Məhkəmə qərarları › İş №2(010)-346/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-346/2023

23.02.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-346/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs AR Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi “fiziki şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası *4 sentyabr *952-ci il təvəllüdlü X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxx *988-ci il tarixdə, atası X7 *4 sentyabr *952-ci ildə və anası X* 07 sentyabr *959-cu il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası və anası 07 may *982-ci il tarixdə Türkmənistanın Aşqabad şəhərində rəsmi nikaha daxil olmuşdurlar. Daha sonra Bakıya gələrək burada yaşamışdırlar. Atası *998-ci ilə qədər onlarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor yaşayış sahəsi, 8-ci sırada yerləşən 24 nömrəli evdə yaşamışdır. Birgə yaşadıqları müddətdə atası Türkmənistana işləmək üçün gedib gəlirdi. Sonuncu dəfə atası oraya evi satmaq məqsədilə *998-ci ildə getmişdir. Getdikdən sonra cəmi bir dəfə telefon vasitəsilə anasına zəng edərək tez bir zamanda evi satıb Bakıya qayıdacağını bildirsə də, o vaxtdan bəri ondan məlumat ala bilməmişdirlər. Cəmi * dəfə uzq qohumu atasının 20*3-cü ildə öldüyünü və Türkmənistanda dəfn edildiyini desə də, sonradan o faktı dəqiqləşdirə bilməmişdirlər. Hazırda bir sıra daşınmaz əmlaklarla bağlı əqdlərin bağlanmasında, alqısatqının reallaşdırılmasında atasının da razılığı tələb olunur. Binəqədi rayonu, Xutor yaşayış sahəsi, 8-ci sırada yerləşən 24 nömrəli evi sənədləşdirmək istəsələr də, atanın razılı tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs AR Daxili İşlər Nazirliyinin nümayəndəsi X6 bildirdi ki, araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də, *4 sentyabr *952-ci il tarixdə Şamaxı şəhərində X7 adlı şəxs anadan olmuşdur. Lakin həmin şəxsin *998-ci il tarixdə ölkə hüdudlarını tərk etməsi qeyd edildiyindən və onun ölkəni tərk etməsi bu barədə məlumatların əks olunduğu sistemin yaranmasından əvvələ təsadüf etdiyindən onun ölkə hüdudlarını tərk etməsi ilə bağlı məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd etdi ki, təmsil etdiyi qurum ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: - AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*988-ci il tarixdə anadan olmuşdur. - AR Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin məhkəməyə təqdim edilmiş *3.*2.2022-ci il tarixli, 9/5335 nömrəli məktubundan görünür ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən X7 barəsində axtarış elan edilməmişdir. - AR Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə təqdim edilmiş *9.*2.2022-ci il tarixli, *6/**7*6 nömrəli məktubundan görünür ki, X5 “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə müəyyən olunmadığından, barəsində müvafiq çıxarışların göndərilməsi mümkün olmamışdır. - AR Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin məhkəməyə təqdim edilmiş 22.*2.2022-ci il tarixli, 004/*6-*5*80-*222 nömrəli məktubundan görünür ki, *4.09.*952-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 İşlər Nazirliyinin müvafiq uçotları üzrə yoxlanılarkən AR ərazisində təqsirləndirilən, eləcə də xəbərsiz itkin düşmüş şəxs qismində axtarışı barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, *4 sentyabr *952-ci il təvəllüdlü X7 barədə məlumat verilməsi ilə bağlı müvafiq orqanlara sorğu əsasında müraciət edilməsinə baxmayaraq, onun barəsində hər hansı bir məlumat əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi yuxarıda yuxarıda qeyd edilən norma iki müstəqil əsas nəzərdə tutmuşdur. Şəxsin həyat üçün təhlükəli şəraitdə itkin düşməsi halında ölmüş elan edilmə və şəxsin harada olması barədə 5 il ərzində məlumatın olmaması şəraitində. İkinci halda, qanunverici itkin düşmə şəraitini nəzərə alaraq, ölmüş elan edilmə üçün daha qısa müddət nəzərdə tutmuşdur. Bu əsaslardan hər hansı biri müstəqil şəkildə mövcud olarsa, şəxs məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Hazırkı işdə birinci halın mövcud olması müəyyən edilir. Belə ki, şəxs uzun illər əvvəl, ərizəçinin deməsinə görə *998-ci ildə ölkəni tərk edib getmiş və bir daha geri qayıtmamışdır. İş üzrə verilən sorğuların cavabları da ərizənin dəlillərinə tənqidi yanaşılması üçün əsas vermir. Çünki, barəsində ərizə verilən şəxsin göstərilən tarixdə anadan olması, Azərbaycan Respublikasında ailəsinin olması və daimi yşaaması müəyyən edilir, eyni zamanda isə onun *988-ci ildən sonra Azərbaycana gəlməsi müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, ərizənin dəlilləri maddi hüquq normaları baxımından əsaslıdır. Mülki Məcəllənin 4*.3-cü maddəsinə görə, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşməsi və ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 3*2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 3*5.2-ci maddəsinin tələbinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2*7.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, *4 sentyabr *952-ci il təvəllüdlü X5 ölmüş elan edilməsi faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. *4 sentyabr *952-ci il təvəllüdlü X7 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar