dair çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmaq və bu barədə müvafiq sənədi (çıxarışı) təqdim etmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin səlahiyyətindədir ki, bu orqan inzibati orqandır. Ümumi məhkəmə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin isə inzibati orqanının üzərinə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması vəzifəsi qoymaq kimi bir səlahiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.*-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.*-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbi ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməli, onun bu müraciətinin təmin edilməsindən imtina edilərsə, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməli, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb etməlidir. Beləliklə, hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. *53.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə edilmiş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında iddiaçının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olan şəxslər kateqoriyasına aid olduğu müəyyən edilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi həm də dövlət rüsumu ödənilmədən verilmiş hesab edilir ki, bu da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *52.*.5-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in *53-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Suraxanı Ərazi İdarəsinə qarşı “mənzilə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbi ilə bağlı müvafiq inzibati orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı ərazi idarəsi) müraciət etməli, müraciətinin yerinə yetirilməsindən imtina edilərsə, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməli, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin həmin inzibati orqanın üzərinə qoyulmasını tələb etməlidir. İddiaçıya izah edilsin ki, məhkəmənin ərizəni qəbul etməkdən imtina etməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar