Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3524/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X*7 Talıbovanın sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 4 saylı Bakı «Asan xidmət» mərkəzi Notariat Ofisinə qarşı “miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 4 saylı Bakı «Asan xidmət» mərkəzi Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X*nın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək X3 miras qalmış (Bakı şəhəri, 4-cü Mədən, ev 575) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab olunması və miras əmlakın (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) vərəsə İddiaçı tərəfindən qəbul edilmə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışlar ki, mərhum X* 20.**.20*9-cu il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X*nın mülkiyyətindədir. Belə ki, həmin fərdi yaşayış evinə dair *4.04.*992-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. X* vəfat etdiyindən və o da anasının qanun üzrə vərəsəsi olduğundan, sözügedən evə dair vərəsəlik hüququ vardır. O, 4 saylı Bakı «Asan xidmət» mərkəzi Notariat Ofisinə ərizə ilə müraciət etdərək, miras işinin açılmasını və ona vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin 4 saylı Bakı «Asan xidmət» mərkəzi Notariat Ofisi tərəfindən ərizəsi müsbət cavablandırılmayarqq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, anası mərhum X4 ondan başqa digər qanuni vərəsələri mövcud deyildir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X* 20.**.20*9-cu il tarixdə vəfat etmişdir və ondan miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Həmin miras əmlak olan ev faktiki olaraq onlar tərəfindən istifadə edilir. Bu əsasla miras əmlakın qəbul edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 6 (altı) aylıq müddət üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, iddia ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı «Asan xidmət» mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, lakin *4.04.2024-cü il tarixdə mülki işdə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 4 saylı Bakı «Asan xidmət» mərkəzi Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 4 saylı Bakı «Asan xidmət» mərkəzi Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış *0.07.2020-ci il tarixli 795 nömrəli məktublarından müəyyən olunur ki, 20.**.20*9-cu il tarixdə vəfat etmiş X4 adına V-243/2020 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras aşıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. *246-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Qeyd edilənlərə əsasən mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyi bildirmişlər. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 049872 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20.**.20*9-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Özəlləşdirmə İdarəsi və Bələdiyyə mülkiyyəti Texniki İnvertarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına xüsusi mülkiyyət kimi hüquqi *4.04.*992-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış Sistemi vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti Aktları” AQİS-dən şıxarışlmış Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi 4, Mədən 579 ünvanında yerləşən ev X4 adına *3.02.*978-ci il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ seriyalı 344662 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.*978-ci il tarixdə doğulmuşdur. X9, X*dır. İş materiallarına əlavə edilmiş İ-ИЕ seriyalı 669*95 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *6.04.*950-ci il tarixdə doğulmuşdur. X2, anası X6r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verişmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 və X5 20.*2.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin **59.*.*.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin *243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin *243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *26*-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin *247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Bu Məcəllənin *248.*.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin *300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. Məhkəmə tərəfindən tərəfin izahatı və təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı 20.**.20*9-cu ildə vəfat etmiş X*ndan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. O, anasının yeganə vərəsəsidir və ondan başqa vərəsə yoxdur. Hazırda həmin mübahisəli fərdi yaşayış evi onun tərəfindən miras əmlak kimi qəbul edilmişdir. O, həmin fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, İddiaçı hüquqi cəhətdən savadsız olduğunu və anası öldükdən sonra notariat orqana ərizə verdiyini, lakin pandemiya dövrünə düşdüyündən vaxtında müraciət edə bilmədiyini bildirmiş və bununla da müəyyən olunmuş müddəti ötürüldüyünü qeyd edərək üzrlü hesab olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab olunaraq həmin müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 miras qalmış (Bakı şəhəri, 4-cü Mədən, ev 575) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab olunaraq bərpa edilsin. Miras əmlakın (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) vərəsə İddiaçı tərəfindən qəbul edilmə faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3524/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3524/2024
21.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver