Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3599/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm haqqında akt qeydində düzəliş edilməsi”nə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm haqqında akt qeydində düzəliş edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22.08.*978-ci il tarixdə ölmüş nənəsi X*, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 27.**.*978-ci il tarixli 496 saylı ölüm haqqında “X2” kimi qeydə alınmış akt qeydində düzəliş edərək, adının “X3” kimi qeydə alınması vəzifəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” *0 aprel 20*5-ci il tarixli 04 №-li Qərarı
*5.4. İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il 0* mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir.
9. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.*. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. *53.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. *53.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə **4. Dövlət rüsumunun qaytarılması **4.*. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: **4.*.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. **4.2. Bu Məcəllənin **4.*.*-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi
6. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.
7. Belə ki, ərizəçi tələbini onunla əsaslandırmışdır ki, nənəsi X3, 22.08.*978-ci il tarixdə dünyasını dəyişmişdir. O, 22.08.*978-ci il tarixdə ölmüş nənəsi X* ölümü haqqında şəhadətnamənin verilməsi ilə bağlı Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsinin 3-*6-5/7-*0-*305/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə cavab olaraq, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 27.**.*978-ci il tarixli 496 saylı ölüm haqqında akt qeydində ad “X2” yazıldığı və digər sənədlərlə ziddiyyət təşkil etdiyi üçün, onun haqqında təkrar şəhadətnaməsinin verilməsi mümkün olmadığı qeyd olunmuşdur. Bu səbəbdən də, mən məcburiyyət qarşısında qalıb ərizə ilə məhkəməyə müraciət etməli oldum.
8. Məhkəmə hesab edir ki, hazırki tələb inzibati xarakterli münasibətlərdən irəli gəldiyindən, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
9. Belə ki, ölüm haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi üçün ilkin olaraq aidiyyəti üzrə müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, həmin orqanının hərəkətindən narazı qaldığı halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
Məhkəmənin gəldiyi nəticə
*0. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm haqqında akt qeydində düzəliş edilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi tam olaraq qaytarılmalıdır. **. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm haqqında akt qeydində düzəliş edilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, o, ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün ilkin olaraq aidiyyəti üzrə müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, həmin orqanının hərəkətindən narazı qaldığı halda isə inzibati məhkəməyə etmək hüququ vardır. Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.