Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3498/2023 29.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisi) “müqavilənin ləğvi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisi) “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ *07*652 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, S.Ə.Şirvani küçəsi 63, M 6, mənzil *) ünvanında yerləşən, ümumi sahəsi 65.97 m2 olan mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi.
2. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia ərizəsində mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi ünvanda texniki olaraq səhvə yol verildiyini bildirmiş, daşınmaz əmlakın 20.*2.202*-ci il tarixli, **2**6**48 qeydiyyat nömrəli çıxarışa uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 63, M 6, mənzil *) kimi qeyd olunması xahiş edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, AN-İ *07*652 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 ünvanında yerləşən ümumi sahəsi 65.97 m2 olan mənzilin 63600 manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, S.Ə,Şirvani küçəsi, ev 3, mənzil **9 ünvanında yerləşən, ümumi sahəsi 65.97 m2 olan mənzilə münasibətdə ilkin olaraq 3600 manat məbləğində vəsaiti satıcının – İddiaçı ASC-nin hesabına ödəyir, qalan 60000 manatı 35 ay müddətinə hər ay *200 manat, 36-cı ay *8000 manat olmaqla İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cəmi 3600 manat Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənildikdən sonra Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 ünvanında yerləşən, ümumi sahəsi 65.97 m2 olan mənzil Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı ASC-yə lazımi ödənişlər edilməmişdir. İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu *3.07.2023-cü il tarixdə Cavabdeh göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı ASC-yə lazımi ödəniş edilməmiş, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 ünvanında yerləşən, ümumi sahəsi 65.97 m2 olan mənzili boşaldaraq Banka təhvil verməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ASC hesab edir ki, İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 ünvanında yerləşən, ümumi sahəsi 65.97 m2 olan mənzil boşaldılaraq Banka təhvil verilməlidir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlamış, iş həcminin çoxluğu nəzərə alınaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, hazırda iddiaçı Banka 40000 manat borcu var. Bayramla əlaqədar ona göndərilən pulda gecikmələr olduğundan belə olmuşdur. Hər bir halda iddianın təmin edilməsinə etiraz etmir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxsin nümayəndəsi (notarius) məhkəməyə ərizə ilə müraciət edərək, iclasın nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
İş materialları.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 (yeni qaydalarla: AZ **42; Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 63, M6, m*) ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi 20.*2.202*-ci il tarixdə qeydiyyata alınmışdır.
8. İddiaçı ASC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ *07*652 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Satıcı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 (yeni qaydalarla: AZ **42; Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 63, M6, m*) ünvanında yerləşən, ümumi sahəsi 65.97 m2 olan mənzili Alıcının mülkiyyətinə verir, Alıcı isə mənzili müqavilə üzrə müəyyənləşdirilən məbləğə - 63600 manata alır. Alıcı ilkin olaraq 3600 manat məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 60000 manatı isə 35 ay hər ay *200 manat, 36-cı ay *8000 manat olmaqla ödəməyi öhdəsinə götürür.
9. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış *3.06.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh borc məbləğini könüllü şəkildə ödənilmədiyi təqdirdə və ya fərdi yaşayış evi könüllü olaraq Banka təhvil verilmədiyi halda müqavilə üzrə qalıq borcun tələbi, İddiaçı ASC ilə (əvvəlki adı "xxxx" İKB ASC) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinin ləğvi, ünvan 5 ünvanında yerləşən mənzilin boşaldılaraq Banka təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
*0. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 63, M6, m*) İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. **. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Bank mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 ünvanında yerləşən mənzili 63600 manata Cavabdeh satmışdır. Müqavilə üzrə alıcı Cavabdeh ilkin olaraq 3600 manat ödəməyi, qalan vəsaiti 35 ay müddətinə hər ay *200 manat, sonuncu ay *8000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq.
*2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.*. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 42*. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 42*.*. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 42*.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.*. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi. 568.*. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.*. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 60*. Əşyanın hissə-hissə ödənilməsi. 60*.*. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 60*.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi. 646.*. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
*3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
*4. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilədə satılan əmlakın qiymətinin hissə-hissə (ilkin olaraq 3600 manat, sonrakı 35 ay müddətində hər ay *200 manat, sonuncu ay *8000 manat olmaqla) ödənilməsi nəzərdə tutulduğundan müqavilə nisyə satılmış əşyanın hissəhissə ödənilməsi müqaviləsi olmuşdur. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, ödənişləri vaxtında həyata keçirməmişdir. *5. Yuxarıda (§ *2) istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 60*.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. *6. Hazırkı iş üzrə Cavabdeh iddiaçı Bankla aralarında bağlanmış müqaviləyə uyğun olaraq müvafiq əmlakı iddiaçıdan alsa da, bu əmlak üçün müqavilə ilə ödəməyi öhdəsinə götürdüyü pulu lazımınca ödəməmiş, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda iddiaçı Bank cavabdehlə aralarında bağlanmış müqavilənin ləğvini və müqavilə predmeti olan mənzilin boşaldılaraq təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
*7. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
*8. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 63, M6, m*) ünvanında yerləşən mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, ödənilmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. *9. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 3, mənzil **9 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 63, M6, m*) ünvanında yerləşən mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva