Məhkəmə qərarları › İş №2(010)-3532/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3532/2024

02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3532/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi və X* iştirakı ilə, Ərizəçilər Ərizəçi və X* maraqlı şəxslər (Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə və 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi) qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi *. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06.*2.2005-ci il təvəllüdlü qızı X* Bakı şəhərində anadan olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, milliyəti-azərbaycanlı, ata qrafasında Şahid* və ana qrafasında Ərizəçi qeyd edilməklə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra X3 Bakı şəhəri Suraxanı rayon məhkəməsinə ərizə ilə müraciət edərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi onunla bağlı olduğu üçün ərizəçi kimi işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir.

Tələbin əsaslandırıldığı hallar.

3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, (X3) 06.*2.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası isə Şahid*dur. O, uşağı Bakı şəhərində yerləşən doğum evində dünyaya gətirmişdir. Bu halı Suraxanı rayonu Tibb Mərkəzi tərəfindən verilən “Doğum haqqında tibbi şəhadətnamə” də təsdiq edir. Hazırda isə o, heç bir sənədləşmə işləri apara bilmir və onun övladı təhsil almamışdır. Bununla bağlı 4 saylı Bakı “ASAN Xidmət” qeydiyyat şöbəsinə bu barədə müraciət etsələr də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmişlər.

Tərəflərin izahatları.

4. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunanları təsdiqləyərək bildirmişdir ki, onun qızı X3 06.*2.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Lakin onların maddi vəziyyəti yaxşı olmamış, Bakıda müxtəlif ünvanlanlarda kirayə yaşamışlar və bu səbəbdən övladının doğum haqqında şəhadətnaməsini vaxtında ala bilməmişdir. Halhazırda onun birgə nikahdan üç övladı olmuş, lakin onlardan ikisinin doğum haqqında şəhadətnaməsi alınmamışdır.

5. Ərizəçi X3 ərizəni müdafiə edərək bildirmişdir ki, o, 06.*2.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun anası Ərizəçi, atası isə Şahid*dur. Lakin ona doğum haqqında şəhadətnamə alınmadığından o məktəbə getməmişdir. Hal-hazırda ona şəxsiyyət vəsiqəsi alınması zərurəti yaranmışdır, lakin doğum haqqında şəhadətnaməsi olmadığından o şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Maraqlı şəxslər (Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə və 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi) məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəsxlərin (Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə və 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi) nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahidlərin ifadələri.

7. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşı, X3 isə onun qızıdır. Belə ki, X3 06.*2.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onların üç övladı vardır və övladlarının ikisi üçün doğum haqqında şəhadətnamə ala bilməmişlər, bunun səbəbi isə maddi imkanının pis olmasıdır. Bununla bağlı olaraq sonradan Qeydiyyat Şöbəsinə müraciət etsələr də, lakin doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və doğum haqqında şəhadətnamənin verilməsinin yalnız bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olması bildirilmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 öz ifadəsində göstərmişdir ki, Ərizəçi və onun həyat yoldaşı Şahid* ilə uzun müddətdir ki, qonşudurlar. Onların birgə nikahdan üç övladları doğulmuşdur. Hazırkı ərizəçi X* və digər bir övladının da doğum haqqında şəhadətnaməsi yoxdur. Uşaqların sənədləri qaydasında olmadığı üçün onlar tam orta məktəbə də getməmişlər.

İş materialları.

9. 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 06.*2.2005-ci il təvəllüdlü qız uşağının doğumunun qeydə alınması ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.3.-cü bəndinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci * ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydanın 2.23-cü bəndinə əsasən doğumun dövlət qeydiyyatı üçün 2.3-cü bənddə nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq *6 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış *6 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. Göstərilənlərə əsasən qeyd olunan arayış təqdim olunmadığı üçün doğumun qeydiyyatı mümkün deyildir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunur. *0. 3 nömrəli Doğum evi Publik Hüquqi şəxsi tərəfindən verilmiş doğulmuş uşaq haqqında məlumatlarından görünür ki, Ərizəçi 06.*2.2005-ci il tarixdə bir qız uşağı doğmuşdur. **. 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid* ilə X2 arasında 2*.08.20*6-cı ildə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *095 nömrə ilə qeyd edilmişdir.

İşin faktiki halları.

*2. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi və Şahid* 2*.08.20*6-cı il tarixdə rəsmi nikaha girərək ailə həyati qurmuşlar və onların rəsmi nikahlarından 06.*2.2005-ci il tarixdə bir qız övladları anadan olmuş və onun doğumu vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan tərəfindən qeydə alınmamışdır. Hazırda ərizəçilər məhkəməyə ərizə ilə müraciət edərək, X* Bakı şəhərində anadan olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, milliyəti-azərbaycanlı, ata qrafasında Şahid* və ana qrafasında Ərizəçi qeyd edilməklə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

Tətbiq edilən hüquq

*3. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *66. Doğumun qeydə alınması qaydası *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarı

4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

Məhkəmənin mövqeyi.

*6. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki 3 nömrəli Doğum evi Publik Hüquqi şəxsi tərəfindən verilmiş doğulmuş uşaq haqqında məlumatlarından görünür ki, Ərizəçi 06.*2.2005-ci il tarixdə bir qız uşağı doğmuşdur. Lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamış və onun doğumu vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan tərəfindən qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, hazırda doğumu qeydə alınmayan ərizəçinin özünün *8 yaşı tamam olduğundan digər ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

Məhkəmənin gəldiyi nəticə.

*7. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.*983-cü il təvəllüdlü Ərizəçi 06.*2.2005-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması faktı müəyyən edil məli və doğum haqqında akt qeydində uşağın valideynləri - atası qrafasında “Şahid*” ana qrafasında isə “Ərizəçi” kimi qeyd edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə qismən təmin edilsin. xx.xx.*983-cü il təvəllüdlü Ərizəçi 06.*2.2005-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində uşağın valideynləri - atası qrafasında “Şahid*” ana qrafasında isə “Ərizəçi” kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar