Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-36/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0027784, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadəsində olan 0,00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,9 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə məxsus Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş eni 40 sm., uzunluğu 25 metr olan torpaq sahəsinin alınıb iddiaçıya geri qaytarılması, torpağın ilkin vəziyyətinə gətirilməsi, burada mövcud olmuş dəmir hasarın cavabdehin hesabına bərpa olunması və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri İddia ərizəsi belə əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* saylı xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadədə olan 0,00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,9 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. xx.xx.2022-ci il tarixdə iddiaçı, ailəsi ilə birlikdə anadan olduğu Ağsu rayonunun, Nöycü kəndinə Qurbanlıq Bayramına getmişdir. Evdə olmadığından istifadə edən qonşusu Cavabdeh həyətlərinin arasında olan dəmir hasarı sökmüş, daş hasarla əvəz etmiş və bu zaman eni 40 sm., uzunluğu 25 metrdən ibarət şəxsi mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. O, bu işləri iddiaçı ilə razılaşmadan özbaşına etmişdir. Cavabdeh göstərilən daşınmaz əmlak üzərində qanunsuz sahiblik etmiş, dəfələrlə ondan mülkünü geri tələb etməsinə baxmayaraq onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Yerli İcra Hakimiyyəti orqanlarına məsələ barəsində müraciət etdiyində məsəllənin məhkəmə üsulu ilə həll olunması gərəkldiyini iddiaçıya bildirmişlər. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddiası əsassız və ədalətsizdir. Belə ki, sözügedən daş hasarı iddiaçının razılığı ilə inşa etdirmiş, hətta aralarındakı dəmir hasarı sökdürərkən və daş hasarın yeri müəyyən edilərkən onun həyat yoldaşı bu prosesdə iştirak etmişdir. Daş hasarın çəkilməsinə təqribən 700 manat məbləğində xərci çıxmış, yəni onu öz büdcəsi hesabına inşa etdirmişdir. Ustalar işləyərkən tikintiyə yardım məqsədilə iddiaçı həyat yoldaşı vasitəsilə iddiaçıya 200 manat pul göndərmişdir ki, hasarın inşasında onların da iştirakı olsun. Lakin sonradan o, pulu geri tələb etmiş və o da aralarında soz-söhbət olmasın deyə 200 manat məbləğində pulu ona geri qaytarmışdır. Bunun səbəbi isə onun hasarın çəkilməsinə narazı olması deyil, tamamilə başqa xüsusatdır. Məsələnin məğzi ondan ibarətdir ki, iddiaçı onun qonşuluğundakı həyətində iki mərtəbəli ev inşa etdirərkən 2-ci mərtəbədə onun həyətinə baxan divarında pəncərə qoyulmasına razı olmadığından Suraxanı rayon İcra Hakimiyətinə müraciət edərək, onun pəncərəsini bağlatdırmışdır. Bu səbəbdən də iddiaçı ondan narazı qalmış, onu məhkəmələrdə süründürəcyi ilə hədələmişdir. Digər tərəfdən, özünün yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin uzunluğu iddia ərizəsində göstərildiyi kimi 25 metr deyil, 18 metrdir. Necə ola bilər ki, hasarı öz həyətinin uzunluğundan artıq inşa etdirsin? Bunun sübutu kimi, torpaq sahəsinin cizgi planındakı özünə məxsus torpaq sahəsinə və yeni inşa edilmiş daş hasara yerli baxış keçirilərsə, iddia ərizəsindəki mülahizələrin tam yalan olduğu öz əksini tapacaqdır. İddia ərizəsindəki mülahizələr tamamilə yalan və böhtan xarakterli müddəalardır, ona görə də ərizə təmin edilməməli, iddia tələbi rədd edilməlidir. İş materialları Bülbülə qəsəbəsi inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 qəsəbəsi, Əliağa Ağayev küçəsi (Oktyabrın 40 illiyi) 35 saylı evdə pasport qeydiyyatındadır. Qonşuluqda yaşayan Cavabdeh isə Bülbülə qəsəbəsi Əliağa Ağayev (Oktyabrın 40 illiyi) 35 saylı evin yanında tikilmiş fərdi evdə Ağdam köçkünü kimi qeydə alınıb və yaşayır. MH seriyalı № ******* saylı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadədə olan 0.00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.9 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 3610 nömrəli vərəqində qeydiyyata alınmışdır. Texniki pasportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35 X4 adına xx.xx.2003-cü ildə tərtib edilmişdir. "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvandakı tikintinin sahibi Cavabdehdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1539 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mübahisə predmeti olan torpaq sahəsinin faktiki ölçüləri ilə mülki iş materiallarında olan Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Texniki Pasport sənədinin “torpaq sahəsinin planı” hissəsində qeyd olunan ölçülər arasında kəskin uyğunsuzlu aşkar edilmişdir. Belə ki, qeyd olunan “Texniki Pasport sənədində tədqiq olunan torpaq sahəsinin ümumi sahəsi 207 kv.m qeyd olunsada faktiki olaraq həmin torpaq sahəsinin ümumi sahəsinin 607 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin ölçüləri ilə Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Texniki Pasport sənədində qeyd olunan ölçülər arasında kəskin uyğunsuzluq (konfiqurasiya fərqi) olduğunda həmçinin, qeyd olunan texniki pasport sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsində çəkdiyi hasarın iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilə edibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, fərdi yaşayış evinin texniki pasportuna əsasən sahə 207 kv.m olsa da, texniki pasportun paş planında qeyd olunan məsafələrə uyğun olaraq 190 kv.m təşkil edir. (əlavə sahə mövcuddur). Texniki pasportda qeyd olunan birmərtəbəli yaşayış evi sökülmüş, yerində ikimərtəbəli yaşayış evi inşa edilmişdir (bir hissəsi əlavə sahəyə düşür). Baxış zamanı məlum oldu ki, texniki pasportun baş planında qeyd olunan istinad məsafələrini nəzərə alsaq, yeni hasar iddiaçının ərazisinin bir hissəsinə 30 sm daxil olub. Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahədən şimal tərəfdə 15 m məsafədən 325 mm-lik orta təzyiqli yerüstü caz xətti keçir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5320 saylı rəyindən görünür ki, fərdi yaşayış evinin texniki pasportuna əsasən sahə 207 kv.m olsa da, texniki pasportun baş planında qeyd olunan məsafələrə uyğun olaraq 190 kv.m təşkil edir (əlavə sahə mövcuddur). Texniki pasportda qeyd olunan birmərtəbəli yaşayış evi sökülmüş, yerində ikimərtəbəli yaşayış evi inşa edilmişdir (bir hissəsi əlavə sahəyə düşür). Baxış zamanı məlum oldu ki, texniki pasportun baş planında qeyd olunan istinad məsafələrini nəzərə alsaq yeni hasar iddiaçının ərazisinin bir hissəsinə 30 sm daxil olub. Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahədən şimal tərəfdə 15 m məsafədən 325 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir. İşin faktiki halları İddiaçı X2 mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadəsində olan 0,00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,9 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi var. Hazırda iddiaçı həmin ünvanda Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş eni 40 sm. metr, uzunluğu 25 metr olan torpaq sahəsinin alınıb iddiaçıya geri qaytarılmasını, torpağın ilkin vəziyyətinə gətirilməsini, burada mövcud olmuş dəmir hasarın cavabdehin hesabına bərpa olunmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 84
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Normaların tələblərinə nəzər saldıqda görünür ki, bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə hər iki hal mövcuddur. Yəni, iddiaçının qanuni istifadəsində torpaq sahəsi var. Eləcə də, hazırki mülki iş üzrə iş materiallarında olan mütəxəssis, ekspert rəyinə əsasən, müəyyən edilmişdir ki, iddiaçı Zülfiyyə Abdullayevanın qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən eni 30 sm., uzunluğu 25 metr olan torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir və həmin torpaq sahəsi cavabdeh tərəfindən daş hasarla hörülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı vindikasiya barədə tələbi (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi) əsaslıdır.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0027784, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçı X2 qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən eni 30 sm., uzunluğu 25 metr olan torpaq sahəsi Cavabdeh alınaraq iddiaçı X3 qaytarılmalı, hasar Cavabdeh hesabına sökülərək bərpa edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən 50 (əli) manat məbləğində iş üzrə keçirilmiş ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X3 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0027784, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçı X2 qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən eni 30 sm., uzunluğu 25 metr olan torpaq sahəsi Cavabdeh alınaraq iddiaçı X3 qaytarılsın, hasar Cavabdeh hesabına sökülərək bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X3 ödənilsin. İş üzrə ekspertiza tədqiqatinın dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova