Məhkəmə qərarları › İş №2(010)-3578/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3578/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3578/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Qafarov Vaqı̇f Qafar oğlunun iştirakı ilə, İddiaçı Qafarov Vaqı̇f Qafar oğlunun cavabdehlər Cavabdeh1 Vaqı̇f oğluna və Cavabdeh2 Vahı̇d oğluna qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qafarov Vaqı̇f Qafar oğlu cavabdehlər Cavabdeh1 Vaqı̇f oğluna və Cavabdeh2 Vahı̇d oğluna qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qafarov Vaqı̇f Qafaroğluiddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki,o, ünvan 1 ünvanında yerləşən evi “X4 Mərkəzi" MMC tətəfindən xx xxxx 2016-cı il tarixdə keçirilmiş hərracda 16811 manat ödəməklə almışdır. xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil onun adına tam mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş və hazırda onun mülkiyyətindədir. Mənzilin keçmiş mülkiyyətçisi X3 istifadə hüquqlarına məhkəmə qətnaməsinə əsasən xitam verilsə də, ailə üzvləri Cavabdeh1, Cavabdeh2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 hal-hazırkı vaxtadək onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar. O, cavabdehin bir müddət sonra qeydiyyatdan çıxmalarını düşünsə də, 5 saylı Bakı Asan Xidmət Mərkəzindən arayış alan zaman cavabdehlərin hələ də ona məxsus mənzildə qeydiyyatda qalmasını bilmişdir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Onun mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Cavabdehlər onun ailə üzvü olmamış, onlarla heç bir qohumluq əlaqələri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 Vaqı̇f oğluna və Cavabdeh2 Vahı̇d oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Y-67 saylı xx.xx.2016-cı il tarixli “X4 Mərkəzi”nin hərracın nəticələri haqqında yekun protokolundan görünür ki, Qafarov Vaqı̇f Qafar oğlu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, ev 3-ü 16811 manata almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Qafarov Vaqı̇f Qafar oğlunun adına daşınmaz əmlakın dövlət qeyestrində 21 nömrəli reyestr kitabının 2186 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 41 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 Vaqı̇f oğlu və Cavabdeh2 Vahı̇d oğlu Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi ev 3 ünvanında yaşamadıqlarına görə mülki iş üzrə məhkəmə bildirişlərini təqdim etmək mümkün olmamışdır. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, iddiaçı Qafarov Vaqı̇f Qafaroğluünvan 1 –ü xx.xx.2016-cı il tarixli “X4 Mərkəzi”nin hərracın nəticələri haqqında yekun protokoluna əsasən 16811 manat məbləğində almışdır. Həmin evin keçmiş mülkiyyətçisi X3 istifadə hüquqlarına məhkəmə qətnaməsinə əsasən xitam verilsə də, ailə üzvləri Cavabdeh1, Cavabdeh2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 hal-hazırkı vaxtadək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlər Cavabdeh1 Vaqı̇f oğlu və Cavabdeh2 Vahı̇d oğlu iddiaçı Qafarov Vaqı̇f Qafar oğluna məxsus ünvan 1 boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 Vaqı̇f oğlu və Cavabdeh2 Vahı̇d oğlu iddiaçının mülkiyyətində olan ünvan 1-dən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2009cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququ itirilmiş hesab edilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehlərin ünvan 1-dən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar