Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3519/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Xəzər İnşaat XXİ Əsr MTK Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Xəzər İnşaat XXİ Əsr MTK Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər İnşaat XXİ Əsr MTK MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 08.01.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “D” massivi bina 1, 91 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı Xəzər İnşaat XXİ Əsr MTK MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Xəzər İnşaat XXİ Əsr MTK Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı “tərəflər arasında bağlanmış payçı, müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Xəzər İnşaat XXİ Əsr MTK Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Xəzər İnşaat XXİ Əsr MTK Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3519/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3519/2021
20.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver