Məhkəmə qərarları › İş №2(010)-3489/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3489/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3489/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Sabunçu rayon X* Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Sabunçu rayon X* Qeydiyyat Şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, uşağın doğulması faktının qeydə alınmasını Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, Ərizəçi *997-ci ildə həyat yoldaşı birinci Qarabağ qazisi X*0 ilə nikaha daxil olmuşdur. Onların bu evlilikdən 3 övladı dünyaya gəlmişdir. Uşaqların üçü də ev şəraitində dünyaya gətirmişdir. Böyük övladları Əmrah və Simuzər rayonda dünyaya gəlmişdilər. Sonra ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. *0 fevral 20*9-cu ildə ev şəraitində kiçik övladı Abbasova Zeynəb dünyaya gəlmişdir. Həmin vaxtlar anası dünyasını dəyişmişdir. Anasının yas ilə əlaqədar başı çox qarışmış, sonra nədənsə səhlənkarlıq etmiş və uşağa doğum haqqında şəhadətnamə almamışdır. Bir qədər sonra bütün dünyada yayılan Covid virus xəstəliyi səbəbindən evdən çxa bilməmişlər. O, özü də xəstəliyə yoluxmuşdur. Həmin müddətdə uşağa böyük bacısı və yoldaşı baxmışdır. Artıq 4 ildən çoxdur ki övladının sənədi yoxdur. Bir neçə ay bundan əvvəl qeydiyyat şöbəsinə müraciət etmiş və orada onu başa saldılar ki əgər övladı xəstəxanada dünyaya gəlməyibsə yalnız məhkəmənin qərarından sonra uşağa sənəd verə bilərlər. Bu səbəbdən də ona doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Qızı Zeynəbin artıq məktəb yaşına az qalıb. İstəmir ki qızı yaşıdlarından geri qalsın. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, qonşudurlar. Ərizəçinin həyat yoldaşı Zaur Qarabağ qazisidir. Zaurla kəmalənin birgə nikahdan əlavə iki uşağıda var. Maddi vəziyyətləri ağır olduğu üçün sonuncu övladı Zeynəb ev şəraiitində doğulmuşdur. Zaur Saatlıda doğulmuşdur. Digər uşaqlarının adı, Əmrah və Simuzərdir. Zeynəb adlı uşaqları *0.02.20*9-cu il tarixdə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, qonşudurlar. Ərizəçinin həyat yoldaşı Zaur Qarabağ qazisidir. Zaurla kəmalənin birgə nikahdan əlavə iki uşağıda var. Maddi vəziyyətləri ağır olduğu üçün sonuncu övladı Zeynəb ev şəraiitində doğulmuşdur. Zaur Saatlıda doğulmuşdur. Digər uşaqlarının adı, Əmrah və Simuzərdir. Zeynəb adlı uşaqları *0.02.20*9-cu il tarixdə doğulmuşdur. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən *6.06.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, *0 fevral 20*9-cu il tarixində ev şəraitində doğulmuş qızı X4 doğum faktının müəyyən edilməsi və doğumunun qeydə alınması haqqında müraciətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il *45 saylı Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydası”-nın 2.4.5. bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də qeydiyyat şöbəsi bu Qaydada nəzərdə tutulan əsaslar olmadığı üçün doğumu qeydə almaqdan imtina edir. 29 nömrəli Birləşmiş Şəhər Xəstəxənasının 259 saylı arayışından görünür ki, *0 fevral 20*9-cu il tarixdə doğulmuş X** hal-hazırda sağlamdır və *6.06.2023-cü il tarixdən 29 saylı BŞX-nın uşaq poliklinika şöbəsində qeydiyyatdadır. 4 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən *8.05.2023-cü il taixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X*2 ilə X5 nikahı haqqında Saatlı rayon Şirinbəy İcra Nümayəndəliyi tərəfindən 02.0*.*997-ci il tarixdə 2 № li akt qeydi tərtib olunmuşdur. Saatlı rayonu Şirinbəy KİN tərəfindən 3*.03.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X*4 22.04.*998-ci il tarixdə doğulmuş və valideynləri X*0 ilə X6r. Saatlı rayonu Şirinbəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən *9.0*.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 *0.*2.2008-ci il tarixdə doğulmuş və valideynləri X*0 ilə X6r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X*, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X* dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X* qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X* dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarda həmçinin izah olunmuşdur ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Hazırkı işdə tərəflərin izahatlarından və işin hallarından məlum olur ki, *0 fevral 20*9cu il tarixdə doğulmuş X** barəsində X* qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə hüquqi nəticəyə gələrkən Mülki-Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə yox, 307.2.**-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş «X* dövlət qeydiyyatı» Qaydasının 2.*-2.3-cü maddələrinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməli, X3 atası X*3, anası Ərizəçi olmaqla *0 fevral 20*9-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in **9, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 atası X*3, anası Ərizəçi olmaqla *0 fevral 20*9-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar