Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3497/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı Ərizəçi (maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF üzrə Mərkəzi Filialı) “22.05.*99*-24.09.*992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-*” və “Aypara” İKB-də fəhlə işləməsi faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF üzrə Mərkəzi Filialı) “22.05.*99*-24.09.*992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-*” və “Aypara” İKB-də fəhlə işləməsi” faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə etmişdir. Hesab edirəm ki, Ərizəçi ərizədəki tələbinə ümumi rayon (şəhər) məhkəməsində, yəni Suraxanı rayon məhkəməsində baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin *53-cü maddəsinə əsasən, iddiaçının həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin *53.2.*-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edir ki, Ərizəçi məsələnin həlli ilə bağlı ilk əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF üzrə Mərkəzi Filialına müraciət etməli və müraciətinə aldığı cavab məktubundan sonra məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməli idi. Lakin ərizəçi bu qaydaya riayət etmədən, maraqlı şəxsdən müraciətinə cavab almadan məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəçinin hazırda tələb etdiyi kimi “22.05.*99*-24.09.*992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-*” və “Aypara” İKB-də fəhlə işləməsi faktının müəyyən edilməsi” barədə məsələyə Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin *53, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF üzrə Mərkəzi Filialı) “22.05.*99*-24.09.*992-ci illərdə Azərbaycan Əfqanıstan Veteranları İttifaqının “Araz-*” və “Aypara” İKB-də fəhlə işləməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakı̇ m Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3497/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3497/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver