Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3500/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X34 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı "sahibliyin müdafiəsi" tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı "sahibliyin müdafiəsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, xx.xx.2023-cü il tarixli 03 saylı müqavilə əsasında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından aldığı iki otaqlı ümumi sahəsi 99.5 kvadratmetr olan 119 saylı mənzilindən sahiblik və istifadəyə maneələr yaradılmasına cavabdehlər "xxxx" MTK-ya, Cavabdeh1 hərəkətlərinə qadağan qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından xx.xx.2023-cü il tarixli 03 saylı müqavilə və protokol əsasında üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları bərpa olunmuş, iki otaqlı, ümumi sahəsi 99.5 kv/m olan, 119 saylı mənzilindən sahiblik və istifadə hüququnun tanınması, Suraxanı rayonu 119 saylı mənzilə cavabdehlərdən Cavabdeh1 Baxışəli qızının adına keçirilmə barədə xx.xx.2023-cü il tarixli müqavilə, maliyyə arayışının etibarsız hesab edilməsi, "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixli, 11 saylı müqaviləyə əlavə xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə, xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında bu mənzilin Cavabdeh1 adından X4 adına keçirilməsi haqqında 30 mart 2025ci il tarixli xx.xx.2023-cü il tarixli 11 saylı müqaviləyə əlavə tərtib edilən 12 saylı müqavilənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 Baxışəli qızı və X16 tərəfindən mənzilin boşaldılması, onunla birlikdə yaşayanların mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi haqqında Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı Baxşəli Bəşirov 2010-cu ildə Yeni Günəşli qəsəbəsi, "xxxx" MTK-dan iki otaqlı mənzil almışdır. İddiaçıya bağışlanmış evi yaxın qohumu qardaşı qızı Cavabdeh1 saxta yolla onun əvəzinə imza çəkərək mənzilini öz adına qanunsuz yolla ələ keçirirərək sənədləşdirmişdir. Belə ki, iddiaçının şikayəti əsasında Suraxanı rayon Polis İdarəsinin İstintaqı nəticəsində İddiaçı ərizəsi əsasında toplanmış matirialda cinayət tərkibi olmadığı bildirilmiş, X13 tərəfindən saxta imza çəkilməklə mənzilin Cavabdeh1 adına keçirilməsinin baş verdiyi müəyyən edilmişdir. Cavabdehlərdən "xxxx" MTK-nın yanlış tərtib etdiyi xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilmiş, mübahisələndirilən mənzil əvvəlki sahib İddiaçı qaytarılmışdır. Bu hüquqi əhəmiyyətli hala baxmayaraq cavabdehlər ona qanuni sahibi olduğu mənzil əmlakından sərbəst istifadə etməyə maneələr yaradırlar. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlər "xxxx" MTK- ya, Cavabdeh1 qarşı xx.xx.2023-cü il tarixli 03 saylı müqavilə əsasında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından aldığı iki otaqlı ümumi sahəsi 99.5 kv/m olan 119 saylı mənzilindən sahiblik və istifadəyə maneələr yaradılması cavabdehlər "xxxx" MTK-ya , Cavabdeh1 hərəkətlərinə qadağan qoyulması barədə qətnamə çıxarılması haqqında iddia ərizəsi Suraxanı Rayon Məhkəməsində icraatdadır və növbəti məhkəmə iclası xx.xx.2025-ci il saat 16:10 təyin edilmişdir. Toplanmış sübutlar cavabdehlərdən Cavabdeh1 miibahisələndirilən mənzilə Mülki işdə cavabdeh "xxxx" MTK ilə arasında xx.xx.2023-cü il tarixli 11 saylı müqavilə bağlanmışdır. "xxxx" MTK tərəfindən mənzilin addan-ada keçirilməsi və ünvan barədə xx.xx.2023-cü il tarixli arayışda bu mənzilin Cavabdeh1 adına keçirilməsi, 12 saylı müqaviləyə əlavədə üçüncü şəxs X5 adına keçirilməsi bildirilir. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında mənzilin ilkin sahibi X24 tərəfindən mübahisələndirilən mənzil "xxxx" MTK tərəfindən 2015-ci ildə qardaşı X20 adına keçirmişdir. Belə ki, Məhkəməyə təqdim edilmiş ilkin sahib Bəşirov Baxşəli yazılı şəkildə bildirir ki, həmin mənzil ona 2010-cu ildə satılmış, 2015-ci ildə isə Bəşirov Baxşəli tərəfindən bu mənzil qardaşı X20 adma keçirilmiş, digər şəxs Aytacın adına keçirmək barədə Baxşəlinin yəni ilkin mülkiyyətçinin heç bir razılığı olmamış, yalnız əsas sahib kimi X32 tanınmışdır. "xxxx" MTK-nın təsisçisi və sədri olmuş X2 başçılığı ilə 10 oktyabr 2023-cü il tarixli MTK üzvlərinin iclas protokolu və qərarında yazılır ki, MTK bu mənzilin X14 adına keçməsi barədə qərarı ləğv edib qanunsuz sayıb həmin mənzilin qanuni sahibi olaraq İddiaçı pozulmuş hüquqlarını bərpa edib, onu mülkiyyətçi və qanuni sahib kimi tanınıb. Mənzilin qanuni sahibi olan İddiaçı sahibliyində saxlanmasını əsaslı hesab edir. Belə ki, Cavabdeh3 MMC-nin Mülki işdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında yazılır ki, Cavabdeh1 mübahisələndirilən mənzili hazırda mənzildə məskunlaşan X5 adına keçirilməsi barədə razılıq verilmişdir və nəticədə bu mənzil hazırki sahib X5 adına keçirilmişdir. Mülki iş materiallarından belə aşkar olunur ki, miibahisələndirilən mənzil X15 ərizəsi əsasında İddiaçı adına keçirilmiş həmin addan-ada keçirilmə isə xx.xx.2023-cü il tarixli "xxxx" MTK-nın üzvlərinin protokolu və qərarı əsasında hazırlanmışdır. Mülki iş materiallarında mübahisələndirilən mənzilin Cavabdeh1 Baxışəli qızının adına keçirilməsi barədə ilkin mülkiyyətçi X17 razılıq ərizəsi olmamış, həmin mənzilin İddiaçı adına keçirilməsi və mənzilin İddiaçı təhvil verilməsi faktı, onun sahiblik və istifadə hüququnun ilkin alıcı Bəşirov Baxışəli tərəfindən İddiaçı üçün tanınması faktı baş vermiş və X21 tərəfindən tanınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdiyini bildirərək göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə 12 saylı müqavilə yazaraq evi Cavabdeh1 X4 adına keçirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyəti yoxdur ki, nəyisə satsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində cinayət tərkibi mövcuddur. Buna görə də X4 3-cü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı bildirmişdir ki, o, yaşayış evinə getdi, qapını açarı ilə aça bilmədi. İçərdən bir xanımın səsi gəldi, evi aldığını dedi, cavabdeh onun qardaşının qızıdır, ev yiyəsi Aytacdan aldığını dedi, qardaşının uşağı əməliyyat olunmuşdu, onu ziyarət etməyə getmişdi, amma əşyaları evdə idi. Bu evi 10 il öncə qardaşından almışdır, 10 ildən yuxarıdır mülkiyyətindədir. MTK-nın sədri müqavilə bağlayıb, onun əvəzinə də qol çəkiblər. Bildirdi ki, o, imza çəkməmişdir, amma evi satıblar. 2 il öncə onun iştirakı olmadan evi Aytacın adına keçiriblər. Qardaşı da xahiş etdi ki, səs salmasın, Aytac pulunu verəcək. Amma pul vermədi, sonra da evin onunki olduğunu dedi. Özünün evdə əşyaları olub, polisə müraciət etdi. Araşdıranda məlum oldu ki, ev qanunsuz başqasına keçib, onun yerinə imza çəkilib. MTK-nın sədri də protokolu yerinə qaytarıb, açarları ona verdi. O da orada yaşamağa davam etdi, sonra da Aytac evi başqasına satıb. Evi özü təmir etmişdir, xanım ona evi Aytacın satdığını deyir. Hazırki orada fəaliyyət göstərən A.R. Ko şirkətinin rəhbəri də siyahıda ancaq Aytacın adının olduğunu deyir, lakin Aytacın adına çıxarış yoxdur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 bildirmişdir ki, Badu Kübə ilə AR&Ko arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bina tikilib başa çatandan sonra Badu Kübə bina üzərində bütün səlahiyyətlərini itirəcək və AR&Ko-ya təhvil verəcəkdi. Podrat müqaviləsinin şərtlərini Badu Kübə yerinə yetirmədiyinə görə hər bəndi məhkəmə yolu ilə icra olunmuşdur. Sona qalan 3.2 və 3.6-cı bəndlər olmuşdur. 3.2-ci bəndə əsasən gəlirin 33% AR&Ko-ya verilməli idi, 3.6-cı bəndə əsasən bina tikilib başa çatdıqdan sonra ekspluatasiyası AR&Ko-ya təhvil verilməli idi. Binanın tikilişi başa çatdıqdan sonra Kommersiya Məhkəməsinə müraciət etdilər və müqavilənin 3.6-cı bəndi təsdiqləndi və icraya yönəldi. Badu Kübə icradan yayınmaq üçün TN 91 MMC adı altında bir şirkət yaratdı və apellyasiya şikayəti həmin şirkətin adından verilmişdir. Apellyasiya şikayəti təmin olunmadı, Ali Məhkəmə də qüvvədə saxladı. Beləlikdə qərar icraya yönəldi. Sənədlər könüllü olaraq onlara təhvil verildi. Bundan sonra audit yoxlaması keçirildi. Eyni mənzilin bir neçə adama satılması müəyyən edildi və bu barədə Korrupsiya İdarəsinə məlumat verildi. Hazırki iddiaya gəldikdə Aytac həmin binada sakin kimi kommunal ödənişlər edirdi. Sonra başqasına satmaq istədi, onlar da addan ada keçirdilər. Şəxslər öz aralarında al-ver edir. Həmin məbləğ şirkətə mədaxil olmur. Alan şəxs də evdə təmir işləri gördü. Ondan öncə Aytacın qapısı bir dəfə sındırılmışdı. Bu barədə 102-yə də məlumat verilmişdi. Atası tərəfindən sındırıldığı müəyyən olunmuşdu. Bundan sonra mənzili satdı. Alan adam 4-5 aya təmir etdi, orada yaşadı. Bir gün 2-3 nəfər yaxınlaşdı. Mənzilin Hafizə məxsus olduğunu və Aytaca satmadığını dedilər. Onlar da arxiv sənədlərini göstərdilər. Həmin sənədlər Ədalət Qəmbərovun imzası və möhürü ilə təsdiqlənmişdir. Bir az təmir var idi, Badü Kübənin sədrinin imzası və möhürü var. Audit yoxlaması ilə də təsdiq olunmuşdur. Baxşəlidən Hafizin adına, Hafizdən də Aytacın adına rəsmiləşdirilmişdir. Ədalət Qəmbərov daxili əmrlə müqaviləni ləğv etdiyini dedilər. Amma bu mümkün deyil. Müqavilə ya iki tərəfin razılığı ilə ya da məhkəmə yolu ilə ləğv olunur. İş materialları. "xxxx" MTK və İddiaçı arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 03 saylı müqavilənin ksero-sürətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivvində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabıa inşa edilən yaşayış binasında, X17 adına olan 2 otaqlı 99.5 kv.m 119 saylı mənzil İddiaçı adına keçirilir. "xxxx" MTK üzvlərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, "Badu-Kübə” MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa etdiyi 13 M saylı yaşayış binasının 2 ci qiriş, 10-cu mərtəbə, 2 otaqlı, 99,5 kv.m. 119 saylı mənzilin İddiaçı adından, Cavabdeh1 adına keçirilməsi barədə 11 Aprel 2023-cü il tarixli Müqavilənin ləğv edilməsi və 119 saylı mənzilin əvvəlki sahibi İddiaçı adında saxlanılması qərara alınmışdır. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli 03 saylı maliyyə arayışından görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 2-ci giriş, 10-cu mərtəbə, 119 saylı 2 otaqlı (99,5 kv.m) X17 adına olan mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına keçirilir. İddiaçı kooperativə borcu yoxdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinın aparılması rədd edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, X24 onun qardaşıdır. 2015-ci tarixdə qardaşı X24 özünə məxsus olan Yeni Günəşli qəsəbəsi, "xxxx" MTK-da olan mənzili ona bağışlamışdır. Bundan sonra 2023-cü il tarixdə qardaşı X24 özünə məxsus olan lakin rəsmi müqavilədə onun adına olan mənzili kiçik qızı Cavabdeh1 adına keçirtmək istədiyini bildirmişdir. O da heç bir etiraz etməmişdir. Bundan sonra Baxşəli tanışları Ədalət Qənbərovdan xahiş etmişdir ki, onun adına olan mənzili qızı Aytacın adına keçirtsin. Bundan sonra Bənövşə və X29 yanına getmiş və orada müqavilə bağlamışlar, onun da imzalaması üçün Ədalət müqaviləni Bənövşəyə vermişdir. Lakin, Bənövşə onun əvəzinə müqaviləyə saxta imza çəkib müqaviləni MTK-ya vermişdir. Belə ki, onun Ədalət Qənbərov barəsində heç bir şikayət və tələbi yoxdur. Ədalət Qənbərov onlara etibar edib müqaviləni qardaşı qızı Bənövşəyə vermişdir. Araşdırma zamanı izahatı alınmış X24 göstərmişdir ki, X33 qardaşıdır. 2010-cu il tarixdə o, Yeni Günəşli qəsəbəsi, "xxxx" MTK- dan 2 otaqlı mənzil almış, 2015-ci il tarixdə isə qardaşı İddiaçı bağışlamışdır. Daha sonra 2023-cü il tarixdə həmin mənzili qızı Aytaca bağışlamaq qərarına gəlmişdir. Hafiz də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra tanışı Ədalət Qənbərovdan xahiş etmişdir ki, ona məxsus lakin qardaşı Hafızin adına olan mənzili qızı Aytacın adına keçirtsin. Bundan sonra Bənövşə və X29 yanına getmişlər və orada müqavilə bağlanmışdır. X30 və Aytaca etibar edərək müqaviləni Hafızin imzalamağı üçün müqaviləni Bənövşəyə vermişdir. X37 əvəzinə müqaviləyə saxta imza çəkib müqaviləni MTK-ya qaytarmışdır. Araşdırma zamanı izahatı alınmış X10 göstərmişdir ki, X24 ilə tanışlıqları var, belə ki, Baxşəli Bəşirov 2010-cu il tarixdə onun MTK sədri olduğu, Yeni Günəşli qəsəbəsi, "xxxx" MTK-dan 2 otaqlı mənzil almışdır. 2015-ci il tarixdə Baxşəli mənzili qardaşı X25 bağışlamışdır. Daha sonra 2023-cü il tarixdə Baxşəli həmin mənzili qızı Aytaca bağışlamaq qərarına gəldiyini bildirmişdir. Bundan sonra Aytac, Bənövşə və anaları onun yanına gəlmiş və həmin vaxtı MTK-nın sədri İntiqam onları qəbul etmiş, müqaviləyə imza çəkdirmiş və o də İntiqama bildirdir ki, qanuni şəkildə sənədləşdirsinlər. Bundan sonra məlum olmuşdur ki, Aytac və Bənövşə saxta imza çəkərək müqaviləni İntiqama vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X24 özünə məxsus qardaşı Hafız Bəşirovun adında olan evi öz razılıqları əsasında qızı Cavabdeh1 adına keçirtmək üçün icazə vermiş, bu səbəbdən Hafız Bəşirovun məlumatı olmadan müqavilə imzalanaraq Cavabdeh1 adına keçirilmişdir. Bundan sonra 10 oktyabr 2023-cü il tarixdə "xxxx" MTK-nın təsisçisi X11 MTK-ya məxsus Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən mənzilin Cavabdeh1 oğlunun adına keçirilməsi barədə 11 aprel 2023-cü il tarixli müqaviləni ləğv edərək əvvəlki sahibi İddiaçı adında saxlamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa etdiyi 13 M saylı yaşayış binasının 2 ci giriş, 10-cu mərtəbə, 119 saylı mənzil xx.xx.2009cu ildə X24 tərəfindən alınmışdır. xx.xx.2015-ci ildə İddiaçı adına keçirilərək ona 25472 manata satılmışdır. xx.xx.2023-cü ildə İddiaçı adından Cavabdeh1 adına keçirilərək ona 25472 manata satılmışdır. Hal-hazırda mənzilin sahibi Cavabdeh1dır. "xxxx" MTK tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 11 saylı mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışdan görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 2-ci giriş, 10-cu mərtəbə, 119 saylı 2 otaqlı (99,5 kv.m) İddiaçı adına olan mənzil xx.xx.2023-cü il tarixində Cavabdeh1 adına keçirilir. Cavabdeh1 kooperativə borcu yoxdur. "xxxx" MTK və Cavabdeh1 arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 11 saylı Müqavilədən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivvində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında, İddiaçı adına olan 2 otaqlı 99.5 kv.m 119 saylı mənzil Cavabdeh1 adına keçirilir. (İddiaçı ərizəsi əsasən). "xxxx" MTK tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli 26 saylı mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışdan görünür ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 2-ci giriş, 10-cu mərtəbə, 119 saylı 2 otaqlı (99,5 kv.m) X17 adına olan mənzil xx.xx.2015-ci il tarixində İddiaçı adına keçirilmiş və ona məxsusdur. "xxxx" MTK və İddiaçı arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2015-ci il tarixli 36 saylı Müqavilədən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında, X17 adına olan 2 otaqlı 99.5 kv.m 119 saylı mənzil İddiaçı adına keçirilir. (B.Bəşirovun ərizəsinə əsasən). "xxxx" MTK tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli 50 saylı mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə arayışdan görünür ki, X1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 2-ci giriş, 10-cu mərtəbə, 119 saylı mənzilinin (99,5 kv.m) dəyərini tam ödəmişdir. "xxxx" MTK-də yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2009-cu il tarixli 99 saylı Müqavilədən görünür ki, "xxxx" MTK-nə ayrılmış Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri (X10) və payçıların (X24) vəsaiti hesabına inşa ediləcək yaşayış binasında 119 saylı mənzil təklif edir. "xxxx" MTK və İddiaçı arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2015-ci il tarixli 36 saylı Müqavilədən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında, X17 adına olan 2 otaqlı 99.5 kv.m 119 saylı mənzil İddiaçı adına keçirilir. (B.Bəşirovun ərizəsinə əsasən). "xxxx" MTK və İddiaçı arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 03 saylı müqavilənin ksero-sürətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivvində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabıa inşa edilən yaşayış binasında, X17 adına olan 2 otaqlı 99.5 kv.m 119 saylı mənzil İddiaçı adına keçirilir. "xxxx" MTK və Cavabdeh1 arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 11 saylı Müqavilədən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivvində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında, İddiaçı adına olan 2 otaqlı 99.5 kv.m 119 saylı mənzil Cavabdeh1 adına keçirilir. (İddiaçı ərizəsi əsasən). "xxxx" MTK-nın xx.xx.2009-cu il tarixli 99 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və Payçıların vəsaiti hesabına inşa edilir. Bu binanın 2 giriş, 10 mərtəbəsində, ümumi sahəsi 99.5 kv.m. olan 2 otaqlı 119 saylı mənzilin ümumi pay dəyərindən 25472 manat məbləği payçı X24 tərəfindən ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, "xxxx" MMC-nin istifadəsində olan 13 M saylı binanın 2-ci giriş, 10-cu mərtəbə, 2 otaqlı, 99.5 kv.m. sahəyə malik 119 saylı mənzil X7 adına keçirilmişdir. Mənzilin ümumi dəyəri mənzilin əvvəlki Cavabdeh1 tərəfindən tam ödənildiyinə görə X7 Cəmiyyətə heç bir borcu yoxdur. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11 saylı müqaviləyə əlavə olan 12 saylı 30 mart 2025-ci il tarixli mənzilin addan-ada keçirilməsinə dair müqavilədən görünür ki, hazırki müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Qanunvericiliyinə və özünün Nizamnaməsinə əsasən fəaliyyət göstərən və bundan sonra "İcraçı" adlanacaq Cavabdeh3n direktoru X6 şəxsində, digər tərəfdən ünvan 3 ünvanında qeydiyyatda olan və bundan sonra "Payçı" adlanacaq X7 şəxsində aşağıdakı şərtlər əsasında bağlanır: 1.Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanda "xxxx" MMC-nin sifarişi ilə podratçı "xxxx" MTK tərəfindən Payçıların hesabına inşa edilmiş 4 bloklu, 15 mərtəbəli yaşayış binasından sonuncunun xx.xx.2023-cü il tarixli, 11 saylı müqavilə ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş, 2-ci giriş, 10-cu mərtəbə, 119 saylı mənzili sonuncunun (Cavabdeh1) xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən addan-ada keçirməklə «Payçıya verməyi, «Payçı» isə həmin mənzili Bina Payçılarının öncədən müəyyənləşdirilmiş qanun və tələblərinə əməl etməklə qəbul etməyi öz öhdəsinə götürür: 2. Göstərilən mənzil 2(İki) otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi: 99.5 kv.m, Mənzilin girişi: 2 (İki), Mərtəbə:10 (On). xx.xx.2023-cü il tarixli "xxxx" MTK-ya ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 onu MTK-nın üzvlüyünə payçı kimi qəbul edilməsini xahiş etmişdir. X24 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun qardaşı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından 119 saylı, iki otaqlı mənzilin sahibi İddiaçı cavabdehlər "xxxx" MTK, Cavabdeh1 və digərlərinə mənzil mübahisəsi ilə bağlı iddia tələbi vardır. Tələblə bağlı bildirir ki, mübahisələndirilən mənzilin 2010-cu ildə ilkin mülkiyyətçisi olmuşdur, həmin mənzil qardaşı İddiaçı adına keçirilmişdir. Belə ki, 2015-ci ildə həmin şəxsi bu mənzilin qanuni sahibi mülkiyyətçisi kimi tanıyır. Onu da bildirir ki, B.Hafız həmin iddalarda cavabdehlərdən göstərilən Cavabdeh1 və digərlərinin adına keçirilməsilə bağlı heç bir ərizə verilməmiş, müqavilə bağlanmamış, mənzili özü təmin etmiş və 2015-ci ildən həmin mənzilin qanuni sahibidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 (VÖEN **********) ləğv edilməsi və 'A.R. & KO" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) "xxxx" MTK-nın hüquqi varisi olması barədə reyestrdə məlumat aşkar edilməmişdir. "xxxx" MTK tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, "xxxx" MMC-nin X12 barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.... Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK və X24 arasınada bağlanmış xx.xx.2009-cu il tarixli 99 saylı müqaviləyə əsasən, "xxxx" MTK-nə ayrılmış Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və payçıların (X24) vəsaiti hesabına inşa ediləcək yaşayış binasında 119 saylı mənzil təklif edir və payçı mənzilin ümumi dəyərini 25472 manat ödəniş etdi. Eyni mənzilə dair "xxxx" MTK və İddiaçı arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2015-ci il tarixli 36 saylı müqavilədən görünür ki, X17 adına olan mənzil İddiaçı adına keçirilir. (B.Bəşirovun ərizəsinə əsasən). Eyni mənzilə dair "xxxx" MTK və Cavabdeh1 arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 11 saylı müqavilədən görünür ki, İddiaçı adına olan mənzil Cavabdeh1 adına keçirilir. (İddiaçı ərizəsinə əsasən). "xxxx" MTK və İddiaçı arasında bağlanmış "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli 03 saylı müqavilədən görünür ki, X17 adına olan 2 otaqlı 99.5 kv.m 119 saylı mənzil İddiaçı adına keçirilir. (B. Bəşirovun ərizəsinə əsasən). Hazırda iddia tələbi cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşıdır və aşağıdakilardan ibarətdir: 1. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından xx.xx.2023cü il tarixli 03 saylı müqavilə və protokol əsasında üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları bərpa olunmuş, iki otaqlı, Ümumi sahəsi 99.5 kv/m olan, 119 saylı mənzilindən sahiblik və istifadə hüququnun tanınması; 2. Suraxanı rayonu 119 saylı mənzilə cavabdehlərdən Cavabdeh1 Baxışəli qızının adına keçirilmə barədə xx.xx.2023-cü il tarixli müqavilə, maliyyə arayışının etibarsız hesab edilməsi, 3. "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixli, 11 saylı müqaviləyə əlavə xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə, xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında bu mənzilin Cavabdeh1 adından X4 adına keçirilməsi haqqında 30 mart 2025-ci il tarixli xx.xx.2023-cü il tarixli 11 saylı müqaviləyə əlavə tərtib edilən 12 saylı müqavilənin ləğv edilməsi; 4. cavabdehlər Cavabdeh1 Baxışəli qızı və X16 tərəfindən mənzilin boşaldılması, onunla birlikdə yaşayanların mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsindən ibarətdir. Məhkəmə ilk öncə iddia tələbinin – Suraxanı rayonu 119 saylı mənzilə cavabdehlərdən Cavabdeh1 Baxışəli qızının adına keçirilmə barədə xx.xx.2023-cü il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda qeyd edilənlərə əsasən, İddiaçı öz izahatlarında təsdiq etmişdir ki, 2023-cü il tarixdə onun qardaşı X24 özünə məxsus olan lakin rəsmi müqavilədə onun adına olan mənzili kiçik qızı Cavabdeh1 adına keçirtmək istədiyini bildirmiş, o da heç bir etiraz etməmişdir. Həmin qərara əsasən, izahatı alınmış X24 göstərmişdir ki, o, 2023-cü il tarixdə həmin mənzili qızı Aytaca bağışlamaq qərarına gəlmiş, Hafiz də heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra tanışı Ədalət Qənbərovdan xahiş etmişdir ki, X18 məxsus lakin qardaşı Hafızin adına olan mənzili qızı Aytacın adına keçirtsin. İddiaçı həmin qərarda qeyd edilən izahatlarında və iddia tələbini əsaslandırılmasında imzanın saxta olduğunu qeyd etsə də, imzanın saxtalaşdırıldığı iddia edilən sənədin əsli məhkəməyə təqdim edilməmiş, hansı sənəd (müqavilə, ərizə, protokol və s.) Cavabdeh1 tərəfindən onun fikrincə saxtalaşdırılmlış məlum deyil, iş materialları ilə və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə da müəyyən edilmir. Eyni zamanda, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən əsas və şərtlər öz əksini tapmışdır. Yuxarıda qeyd edilmiş 2 aprel 2021-ci il tarixli X3 göstərilmiş hüquqi mövqeyinə əsasən, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hazırki işdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız sayılması üçün yuxarıda qeyd edilmiş imperativ şərtlərdən heç biri mövcud deyil. Əqdin bağlandığı zaman tərəflərin iradə ifadələrinin zədələndiyi müəyyən edilməmişdir. Eyni zamanda əqd bu cür əqdlərin bağlanması üçün müəyyən edilmiş formada (sadə yazılı) bağlanmışdır. Əqdin məzmununa aid edilən şərtlərlə bağlı da hər hansı pozuntu aşkar edilməmişdir. Müqavilənin bağlanmasına iddiaçı tərəfindən razılığının verilməsi isə məhkəmə raşdırılması zamanı müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləni etibarsız hesab ediməsi üçün heç bir əsas yoxdur. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir, və, İddiaçı həmin müqaviləni onun bağlandığı andan bir il müddətinə, yəni xx.xx.2024-cü il tarixinə kimi mübahisələndirə bilərdi, lakin bunu etməmiş və iddia ilə məhkəməyə yalnız xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Bu səbəbdən, iddia tələbi Suraxanı rayonu 119 saylı mənzilə cavabdehlərdən Cavabdeh1 Baxışəli qızının adına keçirilmə barədə xx.xx.2023-cü il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilmir. Bunun əksinə, tərəflər arasında razılıq əldə olunmadığı zaman müqavilənin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, o, məhkəməyə deyil, "xxxx" MTK-a müraciət etmiş və "xxxx" MTK üzvlərinin növbədənkənar ümumi yığıncağının mənzilin əvvəlki sahibi İddiaçı adında saxlanılmasına dair xx.xx.2023-cü il tarixli protokolu tərtib edilərək, "xxxx" MTK və İddiaçı arasında "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 03 saylı müqavilə bağlanmışdır. Belə olan halda, yəni, Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə eytibarsız sayılmadığından, "xxxx" MTK tərəfindən sonradan tərtib edilmiş protokol qanuni hesab edilə bilməz və onun əsasında "xxxx" MTK və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə yuxarıda qeyd olunan mülki qanunvericiliyin müddəalarına əsasən etibarsızdır. İddia tələbinin – cavabdehlər Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından xx.xx.2023-cü il tarixli 03 saylı müqavilə və protokol əsasında üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları bərpa olunmuş, iki otaqlı, ümumi sahəsi 99.5 kv/m olan, 119 saylı mənzilindən sahiblik və istifadə hüququnun tanınması hissəsində məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 Baxışəli qızı və MTK arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilmədikdən, "xxxx" MTK üzvlərinin növbədənkənar ümumi yığıncağının mənzilin əvvəlki sahibi İddiaçı adında saxlanılmasına dair xx.xx.2023-cü il tarixli protokolundan və "xxxx" MTK və İddiaçı arasında "xxxx" MTK-də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 03 saylı müqavilədən hüquqi nəticə doğurması da əsassızdır və belə olan halda, iddiaçının mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarının bərpasından və ya tanınmasından söhbət gedə bilməz. İddia tələbinin – "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixli, 11 saylı müqaviləyə əlavə xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə, xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında bu mənzilin Cavabdeh1 adından X4 adına keçirilməsi haqqında 30 mart 2025-ci il tarixli xx.xx.2023-cü il tarixli 11 saylı müqaviləyə əlavə tərtib edilən 12 saylı müqavilənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 Baxışəli qızı və X16 tərəfindən mənzilin boşaldılması, onunla birlikdə yaşayanların mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi hissəsinə gəldikdə, məhkəmə nəzərə alır ki, Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2023cü il tarixli müqavilə eytibarsız sayılmadığından, iddiaçının həmin mənzil ilə bağlı sonrakı hərəkətlərin həyata keçirilməsi Cavabdeh1, digər cavabdehlər olan "xxxx" MTK və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 qadağan edilməsi, yuxarıda qeyd edilmiş (M.Bağırovun şikayəti üzrə) X3 göstərilmiş hüquqi mövqeyinə əsasən, subyektiv hüququ yoxdur. Bu səbəbdən, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilmir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “cavabdehlər Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından xx.xx.2023-cü il tarixli 03 saylı müqavilə və protokol əsasında üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları bərpa olunmuş, iki otaqlı, Ümumi sahəsi 99.5 kv/m olan, 119 saylı mənzilindən sahiblik və istifadə hüququnun tanınması, Suraxanı rayonu 119 saylı mənzilə cavabdehlərdən Cavabdeh1 Baxışəli qızının adına keçirilmə barədə xx.xx.2023cü il tarixli müqavilə, maliyyə arayışının etibarsız hesab edilməsi, "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixli, 11 saylı müqaviləyə əlavə xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə, xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında bu mənzilin Cavabdeh1 adından X4 adına keçirilməsi haqqında 30 mart 2025ci il tarixli xx.xx.2023-cü il tarixli 11 saylı müqaviləyə əlavə tərtib edilən 12 saylı müqavilənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 Baxışəli qızı və X16 tərəfindən mənzilin boşaldılması, onunla birlikdə yaşayanların mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2nə qarşı “Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" MTK-ya məxsus yaşayış binasından xx.xx.2023-cü il tarixli 03 saylı müqavilə və protokol əsasında üzərində mülkiyyət, sahiblik və istifadə hüquqları bərpa olunmuş, iki otaqlı, ümumi sahəsi 99.5 kv/m olan, 119 saylı mənzilindən sahiblik və istifadə hüququnun tanınması, Suraxanı rayonu 119 saylı mənzilə cavabdehlərdən Cavabdeh1 Baxışəli qızının adına keçirilmə barədə xx.xx.2023-cü il tarixli müqavilə, maliyyə arayışının etibarsız hesab edilməsi, "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixli, 11 saylı müqaviləyə əlavə xx.xx.2025-ci il tarixli 12 saylı müqavilə, xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında bu mənzilin Cavabdeh1 adından X4 adına keçirilməsi haqqında 30 mart 2025ci il tarixli xx.xx.2023-cü il tarixli 11 saylı müqaviləyə əlavə tərtib edilən 12 saylı müqavilənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 Baxışəli qızı və X16 tərəfindən mənzilin boşaldılması, onunla birlikdə yaşayanların mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi haqqında” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva