Məhkəmə qərarları › İş №2(010)-3427/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3427/2021

05.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3427/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1 Qasımovun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı payların müəyyənləşdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 297.8 kv.m olan fərdi yaşayış evininin üzərində 1/2 hissədə hər birinin payının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın' Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətreyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 297.8 kv.m olan fərdi yaşayış evi onun və bacısı- Cavabdeh birgə mülkiyyətindədir. Mübahisəli fərdi yaşayış evi 5 otaqdan ibarətdir. Onlar birgə mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər. Hal-hazırda fərdi yaşayış evindən birgə istifadə etmək mümkün deyil. Birgə mülkiyyətdən mülkiyyətə tənasübsüz zərər vurmadan ayrılmaq mümkün deyildir. Sözügedən ev bacısi ilə onun birgə aldığı ümumi sahəsi 4 sot olan torpaq sahəsində tikilib. Ev faktiki olaraq iki girişdən ibarətdir, hər birinin ayrıca həyəti vardır. Odur ki o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbləri ilə razılaşaraq iddiaçının tələb etdiyi qaydada bölünməsinə razı olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın' Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1459194№-li Çıxarışın sürətinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 297.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh və cavabdeh İddiaçı qızının birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1.-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan və cavabdeh tərəfindən tam etiraf edildiyindən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 297.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh və İddiaçı birgə mülkiyyəti hesab edisin və həmin mənzil üzərində paylar aşağıdakı qaydada müəyyən edilsin: İddiaçı 1/2 pay, Cavabdeh- 1/2 pay. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar