Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3572/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh X3 qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh X3 qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən iddia ərizəsində adları sadalanan cehiz əşyalarının cavabdeh X2 hesabına ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə uzun illər hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. Oğlu iş üzrə cavabdeh X5 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, lakin ailədaxili problemlərinin yaranması səbəbindən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah rəsmi şəkildə pozulmuşdur. Keçmiş gəlini olan cavabdeh cehiz əşyalarının bir qismini bu günədək aparmamışdır. Cavabdehə bu barədə bir neçə dəfə xəbərdarlıq etsə də xəbərdarlıqlara məhəl qoymamışdır. O, cavabdehə dəfələrlə ona məxsus evdən cehiz əşyalarını çıxarmaq barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh onun tələblərinə məhəl qoymayaraq bu günədək mənzilində əşyaları saxlamağa davam edir. Bu səbəbdən də o, məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Evində qalan və cavabdehə məxsus olan cehiz əmlaklar: altı qapılı şifonyer, bir ədəd taxt, tumba, gecə işıqları, altı ədəd oturacaq, bir ədəd divar saatı, bir ədəd çilçıraq, bir ədəd taxt üçün yataq örtüyü, tül pərdə və pərdə üstlüyü, taxt üstü döşək, balaca xalça, balaca yataq döşəyi, xırda məişət qabları, oyuncaq uşaq maşını, bir ədəd miz, bir ədəd palto, bir ədəd gödəkçə, iki ədəd meyvə qabı, beş ədəd çəngəl, bıçaq dəsti dörd ədəd, yeddi ədəd çay qaşığı, bir ədəd qayçı, üç ədəd çörək qabı, çay servisi, ləbləbi qabı, üç ədəd padnos, iki ədəd duz qabı, dörd ədəd kasa, bir ədəd güldan, on ədəd tort qabı, bir ədəd aş qaşığı, bir ədəd termos, bir ədəd qrafin, altı ədəd sous boşqabı, üç ədəd aş boşqabı, bir böyük-altı balaca şirniyyat qabı, bir ədəd tava, bir ədəd kəfkir, üç ədəd qəndqabı, bir ədəd alüminium qazan, iki ədəd mürəbbə qabı, yeddi ədəd nəlbəki, altı ədəd qəndqabı, altı ədəd kofe stəkanı dəsti, iki ədəd limon qabı, altı ədəd araq stəkanı, altı ədəd stəkan (üç ədəd sadə, üç ədəd uzun), dörd ədəd balaca kassa (qaşıqlı), bir ədəd salat doğrayan, üç ədəd yorğan, iki ədəd yastıq, iki ədəd balış və bir ədəd döşək. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək bildirdi ki, siyahıda göstərilən əşyalar tam deyil. Onun siyahıda göstərilənlərdən əlavə də iddiaçının evində qalan əşyaları var. Tozsoranını isə satıblar. Belə ki, 2011-ci ilin yayında atasının ölümünə görə ata evinə gedərək 40 gün orada qalmış, gələndə görmüşdür ki, tozsoranı satıblar. Onun bundan başqa da iddiaçının evində qalan cehiz əşyaları var. Həmin əşyaların hamısının evdən çıxarılmasını tələb edir. Odur ki, məhkəmədən özünə məxsus bütün cehiz əmlakın iddiaçının evindən çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1439 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1425/2020 saylı qətnaməsinin surətindən görünür ki, X4 ilə X5 arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın anasının yanında qalması, uşağın saxlanılması üçün atadan hər ay 170 manat məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı oğlu X4 ilə cavabdeh X5 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, cavabdeh özü ilə gətirdiyi cehiz əşyalarını iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş, cavabdehə məxsus cehiz əşyalar isə bu evdə qalmışdır. Hazırda iddiaçı məhkəmədən bu əşyaların evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etmədiyini bildirərək qeyd edir ki, əşyaların siyahısı tam deyil. Onun ərizədə göstərilənlərdən başqa əşyaları da iddiaçının evində qalmışdır. O, həmin əşyaların hamısının iddiaçının evindən çıxarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Göründüyü kimi cavabdeh iddianı qəbul etmədiyini bildirsə də mahiyyətcə o, iddia ərizəsində siyahısı göstərilmiş cehiz əşyalarının özünə məxsus olmasını, iddiaçının evinə yerləşdirilməsini, hazırda da o evdə olmasını mübahisələndirmir. O, sadəcə olaraq siyahının tam olmadığını, bəzi əşyalarının isə iddiaçı və ailə üzvləri tərəfindən satıldığını bildirir. Yəni o, iddia tələbinin təmin edilməsinə etiraz etmir, sadəcə olaraq evdən çıxarılacaq əşyaların siyahısına daxil edilməmiş və özünə məxsus olduğunu iddia etdiyi digər əşyaların da bu siyahıya daxil edilməsini istəyir. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, hazırkı iddia tələbi cehiz əmlakın evdən çıxarılması ilə bağlıdır və cavabdehin özünə məxsusluğunu mübahisələndirmədiyi bu əşyaların hamısı iddiaçının evindən çıxarılmalıdır. Cavabdehin bundan başqa əmlak tələbi varsa o, bu barədə müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, iddiaçı, yaxud digər şəxs tərəfindən satılmış, sındırılmış, sıradan çıxarılmış bütün əşyalarını yalnız bu qaydada tələb etməlidir. Hazırkı iddia tələbi isə iddiaçının müəyyən etdiyi siyahıda olan cehiz əşyalarının iddiaçının evindən çıxarılması ilə bağlıdır və əgər cavabdeh bu əşyaları cehiz kimi iddiaçının evinə gətirdiyini mübahisələndirmirsə - hazırkı işdə mübahisələndirmir – istənilən halda bu tələb təmin edilməlidir. Belə ki, iddiaçının razılığı olmadan bu əşyaların onun evində qalmaqda davam etməsi iddiaçının evdən istifadə və eləcə də mülkiyyət hüququnun məhdudlaşdırılması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, altı qapılı şifonyer, bir ədəd taxt, tumba, gecə işıqları, altı ədəd oturacaq, bir ədəd divar saatı, bir ədəd çilçıraq, bir ədəd taxt üçün yataq örtüyü, tül pərdə və pərdə üstlüyü, taxt üstü döşək, balaca xalça, balaca yataq döşəyi, xırda məişət qabları, oyuncaq uşaq maşını, bir ədəd miz, bir ədəd palto, bir ədəd gödəkçə, iki ədəd meyvə qabı, beş ədəd çəngəl, bıçaq dəsti dörd ədəd, yeddi ədəd çay qaşığı, bir ədəd qayçı, üç ədəd çörək qabı, çay servisi, ləbləbi qabı, üç ədəd padnos, iki ədəd duz qabı, dörd ədəd kasa, bir ədəd güldan, on ədəd tort qabı, bir ədəd aş qaşığı, bir ədəd termos, bir ədəd qrafin, altı ədəd sous boşqabı, üç ədəd aş boşqabı, bir böyük-altı balaca şirniyyat qabı, bir ədəd tava, bir ədəd kəfkir, üç ədəd qəndqabı, bir ədəd alüminium qazan, iki ədəd mürəbbə qabı, yeddi ədəd nəlbəki, altı ədəd qəndqabı, altı ədəd kofe stəkanı dəsti, iki ədəd limon qabı, altı ədəd araq stəkanı, altı ədəd stəkan (üç ədəd sadə, üç ədəd uzun), dörd ədəd balaca kassa (qaşıqlı), bir ədəd salat doğrayan, üç ədəd yorğan, iki ədəd yastıq, iki ədəd balış və bir ədəd döşək cavabdeh X5 hesabına ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdeh X3 məxsus altı qapılı şifonyer, bir ədəd taxt, tumba, gecə işıqları, altı ədəd oturacaq, bir ədəd divar saatı, bir ədəd çilçıraq, bir ədəd taxt üçün yataq örtüyü, tül pərdə və pərdə üstlüyü, taxt üstü döşək, balaca xalça, balaca yataq döşəyi, xırda məişət qabları, oyuncaq uşaq maşını, bir ədəd miz, bir ədəd palto, bir ədəd gödəkçə, iki ədəd meyvə qabı, beş ədəd çəngəl, bıçaq dəsti dörd ədəd, yeddi ədəd çay qaşığı, bir ədəd qayçı, üç ədəd çörək qabı, çay servisi, ləbləbi qabı, üç ədəd padnos, iki ədəd duz qabı, dörd ədəd kasa, bir ədəd güldan, on ədəd tort qabı, bir ədəd aş qaşığı, bir ədəd termos, bir ədəd qrafin, altı ədəd sous boşqabı, üç ədəd aş boşqabı, bir böyük-altı balaca şirniyyat qabı, bir ədəd tava, bir ədəd kəfkir, üç ədəd qəndqabı, bir ədəd alüminium qazan, iki ədəd mürəbbə qabı, yeddi ədəd nəlbəki, altı ədəd qəndqabı, altı ədəd kofe stəkanı dəsti, iki ədəd limon qabı, altı ədəd araq stəkanı, altı ədəd stəkan (üç ədəd sadə, üç ədəd uzun), dörd ədəd balaca kassa (qaşıqlı), bir ədəd salat doğrayan, üç ədəd yorğan, iki ədəd yastıq, iki ədəd balış və bir ədəd döşək cavabdeh X5 hesabına ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3572/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3572/2020
06.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver