Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3436/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.*954-cü il tarixdə Tovuz rayonunun Çirkinli kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi *954-cü ildə * may tarixində Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. Bu barədə ona Tovuz rayonunun Çirkinli icra nümayəndəliyində 04.05.*954-cü il tarixdə *7 nömrəli akt qeydi əsasında 28.05.*954-cü il tarixli İJ №*47298 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Zərurətlə əlaqədar həmin şəhadətnamənin əsaslandığı doğum akt qeydi araşdırılarkən müəyyən olunmuşdur ki, akt qeydi yoxdur və məlum olmuşdur ki, qeydiyyat kitabındakı eyni nömrəli qeyd onun doğum qeydi deyil, başqa şəxsə (şəxslərə) aid fərqli bir qeyddir. O, ailə üzvləri ilə qohumluq əlaqəsini sübut etmək lazım gəldikdə, notariat kontorlarında şəxsiyyət vəsiqəsi ilə hər hansı bir əməliyyat aparmaq istədikdə və digər məsələlərdə doğum haqqında şəhadətnaməsindəki məlumatlar sistemdə başqa adamın adına çıxdığına görə lazım olan əməliyyatı həyata keçirə bilmir. Uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğumu haqda akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ona doğum haqqında akt qeydinin bərpa olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, qeydiyyat kitabındakı *7 saylı akt qeydinin nəzərdən keçirildiyi və həmin akt qeydinin başqa şəxsin adına tərtib edildiyi, həmçinin həmin vətəndaşın *47298 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin olunduğu qeyd olunmuşdur. Həmin məktubda əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”nə daxil edilmiş məlumatlar nəzərdən keçirilmiş və onun doğumu haqda hər hansı məlumat aşkar olunmamışdır. Cavab məktubunda doğumu haqqında akt qeydinin bərpası Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən mümkün olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət etməyi ona tövsiyə olunmuşdur. Göründüyü kimi, məsələnin məhkəmədənkənar yolla həllinə çalışsa da hüquqları təmin olunmamışdır və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci, 307.*-ci, 308-ci və 309-cu maddələrinə, həmçinin Ailə Məcəlləsinin *62-ci maddəsinin *-ci və 2-ci bəndlərinə əsaslanaraq məhkəmədən xx.xx.*954-cü il tarixdə Tovuz rayonunun Çirkinli kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizədə qeyd edilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və *5.*0.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X8 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi onun böyük bacısıdır və Ərizəçi xx.xx.*954-cü ildə Azərbaycan Respublikası Tovuz rayonunda anadan olmuşdur. Onlar ailədə beş uşaq olmuşlar. Ərizəçi doğum haqqında şəhadətnamə verilsə də, sonradan sistemdə həmin doğum akt qeydinin Ərizəçi məxsus olmadığı müəyyən olunmuşdur. Onun anası X5, atası isə X7r. X4 əvvəlki məhkəmə iclasında eyni məzmunlu izahat verərək bildirmişdir ki, Ərizəçi onun əmisi qızıdır. O, xx.xx.*954-cü ildə Azərbaycan Respublikası Tovuz rayonunda anadan olmuşdur. Onun anası X5, atası isə X7r. İş materiallarına əlavə edilmiş Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş *4 dekabr 202*-ci il tarixli 274 saylı Arayışa əsasən xx.xx.*954-cü il təvəllüdlü Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Tovuz rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan və Tovuz rayon və Çeşməli kənd icra nümayəndəliyi üzrə *95*-*957-ci illərə dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Tovuz rayonunun Çirkinli kənd Sovetinin verdiyi 28 may *954-cü il tarixli, İJ *47298 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*954-cü il tarixdə Tovuz rayonunun Çirkinli kəndində doğulmuşdur, anası X2, atası isə X7r. İş materiallarına əlavə edilmiş Tovuz rayon Dövlət Arxivi tərəfindən verilmiş *4.09.2022-ci il tarixli *60 saylı cavab məktubundan müəyyən olunur ki, Çeşməli kənd ZDS İcraiyyə Komitəsinin sənədləri *960-cı il tarixə kimi Tovuz rayon dövlət arxivinə təhvil verilməmişdir və bu əsasdan Ərizəçi *954-cü ildə * may tarixində doğulmasının qeydə alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surətini göndərmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Tovuz rayon İHB-nin Çeşməli kənd İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş *6 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, *954-cü illəri əhatə edən bütün sənədlər Tovuz rayon qeydiyyat şöbəsinə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Tovuz rayonu X*7 Soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, *0.05.*96*-ci il X* Mənzər Xanəndə qızı arasında nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Tovuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** 27.0*.*996-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Tovuz rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 *6.08.2007-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinəəsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.*954-cü il tarixdə Tovuz rayonunun Çirkinli (indiki Çeşməli) kəndində doğulması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*954-cü il tarixdə Tovuz rayonunun Çirkinli (indiki Çeşməli) kəndində doğulması faktı müəyyən edilsin. Doğum akt qeydində soyadı “Məmmədova”, adı “Svetlana”, ata adı “Naib” qızı, doğum tarixi “xx.xx.*954-cü il”, doğulduğu yeri “Azərbaycan Respublikası Tovuz rayonu Çirkinli (indiki Çeşməli) kəndi”, ata qrafasında “X**”, onun milliyyəti “Azərbaycanlı”, ana qrafasında “X3”, onun milliyyəti “Azərbaycanlı” kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3436/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3436/2022
19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver