Məhkəmə qərarları › İş №2(010)-3427/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3427/2023

11.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3427/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı, onun nümayənədəsi (vəkili) Vəkil2 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil* iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri *54 saylı tam orta məktəbinə (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*3 Xidməti) qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı cavabdeh Bakı şəhəri *54 saylı tam orta məktəbinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhər *54 saylı tam orta məktəbinin *9.05.2023-cü il tarixli əmrinin ləğv edilməsi, *9.05.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi, 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “20*9-cu il tarixdən Bakı şəhəri *54 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişəm. Bakı şəhəri *54 saylı tam orta məktəbin direktoru Mahru Rəcəbovanın *9.05.2023-cü il tarixli əmri ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Mən Bakı şəhəri *54 saylı tam orta məktəbin direktorunun *9.05.2023-cü il tarixli əmrini qanunsuz hesab edirəm. Hesab edirəm ki, mənimlə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, məktəbin direktoru Mahru Rəcəbova vəzifəyə təyin edildikdən sonra mənə qarşı müxtəlif təzyiqlər olurdu, məni uzaqlaşdırmaq istəyirdi. Məni kollektiv içində nüfuzdan salmağa çalışaraq, “kolxoz” deyə çağırırdı. Mən işlədiyim müddətdə heç bir inzibati tənbeh almamışdım. Lakin işdən çıxarmaq üçün əsassız olaraq direktor tərəfindən mənə bir gündə üç dəfə töhmət verilib. Məndən heç bir izahat almadılar. Əmək müqaviləsinə xitam verilərkən rayon Həmkarlar Təşkilatına müraciət olunmamışdır. Bu barədə ATİAHİ Suraxanı rayon Komitəsinin sədri F.Ə.Həsənovun xx.xx.2023-cü il tarixli məktubunu ərizəmə əlavə edirəm. Mənim əmrim *9.05.2023-cü il tarixdə yazılsa da, mən may ayının 23-dək işdə olmuşam. Tabeldə imza etmişəm. Lakin tabel kitabının son vərəqi cırılaraq yenidən yazılmış, mənim 3 gün işdə olmağım göstərilmiş və mənim və işçilərin əvəzinə özləri imza ediblər. Məni işdən çıxarsalar da, mən bu günə kimi əmək kitabçamı və işdənçıxma əmrimi ala bilməmişəm. Mən 3-cü dərəcə əliləm. Uşağıma görə ayda 220 manat aliment ödəyirəm. Eyni zamanda kirayədə yaşayıram. X*6 Bakı *6 saylı Mediasiya Təşkilatına *9.06.2023-cü il tarixdə müraciət etmişəm. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Mediasiya xərcləri mənim tərəfimdən ödənilmişdir. Arayışı götürən kimi *3 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 20*9-cu ildən 2023cü ilədək *54 saylı tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmiş, yay aylarında direktor vəzifəsini icra etmişdir. Mahru xanım 2022-ci ildə məktəbə direktor müavini vəzifəsinə təyin edilmişdir. O, müavin vəzifəsində işləyən zaman guya işçilərin işə gəlməməsi və onların əmək haqlarının mənimsənilməsi ilə bağlı məktəbin o vaxtkı direktoru Əli Əliyev və onun barəsində korrupsiya idarəsinə şikayət etmişdir. Lakin yoxlama zamanı bu halların heç biri təsdiqini tapmamışdır. Bundan sonra direktor öz xahişi ilə işdən azad olunmuşdur. Mahru xanım direktor vəzifəsinə təyin olunduğu günün səhəri ona öz ərizəsi ilə işdən çıxmağı təklif etmiş, əks halda onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracağını bildirmişdir. O isə buna etiraz etmişdir. Bundan sonra bu ilin may ayında direktor onun xəbəri olmadan ona üç dəfə töhmət vermişdir. O, direktordan heç bir xəbər vermədən ona necə töhmət verə bilməsini soruşub müvafiq əmrlərin surətini tələb etdikdə direktor bundan imtina etmişdir. May ayının *8, *9 və 22-si tarixlərində işdə olub tabelə imza çəksə də, 23 mayda tabelə imza çəkərkən tabelin həmin tarixlər olan hissəsinin cırıldığını, yeni səhifə yazıldığını, həmin səhifəyə işçilər adından saxta imzalar çəkildiyini, onun adının qarşısının isə boş saxlanıldığını görmüş, bundan sonra həmin səhifənin şəklini çəkmişdir. Sonradan digər işçilərdən soruşduqda onlar tabelə sonradan çəkilmiş imzaların özlərinə aid olmadığını bildirmişlər. O, bu barədə direktordan soruşduqda o, guya səhifənin üzərinə çay töküldüyünü, bu səbəbdən səhifəni cırdığını və yeni səhifəni işçilərin əvəzinə özünün imzaladığını qəbul etmişdir. Bunu işçilər məhkəmədə də təsdiq edə bilərlər. Bundan əlavə, o, məktəbdə işçilərin işə vaxtında gəlib tabelə imza çəkmələrinə nəzarət etsə də, məktəbin direktorundan icazə alıb işdən getmiş işçilərin işdə olub-olmamasına nəzarət etmək onun yox, direktorun səlahiyyətində olduğundan buna müdaxilə edə bilməzdi. Məktəbdə inventarların əskik gəlməsi ilə bağlı tərtib edilmiş akta münasibətdə qeyd edir ki, ilk növbədə, məktəbin təsərrüfat müdiri olduğundan inventarların yerində olub-olmamasının yoxlanılması zamanı onun iştirakının təmin edilməsi zəruri olsa da, onun belə bir yoxlama aparıldığından və akt tərtib edildiyindən xəbəri olmamışdır. İki ədəd kompüterin olmaması ilə bağlı aktı ona görə imzalamışdır ki, yoxlama zamanı həqiqətən də həmin kompüterlərin olmadığı aşkar olunmuşdur. Lakin məsələ burasındadır ki, bu kompüterlər təhvil-təslim aktı və inventarların siyahısı üzrə müəllimlərə təhvil verilmiş, bunu təsdiq edən qaimə tərtib edilmişdir. Buna baxmayaraq direktor onun xəbəri olmadan bütün kompüterləri yığıb siyahı tərtib etmişdir. Halbuki həmin inventarları yoxlamaq üçün onlar siyahı üzrə təhvil verildiyi kimi siyahı üzrə təhvil alınmalıdır. Məsələn, əvvəlcə hər birinin qiyməti 2000 manat olan iki ədəd elektron qələmin əskik olduğu iddia olunmuşdur. O, həmin qələmləri rəsmi qaydada təhvil almış şəxsdən israrlı şəkildə tələb etdikdən sonra məsələ həll olunmuşdur. Eynilə kompüterlərin təhvil veriməsi barədə də imzalı siyahı mövcuddur. Həmin siyahının şəklini özü telefonuna çəkmişdir. Yəni bu kompüterlər siyahı üzrə təhvil verilən şəxslərdən geri tələb edilə bilərdi. Lakin direktor bunu etmədən birbaşa yoxlama aparmışdır. Bundan əlavə, məktəbin Həmkarlar Komitəsinin sədri Raviyya xanım ona bildirmişdir ki, məktəbin direktoru ona zəng edərək onun (iddiaçının) barəsində pis rəy verilməsini tələb etsə də, Raviyya xanım bundan imtina etmişdir. Direktorun onu işdən çıxartmaq üçün etdiyi bütün bu hərəkətlərinin əsas səbəbi eşitdiyinə görə onun yerinə öz adamını təyin etmək istəyidir. Halbuki direktorun özü onun (iddiaçının) vasitəsi və xahişi ilə həmin məktəbə işə düzəlmişdir. Hesab edir ki, onun işdən çıxarılması qanunsuz olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayənədəsi (vəkili) Vəkil2 iddianı müdafə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil* iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya bir ay ərzində üç dəfə töhmət verilsə də, onun işdən çıxarılma səbəbi töhmət alması yox, Bakı şəhər Təhsil İdarəsinin *9.04.2023 tarixli, 2- *293/2023 saylı məktubu olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş həmin məktubda əmək fəaliyyətində kobud nöqsanlara yol verdiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi barədə göstəriş verildiyi qeyd olunmuşdur. Cavabdeh məktəbin direktoru da bunu əsas götürərək, iddaçının işdən çıxarılması barədə əmr imzalamışdır. Bu zaman məktəbin Həmkarlar Komitəsinə rəy vermək üçün müraciət edilməsi iş materialları ilə təsdiq olunur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

6. Üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*3 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Azərbaycan Təhsil İşçiləri X*7 Suraxanı Rayon Komitəsinin xx.xx.2023-cü il tarixli, 3* nömrəli məktubundan görünür ki, Bakı şəhəri *54 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmiş, bu zaman rayon həmkarlar təşkilatına rəsmi müraciət olunmamışdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, təyinatın tarixi 07.05.202*-ci il olmaqla, ümumi xəstəlik səbəbindən İddiaçı üçüncü dərəcəli əlillik olduğu müəyyən edilmiş, yüngül işlərdə işləyə biləcəyi qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *54 saylı tam orta məktəbə ünvanlanmış *9.04.2023-cü il tarixli, 3- 29-59/2-*293/2023 saylı məktubdan görünür ki, məktəbdə aparılan monitorinq zamanı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçilər L.Yusupova, O.Quliyeva, L.Mansurova, S.Hacıyeva, S.Kazımova, T.Qarayeva, Ü.Babayevanın müxtəlif vaxtlarda işə gəlmədikləri halda İddiaçı tərəfindən rəsmi sənəd olan iş vaxtının uçotu tabellərinə daxil olmuş məlumatlara əsasən, onların hər birinə əmək haqqı hesablanmış, bununla da müəssisənin normal işinə mənfi təsir göstərilmiş və maddi ziyan vurulmuşdur. Bu səbəbdən əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilməsi barədə tapşırıq verilmişdir. *0. Bakı şəhəri *54 saylı tam orta məktəbin direktoryanı müşavirəsinin xx.xx.2023-cü il tarixli, 4 №-li protokolundan görünür ki, kommunal xidmətlərin faktura sənədi, yanğına görə məhsulların aktı, texniki işçilər arasında vəzifə bölgüsünün sənədləşməsi, eyni zamanda adları qeyd olunan sənədlərin 2022/2023-cü tədris illəri ərazində yazılmaması: azqiymətli materialların qeydiyyat kitabı, əsas vəsait və mebellərin alınması kitabı, bina və elektrik avadanlıqlarının uçotu kitabının olmaması səbəbindən *54 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı töhmət elan edilməsi, bu hal təkrarlanarsa, ona şiddətli töhmət elan edilməsi qərara alınmışdır. **. Bakı şəhəri *54 saylı tam orta məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən X6, kimya müəllimi X2, informatika müəllimi X*0, informatika laborantı X8 və fizika laborantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı kommunal xidmətlərin faktura sənədi, yanğına görə məhsulların aktı, texniki işçilər arasında vəzifə bölgüsünün sənədləşməsi, eyni zamanda adları qeyd olunan sənədlərin 2022/2023-cü tədris illəri ərazində yazılmaması: azqiymətli materialların qeydiyyat kitabı, əsas vəsaitlərin ucuz qiymətli və tez istifadə olunan malların silinmə aktı və məktəb balansının mədaxil və balansdan məxaric olan inventarların uçotu barədə sənədləri aşkar olunmamışdır. *2. Bakı şəhəri *54 saylı tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, *9 №-li əmrdən görünür ki, Pedoqoji Şuranın xx.xx.2023-cü il tarixli, 4 nömrəli protokoluna əsasən, *54 №li tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbdaxili yoxlama zamanı sənədləri qaydasında olmadığına görə töhmət verilmişdir. *3. Bakı şəhəri *54 saylı tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli, 20 №-li əmrdən görünür ki, Pedoqoji Şuranın xx.xx.2023-cü il tarixli, 5 nömrəli protokoluna əsasən, *54 №li tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı iş vaxtında iş yerini icazəsiz və səbəbsiz tərk etdiyinə görə töhmət verilmişdir. *4. Bakı şəhəri *54 saylı tam orta məktəb üzrə *7.05.2023-cü il tarixli, 22 №-li əmrdən görünür ki, Pedoqoji Şuranın *6.05.2023-cü il tarixli, 6 №-li protokoluna əsasən, *54 №-li tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı iş vaxtında iş yerini növbəti dəfə icazəsiz və səbəbsiz tərk etdiyinə görə şiddətli töhmət verilmişdir. *5. Bakı şəhəri *54 saylı tam orta məktəbin direktoru X6, fizika laborantı X7, informatika laborantı X8, kiçik texniki işçisi X** və dalandarı X4 tərəfindən tərtib edilmiş *2.05.2023-cü il tarixli aktdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı *2.05.2023-cü il tarixində rəhbərliyin etirazına baxmayaraq, malların təsərrüfatda daxili yerdəyişməsi qaimə fakturasını 97 nömrəli tam orta məktəbin möhürü vurulmuş halda imzalamış və malları qəbul etməkdə israrlı olmuşdur. *6. Bakı şəhəri *54 saylı tam orta məktəbin direktoru X6, fizika laborantı X7, informatika laborantı X8, kiçik texniki işçisi X** və dalandarı X4 tərəfindən tərtib edilmiş *6.05.2023-cü il tarixli aktdan görünür ki, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan İddiaçı *6.05.2023-cü il tarixində müdiriyyətə heç bir məlumat vermədən qeyd olunan müddətdə iş yerini tərk etmişdir. *7. Bakı şəhəri *54 saylı tam orta məktəbin direktoru X6 tərəfindən məktəbin HİK-nin sədri X3 ünvanlanmış *2.05.2023-cü il tarixli müraciətdən görünür ki, İddiaçı əmək funksiyalarının icrası ilə bağlı yol verdiyi pozuntulara, eləcə də Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *54 №-li tam orta məktəbə ünvanlanmış *9.04.2023-cü il tarixli, 3-29-59/2-*293/2023 nömrəli məktuba əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi qərarına gəlindiyi bildirilmiş, məktəbin həmkarlar komitəsi olaraq müraciətin araşdırılıb münasibət bildirilməsi tələb edilmişdir. *8. Bakı şəhəri *54 saylı tam orta məktəb üzrə *8.05.2023-cü il tarixli, * №-li əmrdən görünür ki, BŞTİ-nin *9.04.2023-cü il tarixli, 3-29-59/2-*293/2023 №-li məktubuna əsasən, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi rəhbər tutularaq, *8.05.2023-cü il tarixdən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

İşin faktiki halları.

*9. İddiaçı Bakı şəhəri *54 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

20. Həmin məktəbin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əmrləri ilə İddiaçı müvafiq olaraq məktəbdaxili yoxlama zamanı sənədlər qaydasında olmadığı və iş vaxtında iş yerini icazəsiz və səbəbsiz tərk etdiyi üçün töhmət; *7.05.2023-cü il tarixli əmri ilə iş vaxtında iş yerini növbəti dəfə icazəsiz və səbəbsiz tərk etdiyi üçün şiddətli töhmət verilmişdir. 2*. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *54 saylı tam orta məktəbinə *9.04.2023-cü il tarixli məktubla müraciət edilərək, məktəbdə aparılan monitorinq zamanı bir sıra nöqsanların aşkar edildiyi, İddiaçı vəzifə səlahiyyətlərindən suiistifadə etdiyi, uçot tabellərinə daxil edilmiş məlumatlara əsasən işə gəlməyən bir sıra işçilərə əmək haqqı hesablanmasına səbəb olduğu, bununla da müəssisənin normal işinə mənfi təsir göstərdiyi, maddi ziyan vurduğu qeyd edilmiş, qeyd edilənlərə əsasən əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçılə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi xahiş edilmişdir.

22. Məktəbin *8.05.2023-cü il tarixli əmri ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *54 saylı tam orta məktəbinə ünvanlanmış *9.04.2023-cü il tarixli məktub əsas tutularaq, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən *8.05.2023-cü il tarixdən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları. *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar. *. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə *86. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri. *. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə *87. İntizam tənbehinin verilməsi qaydaları. *. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə *89. İntizam tənbehinin verilməsi şərtləri.

3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri. *. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

25. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri *54 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin *8.05.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsasla (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

26. Əmək müqaviləsinin ləğv edilməsinə dair *8.05.2023-cü il tarixli əmrdə bu əmrin əsası kimi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *54 saylı tam orta məktəbinə ünvanlanmış *9.04.2023-cü il tarixli məktuba istinad edilmişdir. Hansı ki, həmin məktubda məktəbdə aparılan monitorinq zamanı bir sıra nöqsanların aşkar edildiyi, İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, uçot tabellərinə daxil edilmiş məlumatlara əsasən işə gəlməyən bir sıra işçilərə əmək haqqı hesablanmasına səbəb olduğu, bununla da müəssisənin normal işinə mənfi təsir göstərdiyi, maddi ziyan vurduğu qeyd edilmiş, qeyd edilənlərə əsasən əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçılə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilməsi xahiş edilmişdir.

27. Məktəb tərəfindən məhz bu məktuba istinadla İddiaçılə bağlanmış əmək müqaviləsi ləğv edilsə də, ləğvetmə proseduru heç də məktubda qeyd edildiyi kimi qanunvericiliyə uyğun olmamışdır. Belə ki, yuxarıda (§ 23) istinad edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci bəndində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin ikinci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

28. Hazırkı işdən isə görünür ki, cavabdeh məktəb tərəfindən bu qaydaya düzgün riayət edilmədən iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri *54 saylı tam orta məktəbin direktoru tərəfindən məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış *2.05.2023-cü il tarixli müraciətdən görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı işini vaxtında və obyektiv icra etmədiyi, 202*-ci ildən etibarən heç bir sənədləşmə işi aparılmadığı, *2.05.2023-cü il tarixdə rəhbərliyin etirazına baxmayaraq malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturasını 97 nömrəli tam orta məktəbin möhürü vurulmuş halda imzaladığı və malları qəbul etməkdə israrlı olduğu, iş vaxtı ərzində heç bir açıqlama vermədən mütəmadi olaraq iş yerini tərk etdiyi, eyni zamanda Bakı şəhəri üzrə Təhsil İdarəsinin *9.04.2023-cü il tarixli, 3-29-59/2-*293/2023 nömrəli məktubu rəhbər tutularaq İddiaçı işinin araşdırıldığı, öhdəliyində olan inventarlarda əskikgəlmə aşkarlandığı, bu səbəbdən İddiaçılə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərarına gəlindiyi bildirilmiş, məktubla bağlı Məktəb Həmkarlar Komitəsinin araşdırma aparması və məsələyə münasibət bildirməsi tələb edilmişdir.

29. Məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş bu “müraciət” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsində müəyyən edilmiş imperativ qaydaya riayət edildiyi nəticəsinə gəlməyə imkan vermir. İlk növbədə, bu müraciətin həqiqətən *2.05.2023-cü il tarixdə məktəbin Həmkarlar İttifaqı Komitəsinə göndərildiyini və Komitə tərəfindən qəbul edildiyini göstərən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.

30. Bundan əlavə, müraciətdə qeyd edilmişdir ki, İddiaçı iş vaxtı ərzində heç bir açıqlama vermədən mütəmadi olaraq iş yerini tərk edir. Halbuki iş materiallarından görünür ki, iş vaxtında iş yerini icazəsiz və səbəbsiz tərk etməsi əsası ilə İddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə töhmət verilmiş, *6.05.2023-cü il tarixdə onun heç bir məlumat vermədən iş yerini tərk etməsi barədə həmin tarixli akt tərtib edilmiş, bu əsasla ona iş vaxtını və yerini növbəti dəfə icazəsiz və səbəbsiz yerə tərk etdiyi üçün *7.05.2023-cü il tarixdə şiddətli töhmət verilmişdir. Belə görünür ki, məktəbin direktoru tərəfindən məktəbin Həmkarlar İttifaqı Komitəsinə müraciət edildiyi *2.05.2023-cü il tarixdə İddiaçı iş yerini hələ bir dəfə - xx.xx.2023-cü il tarixdə icazəsiz və səbəbsiz yerə tərk etmişdi. Buna baxmayaraq məktubda işçinin mütəmadi olaraq iş yerini tərk etməsi halına istinad edilmişdir ki, bu da sözügedən müraciətin məhz *2.05.2023-cü il tarixdə Komitəyə təqdim edildiyini təsdiq edən mötəbər sübutların yoxluğunda müraciətin sonradan (ən azından iş yerini növbəti dəfə tərk etməyə görə şiddətli töhmətin verildiyi *7.05.2023-cü il tarixdən sonra) tərtib edilməsi ilə bağlı əsaslı şübhə yaradır. 3*. Hər bir halda məhkəmə qeyd edir ki, sözügedən müraciət həqiqətən *2.05.2023cü il tarixdə Komitəyə təqdim edilmiş olsa belə, Komitə tərəfindən bu müraciət əsasında yazılı qərar verilmədən, bu qərarın verilməsi üçün qanunla müəyyən edilmiş *0 günlük müddət belə gözlənilmədən işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsi *8.05.2023-cü il tarixdə ləğv edilmiş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsi ilə müəyyən edilmiş imperativ tələbə riayət edilməmişdir.

32. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsi barədə *8.05.2023-cü il tarixli əmrdə əmrin əsası kimi yalnız Bakı şəhəri üzrə Təhsil İdarəsinin *9.04.2023-cü il tarixli məktubuna istinad edilmişdir. Yəni sənədlərin qaydasında olmaması və iş yerini tərk etdiyinə görə töhmət və şiddətli töhmətlər, bu töhmətlərin tətbiqi üçün əsas olmuş müvafiq aktlar İddiaçılə olan əmək müqaviləsinin ləğvi üçün əsas təşkil etməmiş, işəgötürən yalnız Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubuna əsas kimi istinad edərək əmək müqaviləsini ləğv etmişdir.

33. Məhkəmə isə hesab edir ki, yalnız bu məktub məktəblə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsas təşkil edə bilməzdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin konkret şərtləri həmin Məcəllənin 7*-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur: işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

34. Göründüyü kimi, tabe olunan inzibati orqanın bu barədə göstəriş verməsi (məktubda qeyd edildiyi şəkildə “tapşırması”) işçi ilə olan əmək müqaviləsinin ləğvi üçün mütləq əsas deyil. Əgər işəgötürən məktubda İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı qeyd edilənləri əsas götürərək işçi ilə olan əmək müqaviləsini ləğv etmişdirsə, məhkəməyə cavabdeh İddiaçı işçi kimi Əmək Məcəlləsinin 7*-ci maddəsinin 2ci bəndində nəzərdə tutulmuş pozuntuları törətməsini təsdiq edən mötəbər sübutları təqdim etməli idi. Məhkəmə təkrar qeyd edir ki, işəgötürən məktəbin tabe olduğu idarənin məktubu təklikdə işçinin belə bir pozuntu törətməsini təsdiq edən mötəbər sübut hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə məktəbin digər işçiləri tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə verilmiş izahatların surətləri təqdim edilsə də, bu izahatların heç birində məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsindən bəhs edilməmiş, ümumiyyətlə bu izahatlarda onun adı birbaşa və ya dolayı yolla çəkilməmiş, izahatların mətni ancaq məktəbin keçmiş direktoru Əli Əliyevin fəaliyyəti/fəaliyyətsizliyi ilə bağlı olmuşdur. Hansı ki, həmin şəxs artıq məktəbin direktoru deyil və hazırda məktəbə yeni direktor təyin edilmişdir.

35. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Bakı şəhəri *54 saylı orta məktəbin *8.05.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi qanunsuz olmuşdur və həmin əmr ləğv edilməlidir. Həmçinin İddiaçı qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla işdən çıxarıldığından məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə bərpa edilməlidir.

Məhkəmə xərcləri.

36. İddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmiş, Bakı şəhəri *54 №-li orta məktəbin nümayəndəsi sessiyada iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış, 50 manat məbləğində mediasiya xərcini iddiaçı ödəmiş, həmçinin iddia tələbində həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

37. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri *54 saylı tam orta məktəbin *8.05.2023-cü il tarixli, 23 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Bakı şəhər *54 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməli, 50 manat məbləğində mediasiya xərci cavabdeh Bakı şəhər *54 saylı tam orta məktəbdən tutularaq İddiaçı ödənilməlidir.

39. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Bakı şəhəri *54 saylı tam orta məktəbin *8.05.2023-cü il tarixli, 23 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Bakı şəhər *54 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh Bakı şəhər *54 saylı tam orta məktəbdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar