Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3540/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 15 000 (on beş min) manat əsas borcun və 135 (yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun, cəmi 15135 (on beş min yüz otuz beş) manat pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi. İddia tələbinin dəlilləri ünvan 1 ünvanında yerləşən mənzillər 25 fevral 2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh MTK arasında 21 may 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh MTK Bakı şəhəri İcra Hakimiyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq, ünvan 2 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. Mliikiyyətçi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 60.5 kv.m, İddiaçı Yusif oğluna məxsus 2 və 14 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MTK-ya təhvil verir. Cavabdeh MTK isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərtilə təmirsiz qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən Cavabdeh MTK mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası aşağıdakı şərtlərlə kompensasiya edir: kirayə xərclərinin kompensasiya məbləği 1 (bir) aylıq: 500 (beş yüz) manat; Kirayə xərclərinin ödənilməsi mütəmadiliyi: ayda bir dəfə, həmin ay başa çatanadək, nəğd və ya köçürmə ilə. Cavabdeh 2021-ci ilin yanvar ayından etibarən kirayə haqqının ödənilməsini təmin etməmişdir. Bu barədə cavabdehə yazılı surətdə məktub göndərilsə də kirayə haqqının ödənilməsi təmin edilməmişdir. Cavabdeh iddiaçı ilə bağladığı müqavilənin 2.1.2-ci bəndini nəzərdə tutulmuş öhdəliyini 2021-ci ilin yanvar ayından etibarən icra etməmişdir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ÖM seriyalı 029897 saylı xx.xx.2000-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, R.Behbudov küçəsi, 77 saylı evin 2 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. ÖM seriyalı 028507 saylı xx.xx.2000-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, R.Behbudov küçəsi, 77 saylı evin 11 saylı mənzili İddiaçı adına 1 yaşayış otağı, X1 adına 2 yaşayış otağı xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. xx.xx.2017-ci il tarixli mənzilə dair hüquqların ödənilməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqaviləyə əsasən, Cəmiyyət Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq ünvan 3 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. İddiaçı mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 60.5 kv.metr, İddiaçı məxsus olan 2 və 14 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyətə” təhvil verir. "Cəmiyyət" isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərti ilə təmirsiz qeyri-yaşayış sahəsini İddiaçı təhvil verir. Mövcud mənzil Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 380,2 və 14 saylı mənzil; ümumi sahəsi: 60.5 kv.m. Əlavə tikili: 22.5 kv.m.-dir. Azərbaycan Respublikası İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, 761 saylı reyestr kitabında 114267səhifə, qevdə alma nömrəsi 30\3798, xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış ÖM seriyalı 029897 nömrəli Qeydiyyat vəsiqəsi;(2 saylı mənzil); Azərbaycan Respublikası İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, 235 saylı reyestr kitabında 34493 səhifə, qeydə alma nömrəsi 30\3838, xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış ÖM seriyalı 028507 nömrəli Qeydiyyat vəsiqəsi;(14 saylı mənzil) Həmin müqavilənin 3.2.3-cü bəndinə əsasən Cəmiyyət İddiaçı müvəqqəti (kirayə) yaşayış yerinə köçürülməsi üçün ona birdəfəlik 150 manat məbləğində pul ödəyir. Həmin müqavilənin 3.4.1-ci bəndinə əsasən İddiaçı kirayə xərclərinin kompensasiya məbləği 1 aylıq 500 manat kompensasiya edir. İddiaçı Cavabdeh MTK-nin direktoru R.Əsgərova ünvanladığı məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşmiş, onun mülkiyyətində olan daşınmaz əmklaklar 15 avqust 2017 cil iltarixli, “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə əasasən Cavabdeh MMC-nin (VÖEN: **********) səlahiyyətinə verilmişdir. Cavabdeh MMC 15 avqust 2017 ci il il tarixli müqavilədən irəli gələn heç bir öhdəlikləri yerinə yetirmir və iddiaçının eyni zamanda mülkiyyət hüquqları üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. İddiaçıya məxsus mənzillər müqavilənin şərtlərinə uyğun olaraq sökülüb, üzərindən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günədək heç bir tikinti işləri aparılmamaqdadır. Həmçinin yaranmış və ya mövcud olan çatışmamazlıqlar barədə heç bir məlumat verilmir. Eyni zamanda uzun zamandır ödəniş də edilmir. Hətta mövcud əlaqə nömrələri və əlaqəli şəxslərlə də əlaqə saxlamaq mümkün deyil. Ofisiniz də əvvəlki yerlərdə fəaliyyət göstərmir. Cavabdeh MTK-nın qanunsuz və özbaşına hərəkətləri nəticəsində İddiaçı bir mülkiyyətçi kimi böyük məbləğdə maddi və mənəvi zərər dəymişdir. İddiaçı ona vurulmuş zərər və əmlakının əvvəlki vəziyyətinə qaytarılması barədə, bir sözlə maddi və mənəvi tələbi iddiası ilə bağlı iddia irəli sürür. Göstərilənləri nəzərə almasını və müqavilə öhdəliklərini yerinə yetirməsini tələb edir. Əgər tədbir görülməsə və en geci 10 (on) iş günü ərzində məktubun sonunda göstərilən əlaqə vasitələrinin biri ilə əlaqə saxlamasını tələb edir. Geri dönüş olmazsa İddiaçı məcburiyyət qarşısında müqavilənin 7-ci bəndində də göstərildiyi kimi mövcud qanunvericiliyə uyğun hərəkət edəcəkdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Mehbalıyev pr. olmaqla qanuni təmsilçisi X2r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nömrəli müqavilənin şərtlərinə görə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən 14 aprel 2017-ci il tarixli 157 nömrəli sərəncamı əsasında və tapşırığı ilə əlaqədar olaraq ünvan 3 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 380-cı məhəllə, ev 77-də yerləşən, ümumi sahəsi 60.5 m3 (əlavə tikili: 22.5 m3) olan 2 və 14 saylı mənzilləri yaşayış kompleksinin tikintisi məqsədi ilə cavabdehə təhvil verir. Cavabdeh isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsindən (83 kv.m. az olmayaraq) az olmamaq şərti ilə təmirsiz qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verir. Mövcud mənzil Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 380-ci məhəllədə2 və 14 saylı mənzil; ümumi sahəsi: 60.5 kv.m. Həmçinin, müqavilə şərtlərinə görə, cavabdeh tikinti işlərini 18-24 ay müddətində başa çatdıraraq, müqavilə şərtlərinə əsasən təmirsiz qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi, müvəqqəti yaşayış məqsədilə mənzil üçün ayda bir dəfə, həmin ay başa çatanadək 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.1-ci bəndi, yəni ayda 500 manat olmaqla kirayə haqqının ödənilməsi cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayınadək icra olunmuş, müqavilədə göstərilən müddətdə və ölçüdə qeyri-yaşayış sahəsi isə iddiaçıya təhvil verilməmişdir. Məhkəmənin hesab edir ki, işin tədqiq edilmiş halları ilə iddiaçının müqavilədə nəzərdə tutulan öz öhdəyini tam icra etməsi müəyyən edilsə də, cavabdeh öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən ölçüdə qeyri-yaşayış sahəsi, müqavilə müddətinin başa çatmasına baxmayaraq, iddiaçıya təhvil verməmiş, 2021-ci ildən etibarən ayda 500 manat olmaqla kirayə haqqının ödənilməsini də təmin etməmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı cavabdehlə mübahisəni məhkəməyə qədər pretenziya qaydasında həll etməyə çalışsa da, nəticə əldə edə bilməmişdir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 15 000 (on beş min) manat məbləğində pul vəsaiti tutulmalıdır.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 135 (bir yüz otuz beş) manat məbləğdə pul vəsaiti də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə 15 000 (on beş min) manat və eləcə də ödənilmiş dövlət rüsumuna görə 135 (yüz otuz beş) manat olmaqla, cəmi 15135 (on beş min yüz otuz beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova