Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3494/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh arasında bağlanılmış nikahın etibarsız sayılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 20.09.2020-ci il tarixdə Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzində nikah bağlanmışdır. O, cavabdehlə cəmi səkkiz ay nişanlı olmuş, sonra sənəd üzərində, rəsmi olaraq nikaha daxil olmuşdur. Cəmi iki ay sonra cavabdeh sonradan ona bildirmişdir ki, xəstədir və xəstəliyi ona ailə qurmağa icazə vermir. Bu səbəbdən evlənə bilməzlər. Beləliklə, onlar arasında faktiki nikah münasibətləri olmamış, birlikdə yaşamamışlar. Yalnız kağız üzərində formal nikahları olmuşdur. Ona görə də həmin nikahın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdehlə səkkiz ay nişanlı olmuş, iki ay isə formal nikahda olmuşdur. Lakin onların toyu olmamış, cavabdehin evinə gəlin köçməmiş, heç vaxt onunla birlikdə yaşamamışdır. Nikah bağlandıqdan qısa müddət sonra cavabdeh ona demişdir ki, əsəb xəstəliyi ilə əlaqədar müalicə alır və müalicəsi tamamlanmadan ailə qurması mümkün deyil. O, əlavə etmişdir ki, həkimi də hazırda ailə qurmasını məsləhət görməmişdir. Əslində, əvvəlcədən cavabdehin əsəbləri ilə əlaqədar bir sıra problemləri olduğunu bilmiş, onu bu cür qəbul etmişdir. Lakin həmin vaxt bilməmişdir ki, cavabdehin xəstəliyi ona ailə qurmağa imkan verməyəcək dərəcədə ciddidir. Cavabdeh özü də bunu sonradan etiraf etmişdir. Belə bir vəziyyətdə o, cavabdehlə olan formal nikahının pozulmasını yox, nikahın etibarsız hesab edilməsini istəyir. Odur ki, məhkəmədən cavabdehlə arasında bağlanmış və tamamilə formal xarakter daşıyan nikahın etibarsız hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, əsəb xəstəsidir və “Ömür” klinikasında qeydiyyatdadır. Mütəmadi olaraq əsəblərinə görə müalicə alır, boynuna iynə vurulur. O, əvvəllər ailə qurmasını mümkün hesab etsə də sonradan məlum olmuşdur ki, səhhəti buna yol vermir. Ancaq sağaldıqdan sonra ailə qura bilər. İddiaçı ilə olan nikahı tamamilə formal xarakter daşımış, onunla heç bir ailə münasibəti olmamışdır. Odur ki, məhkəmədən iddiaçı ilə olan formal nikahının etibarsız hesab edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 27.09.2020-ci il tarixdə verilmiş AZ-İİ 408395 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında 27.09.2020-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1309 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 27.09.2020-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində nikah bağlanmışdır. Nikah bağlanarkən Cavabdeh öz sağlamlıq vəziyyəti ilə bağlı İddiaçı qeyri-dəqiq məlumat vermiş, əsəb xəstəliyi ilə bağlı aldığı müalicə tamamlanmadan ailə qurmasının qeyri-mümkün olması ilə bağlı məlumatı iddiaçıdan gizlətmişdir. Nikah bağlandıqdan bir müddət sonra bu vəziyyət ortaya çıxmış, cavabdeh iddiaçı ilə ailə qurmasının mümkün olmadığını iddiaçıya bildirmişdir. Bu müddət ərzində aralarında heç bir faktiki nikah münasibətlərinin olmadığına istinad edən iddiaçı cavabdehlə olan nikahının etibarsız hesab edilməsini məhkəməədn xahiş etmiş, cavabdeh iddianı qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin İİ hissəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən, məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 26.1.7-ci maddəsinə əsasən, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 28.1-ci maddəsinə əsasən, bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Göründüyü kimi ailə qanunvericiliyi ilə nikahın məhkəmə tərəfindən etibarsız sayılması üç halda mümkündür: 1) nikahın yaşı, nikahın bağlanma şərtlərinə əməl edilməməsi (yazılı razılıq, tibbi arayış) və nikahın bağlanmasına mane olan hallara yol verilməsi (yaxın qohumlar arasında nikah, başqa şəxslə nikahda olan şəxslə nikah, fəaliyyət qabiliyyət olmayan şəxslə nikah və s.); 2) Nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi; 3) tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması. Hazırkı işdə bu hallardan hər hansı biri spesifik olaraq müəyyən edilməsə də nəzərə alınmalıdır ki, həm iddiaçı, həm də cavabdeh məhkəmə iclasında verdikləri izahatlarında qəbul etmişdir ki, cavabdehin hər hansı bir şəxslə ailə qurmağa imkan verməyəcək dərəcədə ciddi əsəb xəstəliyi var və onlar arasında nikah bağlanarkən iddiaçı bundan məlumatlı olmamışdır. Məhkəmə hesab edir ki, əsəb xəstəliyi barədə məlumatın gizlədilməsi birbaşa nikahın etibarsızlığına səbəb olmasa da nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlə nikaha daxil olarkən xəstəliyin dərəcəsindən, bu xəstəliyin onların ailə qurmasına mane olacağından məlumatsız olmuşdur. İddiaçının bundan məlumatı olduqdan dərhal sonra nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etdiyi nəzərə alındıqda tam əminliklə demək olar ki, əgər iddiaçı nikahdan əvvəl vəziyyətdən xəbərdar olsa idi cavabdehlə nikaha daxil olmazdı. Beləliklə, nikah İddiaçı Cavabdeh səhhəti ilə bağlı yanılması nəticəsində bağlanmışdır. Bu vəziyyətdə iddiaçı həmin nikahın etibarsız hesab edilməsini tələb etməkdə tam haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, Cavabdeh da nikahın etibarsız hesab edilməsi ilə bağlı iddiaçı ilə eyni fikirdədir. O da iddiaçı ilə nikahının tamamilə formal xarakter daşıdığını bildirərək nikahın etibarsız hesab edilməsini xahiş edir. Belə bir vəziyyətdə məhkəmə tərəflər arasında olan nikahın etibarsız hesab edilməməsini Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində müəyyən edilən “şəxsi və ailə həyatı hüququ”na müdaxilə kimi qiymətləndirir. Belə ki, nikaha daxil olmaq şəxsin həm şəxsi, həm də ailə həyatı hüququ olduğu kimi, eyni dərəcədə nikahın etibarsız hesab edilməsini tələb etmək də şəxsi və ailə həyatı hüququna daxildir. Təsadüfi deyil ki, Avropa İnsan Hüquqları Məhkəməsi də bu barədə mövqeyini bir sıra qərarlarında ortaya qoymuşdur. Məhkəmə qeyd etmişdir ki, fərdlərin nikah və ya valideynlik statusuna aid işlər şəxsi və ailə həyatı anlayışının tətbiq dairəsinə düşür. Konkret olaraq, o müəyyən edib ki, şəxsin vətəndaşlıq vəziyyətinin tanınması aktı olan nikahın qeydiyyata alınması, şübhəsiz ki, həm şəxsi, həm də ailə həyatına aiddir və 8-ci maddənin 1-ci bəndinin tətbiq dairəsinə düşür (Daduş Maltaya qarşı, 48-ci bənd) ... Bu vəziyyətdə tərəflərin hər ikisi nikahın etibarsız hesab edilməsi barədə ortaq fikirdə olduqları və bunu müstəqil iradə ifadəsi əsasında, qəti şəkildə ifadə etdikləri halda onların nikahının məhkəmə tərəfindən etibarsız hesab edilməməsi, bununla onların nikahın pozulmasına məcbur edilməsi tərəflərin 8-ci maddədə nəzərdə tutulmuş şəxsi və ailə həyatı hüququna müdaxilədir. Həmin hüquqa müdaxilənin isə zəruriliyi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra şərtlər müəyyən etmişdir. Belə ki, Məhkəmə qeyd edir ki, 8-ci maddədə nəzərdə tutulmuş hüquqa konkret müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olub-olmadığını müəyyən etmək üçün Məhkəmə üzv dövlətin maraqlarını ərizəçinin hüququ ilə balanslaşdırır. 8-ci maddə üzrə baxılmış ilk işlərdən olan presedent xarakterli işdə Məhkəmə izah etdi ki, bu kontekstdə "zəruri" ifadəsi "faydalı", "ağlabatan" və ya "arzuolunan" ifadələrinin malik olduğu çoxçalarlılığa malik deyil və sözügedən müdaxilə üçün "təxirəsalınmaz ictimai tələbatın" mövcud olduğunu nəzərdə tutur. Təxirəsalınmaz ictimai tələbatın mövcud olub-olmadığını müəyyənləşdirmək hər bir halda milli hakimiyyət orqanlarının üzərinə düşür və müvafiq olaraq, bu məsələdə onlara müəyyən qiymətləndirmə sərbəstliyi verilir. Amma bununla yanaşı, onların qərarları üzərində Avropa Məhkəməsinin nəzarəti olur. Konvensiyada nəzərdə tutulmuş hüquqa tətbiq edilən məhdudiyyət, digər şərtlərə cavab verməklə yanaşı, həm də qarşıya qoyulan qanuni məqsədə mütənasib deyilsə, "demokratik cəmiyyətdə zəruri" sayıla bilməz (belə cəmiyyəti xarakterizə edən iki xüsusiyyət tolerantlıq və açıqlıqdır) (X2rşı, 51-53-cü bəndlər). Bundan əlavə, Məhkəmə təsdiq edib ki, barəsində şikayət edilən tədbirlərin "demokratik cəmiyyətdə zəruri" olub-olmadığını müəyyən edərkən o, həmin tədbirlərə haqq qazandırmaq üçün gətirilən əsasların münasib və yetərli olub-olmadığını və həmin tədbirlərin qarşıya qoyulmuş qanuni məqsədlərə mütənasib olub-olmadığını işin bütün hallarının işığında nəzərdən keçirir (Z Finlandiyaya qarşı, 94-cü bənd). Məhkəmə "zərurilik" tələbinə əlavə aydınlıq gətirərək bildirib ki, 8-ci maddənin məqsədləri üçün "zəruri" anlayışı o deməkdir ki, müdaxilə "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlməli və xüsusən qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Müdaxilənin "zəruri" olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə dövlət hakimiyyəti orqanlarına verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudlarını nəzərdən keçirir, müdaxilə üçün əsas təşkil edən "təxirəsalınmaz ictimai tələbatın" mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh üzərinə düşür (Pexoviç Polşaya qarşı, 212-ci bənd). Paradizo və Kampanelli İtaliyaya qarşı məhkəmə işində ([BP], 179-184-cü bəndlər) Məhkəmə qiymətləndirmə sərbəstliyi doktrinasının rəhbər prinsiplərini bir daha xatırlatdı. Milli hökumət tərəfindən görülmüş ümumi tədbirlərə gəlincə, Məhkəmənin presedent hüququndan belə məlum olur ki, ümumi tədbirin mütənasibliyini müəyyənləşdirmək üçün Məhkəmə ilk növbədə qanunvericilikdə həmin tədbir üçün əsasın olub-olmadığını qiymətləndirməlidir. Bu baxımdan tədbirin zəruriliyi üzərində parlament və məhkəmə nəzarətinin keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir, bu sözlər ümumi tədbirin yüngülləşdirilməsinin doğura biləcəyi sui-istifadə riskinin qiymətləndirilməsinə də aiddir və bu riskin qiymətləndirilməsi ilk növbədə dövlətin üzərinə düşür ("Beynəlxalq heyvan müdafiəçiləri" təşkilatı Birləşmiş Krallığa qarşı [BP], 108-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, tərəflərin aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi hüququna müdaxilə etmək hazırkı halda heç bir təxirəsalınmaz ictimai tələbatdan irəli gəlmir. Bu cür müdaxilə ilə hansısa qanuni məqsədə nail olunacağı güman edilmir. Beləliklə, bu müdaxilə demokratik cəmiyyətdə zəruri deyil. Odur ki, bütün bunları nəzərə alan məhkəmə tərəflər arasında olan nikahın etibarsız hesab edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.4.9-cu maddəsinə əsasən nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 27.09.2020-ci il tarixdə, 1309 nömrə ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılsın. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3494/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3494/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver