Məhkəmə qərarları › İş №2(010)-3530/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3530/2021

12.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3530/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmin qızına qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı 12.11.2014-cü il təvəllüdlü X2 cavabdehlər Cavabdeh2 əmin qızı və X1 yaşadığı və ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülmələri və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia əizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 ilə 17 may 2014-cü il tarixində rəsmi nikahı qeydə alınmış və birgə nikahından 12 noyabr 2014-cü il təvəllüdlü X5 adlı övladları var. Onların sonradan ailə münasibətləri pozulduğu üçün Suraxanı rayon məhkəməsinin 10 fevral 2021-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılaraq, cavabdehdən azyaşlı uşaqlarının saxlanılması üçün aliment tutulmuşdur. O hal-hazırda uşağı ilə birlikdə kirayədə qalır və başqa yaşayış yeri olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onun və övladı 12.11.2014-cü il təvəllüdlü X2 cavabdehlər Cavabdeh2 və X1 yaşadığı və ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülmələri və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı onun oğlu Cavabdeh1 keçmiş arvadıdır. Onların nikahı Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla belə o, heç vaxt mülkiyyətində olan evindən iddiaçını qovmamış və hazırda da bu hissədə iddianı etiraf edir, iddiaçı və onun himayəsində olan12.11.2014-cü il təvəllüdlü X6 ilə birlikdə müülkiyyətində olan evinə köçürülməsinə etiraz etmir. Qalan hissədə isə iddianı qəbul etmir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib,iddia ərizəsini, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 10 fevral 2021-cu il tarixli 2(011)-294/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında 17 may 2014-cü il tarixdə 447 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan 12 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 200 manat məbləğində aliment İddiaçı ödənilməsiqət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, görünür ki, Cavabdeh2 qızının adına ünvan 1 qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 2014-cı ildə faktiki nikaha daxil olmaqla evlənmiş və onların birgə nikahından 12 noyabr 2014cü il təvəllüdlü X7 adlı övladları vardır. İddiaçı Cavabdeh1 ilə birlikdə nikahda olan zaman, ünvan 1-də yaşamışdır. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuş və nikah pozulduqdan sonra 12 noyabr 2014-cü il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanmışdır. İddiaçı övladı 12 noyabr 2014-cü il təvəllüdlü X7 ilə birlikdə ünvan 1-də yaşamışlar və onun 2014-cü ildən etibarən, eləcə də uşağının doğulduğu vaxtdan həmin mənzildən başqa digər bir yaşayış yerləri olmamışdır. Bu halları, eləcə də cavabdeh tərəfindən idiaçının himayəsində olan 12 noyabr 2014cü il təvəllüdlü X7 ilə birlikdə onun mülkiyyətində olan evinə köçürülməsi hissədə iddia tələbi etiraf edildiyini nəzərə alaraq bu hissədə iddianın təmin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan prosessual normalardan müəyyən olunur ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil Cavabdeh2 mülkiyyətində olduğuna görə həmin hissədə iddia təmin edilməlidir. Bununla belə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, eləcə də istifadə qaydalarının müəyyən olunması hissədə iddia tələblərini əsassız hesab edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsininmülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları)yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayışbinasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayanuşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «AzərbaycanRespublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin“ mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyənolunan qaydaya müvafıq olaraqyazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə həmin hissədə iddia tələblərini əsassız hesab edir və qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni mənzilin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onun bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Məhkəmə iclasında müəyyən olundu ki, idiaçı İddiaçı mənzilin mülkiyyətçisi ilə evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı notariat qaydasında təsdiqlənməli yazılı razılaşma bağlamamışdır. Qeyd olunan hal isə belə nəticəyə gəlməyə əsas verir ki, onun mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçın övladı - 12.11.2014-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1-ə köçürülməli, qalan hissədə iddia tələbləri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçın övladı - 12.11.2014-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1-ə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar