Məhkəmə qərarları › İş №2(010)-358/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-358/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-358/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun (Ərizəçi) doğum aktı qeydinin bərpa edilməsi, doğum haqqında akt qeydində doğulduğu tarixi xx.xx.*978-ci il, doğulduğu yer Ermənistan Respublikası, Vedi rayonu, soyadı, adı və atasının adı bəndində X7, ata bəndində X8, ana bəndində X3 adlarının qeyd olunması, valideynlərinin milliyətinin azərbaycanlı qeyd olunaraq doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*978-ci ildə Ermənistan Respublikasının Vedi rayonundə anadan olmuş və doğumu da Ermənistan Respublikasında qeydə alınmışdır. *988-ci il tarixdə ərizəçi ailə üzvləri ilə birlikdə yaşadıqları torpaqdan məhrum olaraq qaçqın düşmüş, nəticə olaraq demək olar ki, evin bütün əşyaları, şəxsi sənədlər, o cümlədən doğum şəhadətnaməsi də orada qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi xx.xx.*978-ci il, Ermənistan Respublikası, Vedi rayonunda doğulmuşdur, anası X7 və X*dur. Ərizəçi *988-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadıqları torpaqdan məhrum olaraq qaçqın düşmüş və bu səbəbdən doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Hal-hazırda doğum haqqında şəhadətnamə vərəsəlik işlərinin aparılması üçün olması lazımdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.*978-ci ildə Ermənistan Respublikasından dünyaya gəlmişdir. *988-ci il tarixdə ərizəçi ailə üzvləri ilə birlikdə yaşadıqları torpaqdan məhrum olaraq qaçqın düşmüş, nəticə olaraq demək olar ki, bütün sənədlər də orada qalmışdır. Hal-hazırda Ərizəçi həyat yoldaşı vəfat etmişdir və ona öz doğum haqqında şəhadətnaməsini lazımdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.*978-ci ildə Ermənistan Respublikasında dünyaya gəlmişdir. *988-ci il tarixdə ərizəçi ailə üzvləri ilə birlikdə yaşadıqları torpaqdan məhrum olaraq qaçqın düşmüş, nəticə olaraq demək olar ki, bütün sənədlər də orada qalmışdır. Onlar ailədə üç bacı üç qardaş olduqlarını bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş saylı Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-*6-5/7-*0-2289/24 saylı, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi (etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil) Azərbaycan Respublikası Ailə Məcəlləsinin *6*.*-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirildiyi bildirilmiş, qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş *7.0*.2024-cü il tarixdə Azərbaycan Respublikasınıln Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev *5, mənzil * ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatlarından görünür ki, X*0 *5.03.*95*-ci il tarixdə Ermənistan SSR, Ararat rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatlarından görünür ki, X8 28.05.*946-cı il tarixdə Ermənistan SSR, Ararat rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatlarından görünür ki, Ərizəçi xx.xx.*978-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş, Ararat rayonu, Yerasxavan kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 *0.*0.*97*-ci il tarixdə Ermənistan SSR Ararat rayonu, Yerasxavan kəndində doğulmuşdur. X*, anası X5r. İş materiallarına əlavə edilmiş, Ararat rayonu, Yerasxavan kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Şahid2 02.05.*975-ci il tarixdə Ermənistan SSR Ararat rayonu, Yerasxavan kəndində doğulmuşdur. X*, anası X5r. İş materiallarına əlavə edilmiş X2 Arxivi tərəfindən verilmiş *9.*2.2024-cü il tarixli məktubda X8 ilə X6 övladlarının doğumu haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətə baxılmışdır. Bildirilmişdir ki,’’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində axtarış aparılarkən X8 ilə X3 övladlarının doğumu haqqında akt qeydlərinə dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.*-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.7.-ci maddəsinə əsasən X2 qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.2.3-cü və 307.2.**-ci maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*978-ci il ildə Ermənistan SSR, Vedi rayonunda anadan olmuşdur. Məlum hadisələrlə bağlı olaraq o, Ermənistan SSR, Vedi rayonundan məcburi olaraq köçmüşdür. Hal-hazırda onun həyat yoldaşı vəfat etmiş və vərəsəlik işlərinin aparılması üçün doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx.xx.*978-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilməlidir. xx.xx.*978-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydindədoğulduğu yer “Ermənistan SSR, Vedi rayonu”, doğum tarixi xx.xx.*978-ci il, adı “Nigar”, ata adı “Hidayət”, soyadı “Nəcəfova” valideynləri haqqında qeyddə atası qrafasında “X8” milliyəti azərbaycanlı, anası qrafasında “X*0” milliyəti azərbaycanlı kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.*978-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.*978-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Vedi rayonu”, doğum tarixi xx.xx.*978ci il, adı “Nigar”, ata adı “Hidayət”, soyadı “Nəcəfova” valideynləri haqqında qeyddə atası qrafasında “X8” milliyəti azərbaycanlı, anası qrafasında “X*0” milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar